Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qızıl tarix – 27, 44…

By Vüsal Rafiqoğlu
27.09.2024 3 Min Read

İki gün əvvəl Xankəndində düşünürdüm ki, balaca bir şəhər necə oldu ki, qudurub “dövlət” oldu, Qarabağ müharibələrində minlərlə oğullarımızı itirdik…

44 günlük Vətən müharibəsinin şəhidləri haqda çox hekayələr var, bir varağa sığan deyil, bu bir əfsanədir, kitablara düşəcək, dildən-dilə gəzəcək illərlə…

Onlardan birini də bugünlərdə Şuşada keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nəsrullayev danışdı. Şuşa uğrunda savaşın şiddətli vaxtında, döyüş meydanında hər tərəf barıt, tüstü olarkən komandirinin qucağında can verən biri son nəfəsində “burnuma cənnət qoxusu gəlir…”deyib. Şuşanın iqlimi işğal illərində çox dəyişməyib, amma qoxusu bir başqa aləm olub. Bunu hələ davam edən tikintinti meydançalarının əhatəsində belə hiss etmək mümkündür…

27 sentyabr onların günüdür-şəhidlərin! Nələr gördük bu 44 gündə? Balasını torpağa qoymaq nə qədər ağır sınaq, Allahım…İtkin balasının nəşi qapısına gələndə qurban kəsənlər…Bu bir ailəyə sığan dərd deyil, bu yükü bir el, bir oba toplaşıb ancaq çəkə bilər.

qarabagda_proses.jpg (55 KB)

Birinci Qarabağ savaşındakı itkilərimizin yarası heç qaysaqlamadı, hələ indi də onların nəşini işğaldan azad yurdlarda tapıb dəfn edirik. İkinci Qarabağ savaşında da itkilərimiz o qədər ağır, ağrılı ki…

Onların doğum tarixlərinə baxırsan, havalanır adam. 2000, 2001, 2002-ci il…Əksəriyyət atəşkəs uşaqlarıdır- 1993, 1994, 1995, 1996…Rütbələri-polkovnik, polkovnik-leytenant, baş gizir, gizir, baş əsgər, əsgər! Doğum yerləri-Azərbaycanın dörd bir yanı, dörd bir yanının kəndləri, qəsəbələri. Milliyyətləri- azərbaycanlı, avar, ləzgi, tat, talış, rus…Bir müqəddəs Vətən savaşı ancaq bu qədər milli, millətləri bir bayraq altında, bir amal uğrunda birləşdirə bilərdi.

Bir dəfə də siyahıya baxıb yazmışdım- böyük bir Azərbaycan yatır şəhidlər adı altında. Həsrət, İntiqam, Nicat, Müzəffər…Necə də müharibəmizə uyğun adlardır! Tariximiz də şəhid adları ilə ucaldı-Laçın, Təbriz, Tərlan, Babək, Beyrək, Cahangir, Mübariz…Daha kimlər var? Elsevər, Elgün, Amal… Sonrası da var- Adəm, Məhəmməd, Əli, Cəbrayıl, Yusif, İman… Və… Bizi torpaqlara qovuşduran daha iki ad- Məsud və Firəvan…

Son aylaracan hələ də itkin hesab olunanlar vardı. Anaları illərlə oğul tabutunun yolunu gözlədi. İki Qarabağ müharibəsi Azərbaycana bu qədər qədər göz yaş gətirdi.

İki gün əvvəl Xankəndindəydim. 37 il sonra Şuşa- Xankəndi yolu ilə getdim. Yol boyu düşünürdüm, balaca bir şəhər necə oldu ki, qudurub “dövlət” oldu, həyatımızı qaraltdı axı? Müharibənin başlanğıq nöqtəsi bura idi, burada da bitməliydi. Bitdi də! Amma itkilər hesabına, çox itkilər həm də…

Biz bu Qələbəni haqq edirdik, düşmənin belini qırdı iğidlərimiz, and yerimiz oldular. Düşmən qıydığı hər cana qarşılıq ən azı iki can verdi. Amma bu içimizi soyutmaz. Qanları ilə aldıqları azad torpaqlara ayaq basırıq, amma sanki hər tərəf onların qanı ilə boyanmış…

muharibee-768x403.jpg (51 KB)

Xankəndidən Ağdama keçdim azad olunandan bəri ilk dəfə. Təkcə bu xarabalığa baxmaq kifayətdir ki, DTX-nın zirzəmisindəki separatçıları ömürlük həbs verəsən…

Xudayarının oxuduğu təsnif İkinci Qarabağ müharibəsinin himnidir. Birinci savaşda himnimiz “Marş irəli, Azərbaycan əsgəri!” olmuşdu. İkinci Qarabağ müharibəsində o himni Xudayar oxudu. Təsirli deyil, təsnif də deyil, havalandırır adamı onu dinlədikcə. Bir kino lenti kimi keçir 44 günklük müharibə gözün qarşısında. Film kimi bir müharibə! Sonluğu Qələbəmizlə bitən müharibə!

Biz Qələbənin hər dəqiqəsinə görə onlara borcluyuq-Şəhidlərimizə! Dövlət onların ana-atasını, uşaqlarını bərk-bərk qucaqlayıb. Atasız deyil o uşaqlar. Bundan belə dövlətdir onların babaları. Dövlət babalıq nə olduğunu hamımızdan yaxşı bilir. Dövlətə əmanətdir şəhid ailələri.

Bizim borcumuz? Onların ruhu qarşısında bir yazı, bir təəssürat nədir ki? Borcları ödənməz. Biz millət olaraq onların ailələrinə bayraq kimi sayğı göstərməliyik. Şəhidlər bizim bayrağımızdır, gerbimizdir, simvolumuzdur! Ona görə daima ucalıqda olacaqlar…

Nazim SABİROĞLU,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistan təzminatı torpaq kompensasiyası ilə ödəyəcək? – sabiq nazirdən açıqlama

Next

Vətən müharibəsinin şahinləri: Onlar ilk şəhid pilot oldular – FOTO

Xəbər lenti

  • Ordumuz qırıcıları havaya qaldırdı – FOTOLAR 17.07.2026
  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv