Cəmiyyət 

Yağış yağdı avtomobil nömrələri itdi

Son dövrlərdə yağışlı havanın gətirdiyi fəsadların sayı-hesabı bitmir. Sosial şəbəkələrdə avtomobillərin dövlət nömrə nişanlarının yağış səbəbindən itməsi kimi halların baş verdiyi xəbərləri ilə qarşılaşırıq.

BiG.AZ-a mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, avtomobil nömrələrinin itməsi ilə bağlı qanunda hər hansı bir cərimə nəzərdə tutulmur:

Yağış yağdı avtomobil nömrələri itdi“Nömrə itdiyi zaman sürücü mütləq bu barədə Dövlət Yol Polisənə məlumat verməlidir. Nömrə bir ay ərzində tapıldıqda həmin şəxsin özünə qaytarılır. Əgər nömrə tapılmırsa həmin sürücüyə yeni dövlət qeydiyyat nişanı verilir. İllərdir ki, biz təbii fəlakət anında vətəndaşlara güzşətlər edilməsini təklif edirik. Lakin bu məsələ diqqətdən kənarda qalır.
Avtomobillərin dövlət qeydiyyat nişanlarının itirilməsində sürücü məsuliyyətsizliyi də mövcuddur. Belə ki, dövlət qeydiyyat nişanları avtomobillərə boltla bərkidilməlidir. Bəzi sürücülər qeydiyyat nişanı deşilməsin deyə yapışqandan istifadə edirlər. Bu isə yolverilməz haldır. Məsələyə ciddi yanaşmaq lazımdır. “Hoqqabazlıq” etmək əsassızdır. Dövlət qeydiyyat nişanı itdikdə ən çox əziyyətə qatlaşan elə sürücü olur. Belə ki, maşın texniki baxışdan keçirilməli və yeni qeydiyyat nişanı alınmalıdır. Bu isə ümumi olaraq sürücüyə
60 manata başa gəlir”.

Yağış yağdı avtomobil nömrələri itdiNəqliyyat eksperti Aslan Əsədov da BiG.AZ-a mövzu ilə açıqlama verərək qeyd edib ki, Sovet hökümətindən bizə qalan və dəyişməsinə ehtiyac olan bir məsələ nömrələrin “dublikatının” çıxarılmamasıdır:

“Bu gün dünyanın bütün ölkələrində sürücü avtomobilin dövlət qeydiyyat nişanını itirdikdə rahatlıqla eyni nömrənin yenisini əldə edə bilir. Hər hansı risum və xərc çəkmədən bu proses həyata keçirilir. Lakin bizdə bu qanun yoxdur və dəyişməsinə ehtiyac var”.

Daha çox xəbərlər