Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ – Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ

By Vüsal Rafiqoğlu
30.11.2024 3 Min Read

Avropa Parlamenti noyabrın 28-də Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkilərinin nəticələrini tanımamaq qərarına gəlib. Qurum seçkilərin legitimliyinin ciddi qanun pozuntuları ilə zərər gördüyünü qeyd edərək, beynəlxalq ictimaiyyətin bu nəticələri qəbul etməməli olduğunu vurğulayıb. Qəbul edilən qətnamədə deyilir: “Seçkilərin nəticələrini tanımaq mümkün deyil. Buna görə də Avropa Parlamenti bu seçkiləri rədd edir və onların bir il ərzində yenidən keçirilməsini tələb edir. Təkrar seçkilər daha yaxşı seçki mühiti, müstəqil və qərəzsiz seçki idarəçiliyi ilə beynəlxalq nəzarət altında keçirilməli, şəffaf və ədalətli proses təmin olunmalıdır”. 

Qətnamənin lehinə 444 deputat səs verib, 72-si əleyhinə, 82-si isə bitərəf qalıb. Avropa Parlamenti, həmçinin “Gürcü Arzusu” partiyasının liderlərinə, o cümlədən Bidzina İvanişvili, İrakli Kobaxidze, Şalva Papuvaşvili, İrakli Qaribaşvili və Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq edilməsini tələb edib. Bu çağırışın Gürcüstanın daxili siyasətində və Avropa ilə münasibətlərində ciddi gərginliklər yarada biləcəyi deyilir. Avroparlament həmçinin Gürcüstan hökumətini demokratik standartlara əməl etməyə və seçki prosesindəki qüsurları aradan qaldırmağa çağırıb. Bu qərar isə Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşmaq istəyinə mənfi təsir göstərə bilər. Belə çıxır, hansısa ölkədə seçkilərdə yalnız Qərbin “5-ci kolon”u (antimilli qüvvələr) qalib gəlməlidir ki, o, legitim sayılsın? Rəsmi Tiflisin cavabı nə olacaq, erkən seçkilər keçirilə bilərmi?

Vüqar İskəndərov: İgid oğullarımızın qanı bahasına işğaldan azad edilmiş  torpaqlar indiki radikal müxalifət təmsilçilərinin hakimiyyət hərisliyinin  qurbanına çevrilmişdi

Vüqar İskəndərov 

Deputat Vüqar İskəndərov “Yeni Müsavat”da Avropa Parlamentinin bu qərəzli addımını bu cür şərh etdi: “Hesab edirəm ki, Avropa Parlamentinin noyabrın 28-də qəbul etdiyi qərar bu qurumun mahiyyətini bir daha ortaya qoyur. Məlum olduğu kimi, Avropa Parlamenti həmin qərarla Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkilərinin nəticələrini tanımamaq qərarına gəlib. Qurum seçkilərin legitimliyinin ciddi qanun pozuntuları ilə zərər gördüyünü qeyd edərək, beynəlxalq ictimaiyyətin bu nəticələri qəbul etməməli olduğunu vurğulayıb”.

V.İskəndərov bildirib ki, Avroparlament bununla əslində, müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq metodunun davam etdiyini ortaya qoyub: “Hesab edirəm ki, bu qərardan belə nəticə çıxarmaq olar. ”Beşinci kolon” uğur qazanmayıb deyə Avropa Parlamenti Gürcüstandakı seçkilərin nəticəsini tanımır. Belə çıxır ki, hansısa ölkədə seçkilərdə yalnız Qərbin “5-ci kolon”u, yəni antimilli qüvvələr qalib gəlməlidir ki, o, legitim sayılsın? Lakin bu qərarın Gürcüstan hakimiyyəti üçün nə önəmi, nə də təsiri olacaq. Gürcüstan Qərbin təqdim etdiyi “resept”dən imtina edərək, müstəqil siyasət yürütməkdə davam edəcək”.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva Qərbin qonşu ölkədə əvvəlki zamanlara nisbətən hakimiyyət dəyişikliyi etmək şanslarını bu dəfə daha zəif sayır: “Avropa Birliyinin Gürcüstandan istədiyi Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır. Axırıncı seçkilərdən əvvəl də, sonra da Qərbin qara buludları Tiflisin başının üstünü almışdı. Qəribə də olsa Gürcüstanda beşinci kolonun başçısı prezident Salome Zurabişvilidir. O, uzun müddət Fransa Xarici İşlər Nazirliyində çalışıb. Yəni Fransanın, Qərbin tapşırıqlarının Gürcüstandakı əsas icraçısıdır. Xanım prezident sonuncu aksiyalarda da müxalifətin yanında idi. Amma əlində yetərli səlahiyyət olmadığı üçün proseslərə və İvanişvili cəbhəsinə tutarlı təsir göstərə bilmir. İndi Gürcüstanda durum son dərəcə həssasdır. Faktiki olaraq cəmiyyət iki hissəyə parçalanıb. Siyasi fikir ziddiyyətləri daha da geniş haçalanarsa, bu vətəndaş qarşıdurması ilə nəticələnə bilər. Qərbin də istədiyi budur. Qoca qitə Gürcüstanı Kremlə asanlıqla təslim etmək istəmir. Ona görə də qonşu ölkəni daxildən parçalamaq niyyətindədir. Fikrimcə, proseslərin bu cür davamı Gürcüstan dövlətçiliyini də zədələyə bilər. Ona görə də hazırkı iqtidar daha sərt addımlar atmağa məcbur qalacaq. Söhbət müxalifət mitinqlərindəki əsas katalizatorların qandallanmasından, hətta hazırkı prezidentin həbsə atılmasından gedir. Rusiyameyilli Gürcüstan hakimiyyətinin artıq belə bir təcrübəsi var. Keçmiş prezident Mixael Saakaşvilinin hələ də dəmir barmaqlıqlar içərisində saxlanılmasını nəzərdə tuturam. Qərb İvanişvili hakimiyyətini dəyişməyin çətin olduğunu anlayır. Çünki hakim partiyanın əsas dəstəkçisi Moskvadır. Əgər Qərbin çevriliş cəhdi baş tutsa, o zaman Kremlin cavabı daha sərt olacaq. Gürcüstan Abxaziya və Cənubi Osetiyanı tamamilə itirəcək. Məncə, erkən seçkilər olmayacaq. ”Gürcü arzusu” ya qalib kimi gürcülərin gələcək taleyinə işıq tutmağa çalışacaq, ya da Qərb cəbhəsindən olanlar Rusiya ilə Gürcüstanı üz-üzə qoyaraq Cənubi Qafqazda ikinci “Ukrayna ssenarisi”ni yazacaqlar. Aksiyalar daha şiddətli hal alarsa, o zaman qan tökülməsi qaçılmaz olacaq ki, bu da Gürcüstan tarixinə “qara və qanlı demokratiya” səhifəsinin yazılması ilə nəticələnəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistan Hərbi Qənimətlər Parkındakı silahları yenidən alır

Next

Bir torpaq sahəsini 3 adama satanlar – bitməyən dələduzluq

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv