Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Universitetlərdəki artıq fənlər – nazirin təklifinə reaksiya

By Vüsal Rafiqoğlu
10.10.2024 3 Min Read

Ekspert: “Tədris proqramları əmək bazarının tələblərinə uyğun olaraq modernləşdirilməlidir”

Ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması, bəzi fənlərin ixtisar edilməsi və tələbələrin təcrübələrə yönəldilməsi barədə müzakirələr aparılır.  Təhsil naziri bununla bağlı açıqlama verərək bildirib ki, ali təhsil müəssisələrində proqramların yenilənməməsi daima gündəmdədir. Nazirin sözlərinə görə, bəzən dəyişiklik edilməməsinin səbəbi təhsilə aidiyyəti olmayan məsələlər olur: “Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişikliyə hazırıqsa, bunu edək”.

Dəyişikliklərə hazır olmaq üçün nə edilməlidir? Ali təhsil ocaqlarında artıq fənlər hansılardır? Onlar niyə hələ də qalır?

Təhsil üzrə ekspert Kamran Əsədov Musavat.com-a açıqlamasında deyib ki, Azərbaycan Təhsil Nazirliyi dəfələrlə ali təhsil proqramlarının yenilənməsi və mövcud proqramlarda bəzi fənlərin ləğv edilməsi ilə bağlı çağırışlar edib. Təhsil naziri tərəfindən edilən son açıqlama isə bu istiqamətdə müəyyən addımların atılmasının zəruriliyini bir daha təsdiqləyir.

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Kamran Əsədov

“Ali təhsil proqramlarında bəzən artıq fənlərin mövcudluğu, tələbələrin təcrübəyə yönəlməsinin önəmsizləşdirilməsi və nəzəriyyəyə həddən artıq üstünlük verilməsi təhsil sistemindəki bəzi problemlərin kökündə durur. Bu günün əmək bazarının tələbləri ilə ayaqlaşmaq üçün proqramlar müasir bilik və bacarıqları tədris etməli, tələbələri iş həyatı üçün hazırlamalıdır. Lakin bir çox halda köhnəlmiş, praktik faydası az olan fənlər proqramlarda yer almaqda davam edir.

Ali təhsil müəssisələrində artıq hesab olunan fənlər adətən nəzəriyyəyə həddən artıq bağlı, müasir elmi tədqiqatlarla uyğunlaşmayan və tələbələrin peşəkar hazırlığına konkret təsir etməyən fənlərdir. Məsələn, bəzi humanitar və ya tarixə aid köhnəlmiş, lokal kontekstli fənlər tədris planında öz aktuallığını itirə bilər. Tələbələr bu fənləri keçərək müasir dövrün tələblərinə uyğun bacarıqlar qazana bilmirlər. Buna misal olaraq, bəzi universitetlərdə hələ də tədris edilən tarixi faktlarla dolu, lakin aktual elmi analizlərdən uzaq fənləri göstərmək olar. Eyni zamanda texniki sahələrdə də artıq sayılan və konkret texniki bilik verməyən nəzəri fənlər çoxluq təşkil edir. Belə fənlər praktik təlimləri və təcrübələri sıxışdırır və tələbələrin texnologiya, innovasiya və ya startap fəaliyyəti üçün zəruri olan bacarıqların inkişafına mane olur.

Ali təhsil sistemində artıq hesab olunan fənlərin qalmasının bir neçə əsas səbəbi var. Bunlardan biri akademik ənənələrin və proqramların uzun müddət dəyişilmədən davam etməsidir. Universitetlərdə müəyyən bir proqram oturuşduqda, onu dəyişmək üçün tələb olunan bürokratik prosedurlar və ya professor-müəllim heyətinin müqaviməti tədris prosesində islahatların gecikməsinə səbəb ola bilər. Digər bir səbəb isə müəllimlərin bu fənlər üzrə ixtisaslaşmış olması və onları tədris etməkdə maraqlı olmalarıdır. Onlar yeni fənlərə və ya müasir yanaşmalara keçid edərkən bu bilik və bacarıqların yenilənməsi üçün əlavə təlimlərə ehtiyac duyurlar, lakin bu proses müəyyən xərclər və vaxt tələb edir.

Dəyişikliklərə hazır olmaq üçün ilk növbədə ali təhsil müəssisələri proqramlarını yenidən gözdən keçirməlidir. Tədris proqramları əmək bazarının tələblərinə uyğun olaraq modernləşdirilməli, artıq fənlər ləğv edilməli və ya daha müasir fənlərlə əvəzlənməlidir. Beynəlxalq təcrübə göstərir ki, yüksək keyfiyyətli tədris üçün təcrübi biliklər nəzəriyyədən daha vacibdir. Məsələn, Finlandiya, Almaniya və ABŞ kimi ölkələrdə universitetlər tələbələri iş dünyası ilə sıx əməkdaşlıq çərçivəsində praktiki bacarıqlarla təchiz edir və təcrübə proqramları dərs planının əsas hissəsinə çevrilib. Hətta bəzi universitetlər tələbələrin məzun olmadan iş tapmalarını hədəfləyən təcrübə əsaslı təhsil modelinə üstünlük verirlər.

Azərbaycanın ali təhsil müəssisələrində də bu istiqamətdə dəyişikliklərin edilməsinə ehtiyac var. Universitetlərdə tədris olunan fənlərə baxış daha çevik olmalı və proqramlar mütəmadi olaraq yenilənməlidir. Tələbələrə daha çox təcrübi biliklər vermək üçün praktiki təlimlər, laboratoriyalar, layihə əsaslı öyrənmə metodları tətbiq edilməlidir. Belə bir yanaşma tələbələrin işə hazırlığını artırar və onların əmək bazarında daha rəqabətədavamlı olmasına şərait yaradar”.

Ekspert bildirir ki, universitetlərin təhsil proqramları hazırlanarkən iş dünyası ilə sıx əməkdaşlıq etməsi vacibdir. Belə bir yanaşma proqramların real tələblərə uyğun olmasına və tələbələrin universitetdən məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkməməsinə kömək edəcək: “Bunun üçün təhsil sistemində şirkətlər və universitetlər arasında əməkdaşlığın daha da genişlənməsi və birgə təcrübə proqramlarının təşkili vacibdir.

Nəticə olaraq, ali təhsil müəssisələrində artıq fənlərin tədris proqramlarından çıxarılması və təcrübəyə yönəlmiş təhsil modellərinin tətbiqi müasir tələblərə uyğun tədrisin əsasını təşkil edir. Dəyişikliklərə hazır olmaq üçün universitetlər daha çevik və innovativ yanaşmalara açıq olmalı, tələbələrə praktiki bilik və bacarıqlar qazandırmaq üçün iş dünyası ilə sıx əməkdaşlıq etməlidir”.

Şahanə RƏHİMLİ,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gürcüstan Rusiyadan ərazilərini geri ala bilər – Qafqazda SULAR İSİNİR!

Next

Dağların başından dünyaya səda salan kənd – Xınalıqdan reportaj (FOTOLAR)

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv