Dünya 

Buxarestdə Bakı gündəmi: Rumıniya Diplomatik İnstitutunda Qlobal İqlim Diplomatiyası müzakirə edildi – FOTOLAR

Rumıniya Diplomatik İnstitutunda “Qlobal İqlim Diplomatiyası” adlı tədbirdə COP29-a həsr olan panel müzakirələr keçirilib.

Bu barədə Musavat.com-a Rumıniyadakı səfirliyimizdən məlumat verilib.

Məlumatda bildirilir ki, 23 oktyabr tarixində  Rumıniya Diplomatik İnstitutunda Enerji Siyasəti Qrupunun təşkilatçılığı ilə  “Qlobal İqlim Diplomatiyası: COP28, COP29 və COP30” adlı panel müzakirələr keçirilib.

Tədbirdə Rumıniyanın ekologiya, su və məşələr naziri Mirça Feket, Rumıniyanın Prezident Administrasiyasının iqlim və davamlılıq üzrə dövlət müşaviri Aleksandra Bokşe, energetika nazirinin müavini Dan-Dragoş Dragan, Azərbaycanın səfiri Qüdsi Osmanov və Braziliyanın səfiri Rikardo Guerra de Araujo çıxış ediblər.

Untitled (4)-3.jpg (315 KB)

Natiqlər çıxışlarında ətraf mühit böhranları ilə mübarizə, qlobal enerji mühitinin dinamik dəyişiklikləri, enerji müstəqilliyi kimi vacib məsələlərə toxunublar.

Rumıniyanın ekologiya, su və məşələr naziri Mirça Feket iqlim dəyişməsi nəticəsində ölkələrin üzləşdiyi çağırışlar, Rumıniyanın ətraf mühit sahəsində apardığı siyasət barədə söhbət açıb. O, COP29 tədbirinə toxunaraq, Azərbaycanın digər ölkələr ilə əməkdaşlıqda bərpaolunan enerji mənbələrinin istifadəsinin və ötürülməsinin əhəmiyyətindən danışıb.

Untitled (2)-3.jpg (222 KB)

Tədbirdə əsas natiq qismində iştirak edən ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanov Azərbaycanda ətraf mühit, ekoloji dayanıqlıq istiqamətində həyata keçirilən tədbirlər, COP29 çərçivəsində görülən işlər və irəli sürülən təşəbbüslər, o cümlədən İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması, “COP29 atəşkəsi” barədə iştirakçılara ətraflı məlumat verib. Səfir, həmçinin ölkəmizin strateji hədəflərdən birinin karbon iqtisadiyyatından yaşıl iqtisadiyyata keçidin təşkil etdiyi, bu istiqamətdə həyata keçirilən beynəlxalq layihələr, o cümlədən 2022-ci ilin dekabr ayında “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası və gələcək perspektivlərinə toxunub.

Untitled (1)-3.jpg (135 KB)

Braziliyanın Rumıniyadakı səfiri Rikardo Guerra de Araujo ölkəsinin COP30 gözləntiləri, hədəfləri, iqlim dəyişikliklərinin mənfi fəsadları ilə mübarizədə dünya lider ölkələrinin rolundan söz açaraq, Braziliya tərəfindən ölkəmizin COP29 səylərini dəstəklədiyi qeyd edib.

Daha çox xəbərlər