Dünya 

Brüsseldə mühüm qərar: Yanvardan başlanır…

Avropa Komissiyası 2025-ci ilin əvvəlindən Ukraynaya 18,1 milyard avro məbləğində makromaliyyə yardımının bir hissəsi kimi, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən geri qaytarılacaq kreditin ödənilməsi barədə qərar qəbul edib.

“Avropa Komissiyasının Ukraynaya 18,1 milyard avro ayırması ilə bağlı bu gün qəbul etdiyi qərar həlledici ana təsadüf edir. Bu, Avropa İttifaqının Ukraynanın azadlıq mübarizəsini dəstəkləmək üzrə uzunmüddətli öhdəliyinin bütövlüyünü göstərən aydın siqnaldır”, – AK-nin iqtisadi məsələlər üzrə komissarı Valdis Dombrovskis bildirib.

Onun sözlərinə görə, bu maliyyə Ukraynaya təcili büdcə problemlərini həll etməyə kömək edəcək. Avropa komissarı qeyd edib ki, bu, Aİ-nin G7 ölkələrinin Kiyevə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin edilmiş kreditlər təşəbbüsünə töhfəsidir. Kreditin ümumi məbləği 45 milyard avro təşkil etməlidir.

Avropa Komissiyası bildirib ki, 18,1 milyard avro məbləğində kredit 2025-ci ildə tranşlarla qaytarılacaq, ilk ödəniş yanvarın əvvəlində olacaq.

Daha çox xəbərlər