Dünya 

Finlandiya NATO-nun Ukrayna üzrə missiyasına qoşulacaq

Finlandiya NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim (NSATU) missiyasında iştirak edəcək və 6 hərbçi göndərəcək.

“Report”un xəbərinə görə, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunur ki, müvafiq qərarı dünən ölkə Prezidenti Aleksander Stubb təsdiqləyib.

Xatırladaq ki, NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim (NSATU) proqramının yaradılmasına iyul ayında Alyansın Vaşinqtonda keçirilən sammitində qərar verilib. NSATU Ukrayna üçün planlaşdırma və maddi-texniki dəstəyi koordinasiya və təmin edir, eləcə də müttəfiq ölkələrdə Ukrayna üçün təlimlərə nəzarəti həyata keçirir.

Daha çox xəbərlər