Gündəm 

Onlar da Azərbaycana başsağlığı verdi – FOTOLAR

Türkiyənin tanınmış sənətçiləri və ictimai xadimləri Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzasında həlak olan azərbaycanlılar üçün dərin hüznlə başsağlığı veriblər.

ARANTV.AZ  xəbər verir ki, müğənnilər Özcan Deniz, Mahsun Kırmızıgül, Rafet El Roman, Alişan və Demet Akalın, eləcə də məşhur aktyor Halil İbrahim Kalaycıoğlu sosial media hesablarında paylaşım edərək Azərbaycan xalqının yanında olduqlarını bildiriblər.

Onlar faciədən təsirləndiklərini qeyd edərək, həlak olanların ailələrinə səbir, yaralananlara isə tezliklə sağalma diləyiblər.

Məşhurların mesajlarında Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının önəmi bir daha vurğulanıb. Onlar bu acı hadisənin hər iki ölkə üçün dərin kədər yaratdığını ifadə ediblər.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən “Embraer 190” sərnişin təyyarəsi Aktau şəhərində qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 29-u sağ qalıb, digərləri isə həlak olub. Qəza ilə bağlı istintaq davam edir.

Daha çox xəbərlər