Cəmiyyət 

“Dünyanın hansı ölkəsinə getdimsə, orada ONUN ADINI duydum” – Türkiyə səfirindən XÜSUSİ açıqlama

“Dünyanın hansı ölkəsinə getmişəmsə, orada Qənirə Paşayevanın adını, izini duymuşam”.

Bu sözləri Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı deyib.

Səfir mərhum millət vəkili Qənirə Paşayeva ilə bağlı xatirələrini də bölüşüb:

“Qənirə Paşayeva 50 ilə yaxın ömründə jurnalist, siyasətçi, yazıçı, şair kimi çalışıb, qəlblərə yol tapıb.

Mən deyə bilmərəm ki, Qənirə xanım qədər dünyanı çox gəzmişəm, amma deyə bilərəm ki, getditim hər yerdə, ölkədə Qənirə xanımın adını, izini duymuşam. Onun şöhrəti Azərbaycanı, Türkiyəni aşaraq, digər ölkərələr də gedib çatıb. Türmənistanda, Özbəkistanda, hətta okeanın o tayında Amerikada belə Qənirə xanımın çalışmalarının izini, gördüm. Bu baxımdan Qənirə xanım bütün türk dünyası üçün son dərəcə örnək şəxsiyyətdir.
Qənirə xanımı ilk dəfə 2008-ci ildə Azərbaycana gələrkən tanımışdım. Daha sonra Türkiyəyə səfərlər edərkən bizi ziyarət etdi.

Azərbaycana səfir təyin olunanda ilk getdiyim tədbirdə, Qubada Azərbaycan-Türkiyə Qardaşlıq Parkının açılışında Qənirə xanım da var idi. Açılışı yağış altında etmişdik. O günü heç bir zaman unutmayacam”.

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

Daha çox xəbərlər