Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ermənistanın xarici ticarətinin həcmi 2 dəfə artıb: Nəyin hesabına?

By Vüsal Rafiqoğlu
26.08.2024 2 Min Read

2024-cü ilin birinci yarısında Ermənistanın xarici ticarət dövriyyəsi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə iki dəfə artaraq 18,4 milyard dollara çatıb.

ARANTV.AZ yerli mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Statistika Komitəsi yayıb.

Məlumata görə, Rusiya Ermənistanla ticarət həcminə görə liderliyini qoruyur. Bu ilin yanvar-iyun aylarında Rusiya ilə Ermənistanın ticarət dövriyyəsi 2,5 dəfə artıb ki, bu da pul ifadəsində 8,4 milyard dollar təşkil edir.Bunun 7 milyard dolları Rusiyadan 4,8 dəfə artan idxalın payıdır .
Hesabat dövründə Rusiyanın Ermənistanın xarici ticarət dövriyyəsinin strukturunda payı da ötən ilki 35,8 faizdən 45,4 faizə yüksəlib.

İlin birinci yarısında Ermənistanın xarici ticarət tərəfdaşları siyahısında ikinci yeri Birləşmiş Ərəb Əmirlikləri tutub. Onunla ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7,5 dəfə artaraq 3,7 milyard dollara çatıb. Bu, sırf İrəvanın BƏƏ-yə ixracı hesabınadır.

Belə ki, bu ilin yanvar-iyun aylarında Ermənistan BƏƏ-yə 3,66 milyard dollar dəyərində mal ixrac edib, idxal isə cəmi 26 milyon dollar təşkil edib. Nəticədə xarici ticarət dövriyyəsinin strukturunda BƏƏ-nin payı də kəskin artıb – bu ilin yanvar-iyun aylarında ötən ilki 5,5 faizdən 20,1 faizə qədər.

Ermənistanla ticarət həcminə görə üçüncü yeri 1,4 milyard dollar nəticə ilə Çin tutur. 2024-cü ilin birinci yarısında bu ölkə ilə ticarət 41,9 faiz artıb. Bu zaman Ermənistandan Çinə mal ixracı 3,4 dəfə artaraq 714,3 milyon dollara çatıb, idxal isə 11,7 faiz azalaraq 693 milyon dollara düşüb.
Maraqlıdır ki, Çinlə ticarətin nəzərəçarpacaq dərəcədə artmasına baxmayaraq, ilin birinci yarısında bu ölkənin Ermənistanın xarici ticarətindəki payı bu ilin yanvar-iyun aylarında keçən ilki 11 faizdən 7,6 faizə qədər azalıb. Bu, bütövlükdə Ermənistanın xarici ticarətinin daha sürətli artım templəri ilə bağlı baş verib.

İllər əvvəl Ermənistanın ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı 2024-cü ilin yanvar-iyun aylarında bu siyahıda dördüncü yeri tutub. Aİ ilə ticarət dövriyyəsi 23,7 faiz azalaraq 1 milyard ABŞ dolları təşkil edib ki, bu da xarici ticarətin cəmi 5,7 faizini təşkil edib, ötən il bu rəqəm 15,4 faizolub.
Hesabat dövründə Ermənistan mallarının Aİ-yə ixracı 25,1 faiz azalaraq 281,7 milyon dollar təşkil edib. Avropa İttifaqı ölkələrindən idxalın həcmi 23,1 faiz azalıb. Belə ki, 2024-cü ilin birinci yarısında Ermənistan Aİ-dən 776,9 milyon dollar dəyərində mal idxal edib.

Bundan əlavə, ABŞ-la ticarət 40 faiz, Almaniya ilə – 35 faiz azalıb, İtaliya ilə – təxminən ötən ilin səviyyəsində qalıb.

Qeyd edək ki, ticarətin azalması bütün Qərb ölkələri ilə müşahidə olunmur: Fransa ilə ticarət 15 faiz, Hollandiya ilə 60 faiz, Belçika ilə ticarət 20 faizdən çox və Bolqarıstanla demək olar ki, 15 faiz artıb.
Düzdür, artım əsasən mədən xammalının ixracı hesabına, azalma isə daha qiymətli metallurgiya mallarının (ferromolibden və alüminium folqa) ixracının azalması hesabına baş verib. Qonşu Gürcüstanla ticarət eyni səviyyədə qalıb, lakin İran və İraqla əhəmiyyətli dərəcədə azalıb (birinci halda idxalın, ikincidə ixracın, əsasən siqaretin azalması hesabına).

Belarus da İsveçrə və Hollandiyanı bir qədər qabaqlayaraq ilk onluğa daxil olub. Bu ölkə ilə ticarətin artması həm də qismən malların təkrar satışı ilə bağlıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Maskalar yırtılır: Azərbaycana qarşı daha bir təxribat – 25 gün sonra…

Next

Ceyhun Bayramov və Hakan Fidan bu məsələləri müzakirə edəcək

Xəbər lenti

  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv