Cəmiyyət 

Polad Bülbüloğlu Qənirə Paşayevanın anasının əlindən öpdü – FOTO

Musavat.com -un xəbər verdiyi kimi, mərhum millət vəkili Qənirə Paşayevanın anım tədbiri və onun xatirəsinə həsr olunan İTHAF SƏRGİSİnin açılışı keçirilib.

Dövlət Xalça Muzeyində təşkil olunan tədbirdə millət vəkilləri, yazıçılar, rəssamlar, media təmsilçiləri, diplomatlar və Qənirə xanımın ailə üzvləri iştirak ediblər.

Kütləviliyi ilə seçilən tədbirdə təsirli anlar yaşanıb.

Onlardan biri də deputat, MM-in Mədəniyyət Komitəsinin yeni sədri (bu vəzifəni ölümünə qədər Qənirə Paşayeva daşıyıb – Redaktor) Polad Bülbüloğlunun çıxışından sonra baş verib.

Musavat.com-un tədbirdə iştirak edən müxbiri xəbər verir ki, çıxışını bitirdikdən sonra Polad Bülbüloğlu Qənirə Paşayevanın anası Tehran xanıma yaxınlaşıb və onun əlindən öpüb. Bu səhnə zaldakıları çox təsirləndirib.

Həmin anın eksklüziv fotosunu təqdim edirik.

Musavat.com

Daha çox xəbərlər