Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Polşa “binokl şousu”na niyə qatıldı – “strateji tərəfdaş”ın bağışlanmaz səhvi…

By Vüsal Rafiqoğlu
30.11.2024 3 Min Read

Prezident Dudanın sərhədə gəlməsi ölkəsinin deyil, Avropa İttifaqının qərəzli mövqeyini nümayiş etdirməkdir; Bakıda səfiri olmayan ölkəyə rəsmi etiraz bildirilib – rəylər

Polşa Azərbaycanla strateji tərəfdaş olsa da, bu ölkənin prezidenti Andjey Dudanın Arazdəyənə gəlməsi və “binokl şousu”nda iştirakı diplomatik gərginliyə səbəb olub. Artıq Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo noyabrın 28-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-in yaydığı məlumata görə, görüş zamanı Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Andjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb. Həmçinin bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb.

Yəni əslində söhbət Dudanın Bakıya qarşı aşkar siyasi demarşından gedir. Maraqlıdır, görəsən bu anti-Azərbaycan təxribatı ilə Polşa və onun rəhbərliyi nə qazandı? Azərbaycanı qıcıqlandırmağa dəyərdimi? Bu azmış kimi, Duda jurnalistlərə açıqlamasında bildirib ki, Polşa AB-nin Azərbaycan-Ermənistan sərhədindəki müşahidə missiyasının tərkibindəki nümayəndələrinin sayını artırmağı nəzərdən keçirir. Yada salaq ki, Polşa prezidenti COP29 konfransı çərçivəsində Bakıda olmuş, həmkarı İlham Əliyevlə görüşmüşdü. İki ölkə arasında imzalanmış sənədə görə isə Polşa Azərbaycanın strateji tərəfdaşı sayılır. O halda “bu nə pəhriz, o nə turşu?” Bəlkə bu, “xroniki” xristian həmrəyliyinin təzahürüdür? Ümumiyyətlə, Polşa Qafqazda nə axtarır? Nəhayət, niyə “strateji tərəfdaş” sayılan bir ölkənin Bakıda səfiri yoxdur, müvəqqəti işlər vəkili təmsil edir?

Akif Nağı onu tənqid edənlərə sərt cavab verdi: "Gülənlə əlaqəsi olan  adamlar..."

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Polşa – Azərbaycan münasibətləri ilk baxışdan normaldır, tarixən də əməkdaşlıq yaxşı olub. Partiya sədri vurğuladı ki, polyak prezident Dudanın sərhədə gəlməsi Polşanın deyil, Avropa İttifaqının qərəzli mövqeyini nümayiş etdirməkdir: “Bununla Duda Avropa Birliyinə ”sədaqətini” göstərmək istəyib, yəni Ermənistanı müdafiə edirik”. A.Nağı təəssüf edir ki, Polşa son illər Qərbin və ABŞ-nin forpostuna çevrilməkdədir: “Rusiyaya qarşı bu ölkədə hərbi bazalar, raketlər yerləşdirilir. Halbuki Polşanın üç dəfə yaşadığı tarixi faciələr var, müharibələr səbəbindən bölüşdürülüb. Yəni Qərbin sifarişini yerinə yetirməsi, Avropa İttifaqının təlimatını icra etməsi Polşa üçün riskli addımdır. Ona görə sual yaranır ki, Duda Arazdəyənə gəlməklə nə demək istəyir? Ermənistanı müharibəyə hazırlayırlar, ya necə? Əgər bir hərəkətlilik olarsa, Ordumuz dərhal məhv edəcək. Azərbaycan buna hazırdır və təxribatçı addımları da izləməkdədir”.

Zaur Məmmədov: “Milli Məclisin yeni tərkibinin üzərinə çox böyük məsuliyyət  düşür” | 1news.az | Xəbərlər

Zaur Məmmədov

Siyasi ekspert Zaur Məmmədov isə hesab edir ki, Polşa liderinin tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzura gələrək “binokl”la baxanlara qoşulması iki ölkə arasında tərəfdaşlığa ziddir və hələ də hüquqi – normativ aktlarında qonşu dövlətə ərazi iddiası olan işğalçı dövlətin ambisiyalarının şirnikləşdirilməsidir: “Avropa İttifaqının keçmiş hərbçilərinin bölgədə qalması sülhə xidmət etmir və danışıqlarda Paşinyanı arxayınlaşdırır. Sözsüz ki, bu addıma qarşı adekvat tədbirlər görüləcək. Polşanın yerləşdiyi regiondakı dövlətlər Azərbaycanla siyasi-iqtisadi münasibətlərini genişləndirməkdədirlər. Dudanın bu addımı ancaq və ancaq Fransanın, Makronun yanındakı qüvvələrin maraqlarına cavab verir. Polşa lideri bunu bilirdi və xəbərdarlığa baxmayaraq Zəngəzura getdi”.

İlyas Hüseynov: Dövlət başçısının sərəncamı diqqət və qayğının bariz  nümunəsidir - "İki sahil"

İlyas Hüseynov

Siyasi ekspert İlyas Hüseynovun fikrincə, Avropa dövlətləri Ermənistanın daxili işlərinə qarışırlar və parlament seçkiləri ilə bağlı indidən iş görməyə başlayıblar: “Lakin bu, Avropa dövlətlərinə anti-Azərbaycan siyasəti yürütməyə haqq qazandırmır. Onun sözlərinə görə, rəsmi Varşava bu zaman Azərbaycanla arasındakı strateji tərəfdaşlıq əlaqələrini zərbə altına qoyur: ”Maraqlıdır ki, Polşa hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən dövlət olub. Burada anlaşılmaz bir anti-Azərbaycan ritorikası və münasibətlər yaranır”. İ.Hüseynov əmindir ki, Azərbaycan Polşaya diplomatik kanallarla eyni formada cavab vermək üçün əlində kifayət qədər əsaslar saxlayır. “Rusiyanın ən fəal düşmənlərindən biri olan Polşa prezidenti Andjey Duda Ermənistana səfər edib və Polşa ilə dostluğa görə Ermənistan rəhbərliyinə təşəkkür edib”. Bunu isə rusiyalı politoloq Sergey Markov deyib. “O, həmçinin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilən AB-nin mülki-hərbi missiyasına baş çəkib. Onlar sərhədin hər iki tərəfini istəyirdilər, lakin Azərbaycan onları qovdu. Ona görə də ancaq erməni tərəfində dayanırlar. Bütün kəşfiyyatçılar Rusiya və Azərbaycandan casusluq edir. Rusiya Xarici Kəşfiyyat Xidməti isə bəyanat yayıb ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Ermənistanı Rusiyadan qoparmaq üçün hər şeyi edir”, – Markov bildirib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bələdiyyələr və tibbi sığorta ilə bağlıyeniliklər – parlament təsdiqlədi

Next

DİQQƏT: Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər var

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv