Cəmiyyət 

Bank kartlarımızı necə qoruyaq?

Son zamanlar bank kartlarına kiberhücum halları artıb. Bəs insanlar hansı təhlükəsizlik tədbirləri görməlidir?

Kibertəhlükəsizlik üzrə mütəxəssis Abdulla Abdullayev BiG.AZ-a bildirib ki, kibercinayətkarlığa qarşı mübarizə, bankların və vətəndaşların ortaq məsuliyyətidir. Birlikdə əməkdaşlıq nəticəsində effektiv müdafiə mümkün olur:

Bank kartlarımızı necə qoruyaq?“Rəqəmsal mühit artıq bizim həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Komputerlərin masalardan cib telefonlarımıza keçməsi bütün sahələrdə ciddi dəyişikliklərə səbəb olub. Nəticədə, ənənəvi bankçılıq onlayn bankçılığa doğru inkişaf etməyə başlayıb.

Vətəndaşlar bank kartlarından istifadə edərək restoranlarda, marketlərdə və onlayn ticarət platformalarında ödəniş etməyə başlamışlar. Bu tendensiya, təbii ki, kiber cinayətkarların diqqətindən qaçmamışdır.

*Vətəndaşlar, kiber cinayətlərə qarşı hansı tədbirlər görməlidirlər?*

Kiber cinayətkarlığa qarşı mübarizə, bankların və vətəndaşların ortaq məsuliyyətidir. Birlikdə əməkdaşlıq nəticəsində effektiv müdafiə mümkün olur. Banklar təhlükəsiz sistemlər qurmağı öz üzərlərinə götürsələr də, İstifadəçilərin diqqətsizliyi, təhlükəsizlik tədbirlərinin effektivliyini və təsirini azaldır. Vətəndaşları bu sahədə daha ayıq-sayıq olmağa çağırırıq.

Vətəndaşlar öz kart məlumatlarını aşağıdakı üsullarla qoruya bilərlər.

– Kart Məlumatlarını Paylaşmayın: Kartınızın CVV, PIN kodu və ya digər təhlükəsizlik məlumatlarını heç kəslə paylaşmayın və kartınızı başqalarına verməyin.
– Kartınıza Limit Tətbiq Edin: Kartınıza istifadə etməyə uyğun limitlər tətbiq edərək, gün ərzində nə qədər pul çəkilə biləcəyini və onlayn ödənişlərdə hansı məbləğin istifadə oluna biləcəyini məhdudlaşdıraraq onu böyük məbləğdə oğurluqdan qoruyun.
– Çoxfaktotlu autentifikasiyanı Aktiv Edin: Kartınızda ikili autentifikasiyanı mütləq aktiv olduğuna əmin olun. Ödəniş edildikdə telefonunuza SMS vasitəsilə təsdiq kodu gələcəkdir. Bu kodu heç kimlə paylaşmayın.
– Apple Pay və ya Android Pay: Bankınız bu funksionallığı dəstəkləyirsə, kartınız üçün bunu aktivləşdirin. Apple və Android Pay dəstəkləyən platformalarında bu üsuldan istifadə edərək ödəniş etdikdə kartınızın məlumatları daha təhlükəsiz olar.
– Virtual Kart İstifadəsi: Bankınız virtual kart yaratmaq xüsusiyyətini təklif edirsə, ondan istifadə edin. Onlayn ticarət zamanı zəruri kart məlumatlarını paylaşmaq əvəzinə virtual kartınızı yazmaqla əsas kartınızı qorumuş olursunuz.
– Əlavə Debet Kartlardan İstifadə: Virtual kart olmadıqda, onlayn ticarət üçün xüsusi ayırdığınız əlavə debet kartından istifadə edin. Ödəniş edəcəyiniz zaman həmin karta lazımi məbləği yatırın. Bu əlavə kart, əsas kartınızı qorumaq üçün bir seçimdir.
 Şübhəli Saytlardan Çəkinin: Şübhə duyduğunuz saytlarda ödəniş etməyin.

*Son olaraq:Karta Nəzarət Edin: Bank hesabınızdakı tranzaksiyaları müntəzəm olaraq yoxlayın. Hər hansı bir şübhəli fəaliyyət aşkar etdiyinizdə dərhal bankınızla əlaqə saxlayın ve kartınızı bloklayın”.

Daha çox xəbərlər