Nadir Qafarzadə EFİRDƏ ETİRAF ETDİ: Kiməsə 500 manat versəm… – VİDEO
Müğənni Nadir Qafarzadə evə bazarlığını özünün etdiyini açıqlayıb.
Bu barədə o, “Həmin Zaur” verilişində danışıb.
Sənətçi bildirib ki, nə istədiyini və nə alacağını özündən yaxşı heç kim bilmir. Ona görə də bazarlığı heç kəsə həvalə etmir:
“Mənim nə yediyimi başqası bilmir. Kiməsə 500 manat versəm ki, get, mənim üçün bazarlıq et, gedib öz bildiyini alacaq. Ona görə də bazarlığı heç kəsə həvalə etmirəm, özüm gedirəm və bundan da zövq alıram. Həm də bazar işçiləri ilə söhbət etmək, onların hal-əhvalını soruşmaq adama zövq verir. İşçilər məni görəndə deyirlər, filan şey var, Nadir bəy, alın, bunu da dadın və s. Bu, o qədər xoşdur ki…”//Yenisabah.az