İdman 

Ronaldo futbol tarixində 900 rəsmi qol vuran ilk futbolçu oldu

Futbol üzrə UEFA Millətlər Liqasında Portuqaliya – Xorvatiya oyununda ilk hissə başa çatdı.

BAKU.WS xəbər verir ki, Portuqaliya millisi fasiləyə 2-1 hesabla üstün yollanıb. Onların 2-ci qolunu isə Kristiano Ronaldo vurub.

Bununla da portuqaliyalı ulduz futbolçu karyerasındakı rəsmi qol sayını 900-ə çatdırıb və futbol tarixində 900 rəsmi qol sayına çatan ilk futbolçu olub.

Qeyd edək ki, Kristiano Ronaldo 1236 oyuna 900 qol, 254 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha çox xəbərlər