Cəmiyyət 

Tarix yazan qəhrəmanlar: İntiqam və Nurlan qardaşları

Bu gün işğal olunmuş torpaqlarını düşməndən xilas edən Azərbaycan xalqı öz rifah dövrünü yaşayır. Lakin heç nə unudulmur, heç nə yaddan çıxmır. Bu torpaqları canları, qanları bahasına xalqına geri qaytaran şəhidlərimizdir. Onları xatırlamaq, onları tanımaq bizim vətəndaşlıq borcumuzdur.

Bir ana düşünün, iki oğlu vardı, hər ikisini də Vətən uğrunda qurban verib. Amma qürurlu və mətindir. Onunla söhbətimizdə də bu mətni, şücaəti duymamaq mümkün deyildi.
Ziba ananın kiçik oğlu Nurlan Əsgərli Aprel döyüşlərində, böyük oğlu İntiqam Əsgərli isə Vətən Müharibəsində şəhadətə ucalıb.

Şəhid anası Ziba xanım şəhidlərin Anım günü öz duyğularını, düşüncələrini BiG.AZ-a danışaraq bildirdi ki, bu gün mənim üçün müqəddəs gündür. Qələbəyə gedən yolun ilk qığılcımları aprel döyüşlərindən başladı. Bu döyüşlərin həm şahidi, həm şəhidi mənim oğlanlarım olub. Bu ağrı-acını yaşamaq çətindir, lakin bir o qədər də qürurludur:

Tarix yazan qəhrəmanlar: İntiqam və Nurlan qardaşları“Övladlarımı çətinliklə böyütdüm. Bu gün fəxr edirəm ki, onları xalqına, millətinə layiq vətəndaş kimi yetişdirmişəm. Oğullarımın ən böyük arzusu düşmən tapdağında olan torpaqlarımızın azad olması idi. Böyük oğlum Aprel döyüşlərində şəhid olduğu zaman “kaş Şuşaya bayrağımız sancılanda şəhid olardım” demişdi.
İntiqamım qardaşının istəyini reallaşdırmaq üçün Vətən müharibəsinə qatıldı. Bu gün hər iki övladımın arzusu reallaşıb.
Ali Baş Komandanımızın rəhbərliyi ilə döyüşlərdə qələbə qazandıq. Dəmir yumruq kimi birləşib, düşməndən körpələrin, ana- bacıların qisasını aldıq.
“Torpaq qan ilə qarışanda vətən olur” deyib atalarımız. Bu gün mənim oğlum kimi neçə-neçə igidin qanı ilə yuyulan torpağımız -Vətənimizdir. İgid balalarımız öz qanları ilə bütöv Vətən yaratdılar”.

Tarix yazan qəhrəmanlar: İntiqam və Nurlan qardaşlarıZiba ana qeyd etdi ki, Mənim İntiqamın Şuşada şəhid olub. Şuşaya getdiyimdə, o dağlardan, zirvələrdən keçdiyimdə bir söz dedim: “Bu yolu gedən oğulların hamısı qəhrəmandır”.
İndi Şuşamız, Laçınımız, Xankəndimiz, Xocalımız da bizimlədir.
Bu gün evimdə övladlarımın yadigarları böyüyür. Dövlətimizin dəstəyi ilə oğlanlarım şəhid olduqdan sonra da ailəm çətinlik görmədi.
Allahdan bir arzum var. Düşmən tapdağından qurtardığımız torpaqların çiçəklənməsi, orada məktəblər açılması,viran qalan hər yerin gülüstana çevrilməsidir. İnşallah dövlətimizin gücü, Ali Baş Komandanımızın rəhbərliyi ilə arzuladığım günlər uzaqda deyil. İki övladı şəhid olan ana kimi bundan əminəm”.

Tarix yazan qəhrəmanlar: İntiqam və Nurlan qardaşları

Daha çox xəbərlər