Geomaqnit qasırğası olma ehtimalı var
Günəşdə fəallığın artmasına görə yanvarın 1-də geomaqnit qasırğası başlayıb və G4 (şiddətli qasırğa) səviyyəsinədək yüksəlib.
ARANTV.AZ xəbər verir ki, hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 4-ə bəbabərdir və kosmik hava aktivdir.
Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat verilib.
Geomaqnit sahəsi – müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınları 08 yanvaradək təsir göstərəcək. Əlavə olaraq yanvarım 6-da baş vermiş TKA-nın təsiri ilə gün ərzində G1-G2 səviyyəli geomaqnit qasırğasının olması ehtimalı var.

