Cəmiyyət 

Sahibsiz itlərdən özümüzü necə qoruyaq? – AÇIQLAMA

Bu bir həqiqətdir ki, evdə əziz dostlarımızın, yəni ev heyvanlarının olması ayrı bir xoşbəxtlik mənbəyidir. Xüsusilə diqqət və sevgini sevən və sevgilərini göstərməkdən çəkinməyən itlər həqiqətən insanların ruhuna toxunur. Lakin bəzi insanlar sahibləndiyi itləri sonradan küçəyə atır və yaxud onların baxımına biganə yanaşır. Nətəcədə isə küçə heyvanlarının xüsusilə baxıma və peyvəndə ehtiyacı olan itlərin sayı artır.

Bu səbəblədə bu cür baxımsız itlər insan həyatı üçün təhlükə mənbəyinə çevrilir. Qardaş ölkə Türkiyə Respublikasında baş verən it dişləmə hadisəsi ölümlə nəticələnmişdir. Halbu ki, orada heyvan sığınacaqları var. Hər bir heyvanının peyvəndi vurularaq qulaqlarına birka taxılır. Bizim ölkəmizdə isə bu hal demək olar ki, geniş yayılmayıb.

Küçə heyvanlarının hücümuna məruz qalan insanlar hansı xəstəliklər yoluxa bilər? Ümumilikdə heyvanları qoruma prosesi necə həyata keçirilməlidir?

Mövzu ilə bağlı BiG.AZ-a danışan həkim-infeksionist Aqil Kəməndli bildirdi ki, heyvanlardan yoluxan xəstəliklərarasında ən çox yayılanı pişik cırmağı və quduzluq xəstəliyidir:

” Pişik cırmağı xəstəliyini törədən bakterialar demək olar bütün heyvanların dırnağında olur. Bu zaman insanda səbəbsiz yerə hərarəti qalxır, qolduqaltı linfa düyünlərində böyümələr baş verir.

Sahibsiz itlərdən özümüzü necə qoruyaq? - AÇIQLAMAQuduzluq xəstəliyi isə it dişləməsi nəticəsində yaranır. Xəstəlik təkcə insana deyil, hətta ata da keçə bilir. Təəssüf ki, bu xəstəlik gizli baş verir. Ilk 3 həftədə tapılıb, müayinə olunması demək olar ki, mümkün deyil. Yoluxan insan işıqdan və sudan qorxmağa başlayır. İxtiyarsız bədən temperaturu qalxır. Zamanında aşkar edilmədikdə xəstəlik ölümlə nəticələnir”.

Sahibsiz itlərdən özümüzü necə qoruyaq? - AÇIQLAMABaytar-həkim Səma Ağalarova isə küçə heyvanlarının qorunması ilə bağlı fikirlərini bölüşərək qeyd etdi ki, hazırda Azərbaycanın bir neçə bölgəsində küçə heyvanlarının saxlanılması üçün sığınacaqlar mövcuddur

“Belə ki, bu bu sığınacaqlara itlər və digər küçə heyvanları gətirilib qısırlaşdırılır, peyvəndləri vurulub, qulaqlarına birka taxılaraq yenidən azad edilir. Lakin sığınacaqların yətircə olmamasının səbəbi maliyyə probleminin olmasıdır. Çünki, istər iynələr, istərsə də qısırlaşdırma əməliyyatları yüksək maliyyə xərci tələb edir. Buna görə də küçə heyvanlarının insanlara hücüm etməsi kimi hadisə təəssüflər olsun ki, yenə də baş verir”.

Toplan”-Sahibsiz itlərə qayğı mərkəzi isə hazırda Bakı şəhərində fəaliyyət küçə heyvanlarının sığınacaq mərkəzlərindəndir. Lakin mərkəzə müraciətimiz cavabsız qaldı. Görülən işlər haqqında mərkəzin əməkdaşları telefonlarımıza və verilən suallara cavab vermədi.

Daha çox xəbərlər