Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Dənizdə çimərkən udulan su xəstəlik törədə bilər” – Həkimdən XƏBƏRDARLIQ

By Vüsal Rafiqoğlu
30.08.2024 3 Min Read

Səhiyyə Nazirliyi professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasının həkimi Afət Novruzovanın müsahibəsini təqdim edirik.

– Afət xanım, yay mövsümündə ən çox hansı xəstəliklərlə bağlı müraciətlər olur?

– Bildiyiniz kimi, yay fəslində insan orqanizmi günəş şüalarına daha çox məruz qalır. Bu da, günvurma, istivurma, dermatitlər şəklində özünü büruzə verir. Eyni zamanda, havanın isti olması mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olan bakteriya və digər mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yaradır. Yay mövsümü xəstəlikləri arasında ilk yeri məhz mədə-bağırsaq infeksiyaları tutur.

– Mədə-bağırsaq infeksiyası dedikdə nə nəzərdə tutulur və qeyri-infeksion xəstəliklərdən necə fərqlənir?

– Ümumiyyətlə, infeksiya dedikdə, patogen mikroorqanizmin digər canlı orqanizmə daxil olması və bunun nəticəsində yoluxmuş orqanizimdə gedən cavab prosesləridir. İnfeksiyanı törədən amil orqanizmə daxil olduqda, o, müəyyən orqan və toxumalarda məhdudlaşır. Nəticədə infeksion proses əmələ gəlir. İnfeksion xəstəlik qeyri infeksion xəstəliklərdən spesifik olmağı, yoluxulucuğu, mərhələlərlə inkişaf etməsi və bəzi infeksiyalardan sonra postinfeksion immunitetin yaranması ilə səciyyələnir.
Spesifik dedikdə, hər bir yoluxucu xəstəliyin müəyyən törədicisi olduğu nəzərdə tutulur. Yoluxuculuq dedikdə isə infeksion xəstəlik zamanı xəstəlik törədicisinin xəstələrdən sağlam insana kontakt və ya aralıq insan vasitəsilə keçməsi deməkdir. O cümlədən, mədə-bağırsaq infeksiyalarına mədə və nazik bağırsağın iltihabına səbəb olan viral, bakterial və parazitar infeksiyalar daxildir. Bakterial infeksiyalara Salmonella, “E.Coli” (“Escherichia coli”), “Shigella”, “Campylobakter” kimi patogen bakteriyalar, viral infeksiyalara isə noravirus, rotavirus, adenovirus və s. aiddir.

– Uşaqlarda mədə-bağırsaq infeksiyasının müxtəlif şəkildə müşahidə səbəbi nə ilə izah olunur?

– Bu, törədicinin növündən, şiddətindən, orqanizmin immun vəziyyətindən, vaxtında görülən tədbirdən və düzgün seçilən müalicədən asılıdır. Xüsusən uşaq və körpələrdə ishala ən çox səbəb olan virus rotavirusdur. Rotavirus infeksiyası zamanı, adətən xəstə insan sağlam insanı bilavasitə yoluxdurur.
İkinci yerdə adenovirus durur. Adenovirusla yoluxan şəxslərdə ishal, hərarət, səpgi, yuxarı tənəffüs yollarının iltihabı və s. müşahidə olunur.

– Çimərliklərdə yoluxma mümkündürmü?

– Bəli, çünki dənizdə çimərkən təsadüfən udulan su mədəyə düşdükdə xəstəlik törədə bilər.

Azərbaycanda hər il çimərlik mövsümü başlamadan öncə dənizdə monitorinqlər aparılır, suyun çirklənmə səviyyəsi yoxlanılır. Epidemioloji vəziyyəti yaxşı olmayan çimərliklərin fəaliyyətinə müəyyən müddət (səbəb qaldırılana qədər) icazə verilmir. Çimərliyi seçərkən diqqət etmək lazımdır. Az yaşlı uşaqlar daha çox diqqət tələb edir, çünki su udma ehtimalı yüksəkdir.

– Sonda mədə-bağırsaq infeksiyasının profilaktikası haqqında məlumat verərdiniz…

– Mədə-bağırsaq infeksiyasının törədiciləri haqqında danışdıqda, onların yayılma yollarını da qeyd etmək lazımdır. Yayılma səbəblərini ortadan qaldırdıqda, yoluxmanın qarşısı xeyli alınır. İnfeksiyanın yoluxma mexanizminin aydınlaşdırılması yoluxucu xəstəliklərin profilaktikasının əsasını təşkil edir. Bundan əlavə, şəxsi gigiyena qaydalarına əməl etməli, küçədən evə daxil olduqda və qida məhsullarına toxunmaqdan öncə mütləq əllər yuyulmalıdır. Həmçinin, meyvə-tərəvəz bol su ilə bir neçə dəfə yuyulmalı, hazır qida məhsullarından istifadə etdikdən dərhal sonra soyuducuya yerləşdirilməli, ət və süd məhsulları lazımı şəkildə yaxşı bişirilməli və s.
İmmun sistemi nə qədər güclü olarsa, xəstəliyə yoluxma ehtimalı azalar, yoluxuxduğu təqdirdə isə xəstəlik nisbətən yüngül şəkildə keçər. İmmun sistemdə bağırsaqlardakı mikroflora çox əhəmiyyət kəsb edir. Belə ki, bağırsaqlardakı mikroflora qəbizlik və ishalın qarşısını alaraq, peristaltikanı tənzimləyir, həyat üçün önəmli olan bir çox maddələr – süd turşusu, sirkə turşusu, amin turşuları, zülallar B1, B2, B6, B12, K vitaminləri, nikotin, pantatenol, fol turşusu və s. hazırlayır. Bundan əlavə, bağırsaq mikroflorası orqanizmə kənardan daxil olan və immuniteti zəiflədən toksik maddələri zərərsizləşdirir.
İmmun sistemin vacib komponentləri olan immunoqlobulinlərin sintezində iştirak edir, B limfositlərinin, T limfositlərinin, makrofaqların yaranmasını aktivləşdirir və s. Bütün bu səbəblərə görə, mədə-bağırsaq sistemini qorumaq, bütün orqanizmin müdafiə funksiyasını qorumaq deməkdir. Xəstəliyi müalicə etməkdənsə, xəstəliyin qarşısını almaq daha məqsədəuyğundur.

Səhiyyə Nazirliyi professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasının həkimi Afət Novruzova: “Mədə-bağırsaq sistemini qorumaq, bütün orqanizmin müdafiə funksiyasını qorumaq deməkdir”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Naxçıvan siyasətində yeni partiya

Next

Namiq Qaraçuxurlunun villası (FOTO)

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv