Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Gürcüstan Rusiyadan ərazilərini geri ala bilər – Qafqazda SULAR İSİNİR!

By Vüsal Rafiqoğlu
10.10.2024 3 Min Read

Moskva-Tiflis yaxınlaşması və Lavrovun açıqlaması Abxaziya və Cənubi Osetiya probleminin həll olunacağına ümid yaradıb; əgər bu ay inqilab olmasa…

“Rusiya Federasiyası ilə münaqişənin həlli Gürcüstanın ən mühüm prioritetlərindən biridir”. “Yeni Müsavat” qeyd edir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze danışıb. “Praqmatik siyasət və Rusiya ilə münaqişənin sülh yolu ilə həlli də ən mühüm prioritetlərdən biri sayılır”, – deyə gürcü baş nazir qeyd edib.

Kobaxidze bununla bərabər, Avropa İttifaqı və ABŞ-la münasibətlərin yenidən əvvəlki səviyyəyə çıxarılmasının Gürcüstan üçün ən vacib vəzifə olduğunu da vurğulayıb. Gürcüstan son vaxtlar tamamilə yeni siyasət həyata keçirir və şübhəsiz ki, burada məqsəd Rusiya ilə barışmaqdır. Ekspertlərə görə, rəsmi Tiflis artıq o qənaətə gəlib ki, bölgədə Rusiya ilə konfliktdə olmaqla hansısa ciddi nailiyyətlər əldə edə, vaxtilə ilhaq olunmuş torpaqlarını geri ala bilməyəcək, Qərbin, Avropanın isə ona kömək etməsi, Rusiyanın Qafqazda təsirlərini heçə endirməsi mümkün deyil. Gürcüstan doğru siyasətmi seçib?

Rusiya vətəndaşlarına Gürcüstanda əmlak qadağası

Lakin bu ay Gürcüstanda keçiriləcək parlament seçkiləri ölkənin müqəddəratını müəyyən edəcək. Seçkilərdə indiki hakim partiyanın qələbəsi Gürcüstanın Rusiya ilə yaxınlaşmasını sürətləndirəcək. Əgər qərbpərəst müxalifət qalib gələrsə, yenidən Moskva-Tiflis münasibətləri korlana bilər. Rusiya kəşfiyyatı bəyan edib ki, Qərb Gürcüstanda çevrilişə hazırlaşır. Hər halda, Kreml “Gürcü arzusu”na əksinqilab üçün dəstək verəcək. Hadisələrin inkişafından asılı olaraq, Rusiya-Gürcüstan əlaqələrində yeni baxış haqda danışmaq mümkün olacaq. Hazırkı gedişatda görünən budur ki, İvanişvili hökuməti Rusiya ilə yaxınlaşmağa ümid kimi baxır. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Rusiya ilə qurulan yüksək səviyyəli münasibətlər də Tiflis üçün presedentdir. Gürcüstan hakimiyyəti Putin Rusiyasının Abxaziya və Cənubi Osetiya problemini həll edəcəyinə inanır. Lakin vəziyyət fərqlidir. Əvvəla, abxazlar və osetinlər öz torpaqlarında yaşayırlar, oradan qovulan gürcülərdir. Eyni zamanda gürcü xalqında bizim qədər suverenliyini bərpa etmək ehtirası hiss olunmur.

“Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayacaq”. Partiyanın icraçı katibi Mamuka Mdinaradze deyib. “Agentura antimilli söz-söhbətlər ortaya atıb ki, guya Gürcü Arzusu qondarma Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanıyaraq, ölkəni konfederativ struktura keçirəcək. Bununla onlar seçkilərə təsir göstərməyə çalışırlar. Heç bir tanınma və ya buna bənzər antimilli məsələlər nəzərdən keçirilmir. Konfederasiyaya razılaşmaq işğal olunmuş ərazilərin tanınması deməkdir”, – Mdinaradze bildirib. Rusiya xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Rusiya Gürcüstanı tanınmamış Abxaziya və Cənubi Osetiya “respublikaları” ilə barışdırmağa kömək etməyə hazırdır. Onun sözlərinə görə, indiki Gürcüstan rəhbərliyi keçmişi vicdanla qiymətləndirir və tarixi barışıq istəyir: “Bu barışıq formatını ölkələr özləri seçməlidir”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, regionda müxtəlif siyasi qütblər var. Onun sözlərinə görə, siyasət bir elm sənətidir. Partiya sədri hesab edir ki, keçmiş prezident Mixail Saakaşvilinin hakimiyyətdə olduğu vaxtlarda Qərbin vədlərinə inanıb az qala Rusiyaya müharibə elan etmişdilər: “Nəticəsi də məlumdur. Həmin 5 günlük müharibə nəticəsində Abxaziya və Cənubi Osetiya özləri üçün müstəqilləşdilər, geri qayıtmaları qeyri-mümkün oldu. Xalqlarda da bir inamsızlıq var idi. Amma ərazi bütövlüyü demokratiyadan, hər şeydən üstündür. Nəzərə almaq lazımdır ki, Qərb regiondan uzaqdır, amma Rusiya müsbət imici olmasa da, kobud güc amilidir və proseslərə təsir edir. Bu faktor Azərbaycan tərəfindən 30 il ərzində nəzərə alınıb. Ona görə bir nümunə ortaya qoymuşuq”, – deyə A.Nağı bildirdi. AVP sədri qeyd etdi ki, Gürcüstan da real siyasətə qayıdıb, Rusiyadan jestləri qiymətləndirib konfederasiya yarada bilər: “Yəni Abxaziya, Cənubi Osetiya və Gürcüstan konfederasiyada birləşə bilərlər. Rusiya da mesaj vermişdi ki, bu iki subyektin maliyyəsi kəsilə bilər. Onlar da bu reallığı başa düşürlər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zibili yerə atmaq olmaz, bəs zibilqabı yoxdursa…

Next

Universitetlərdəki artıq fənlər – nazirin təklifinə reaksiya

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv