Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Dəqiq elmlər üzrə alim olmaq istəyənlər azalır

By Vüsal Rafiqoğlu
08.01.2025 4 Min Read

Təhsil eksperti: “Bu tendensiya Azərbaycan elminin gələcəyi üçün ciddi siqnaldır”

Ötən il 71 nəfər elmlər doktoru elmi dərəcəsi alıb. Məlumata görə, bu barədə  Prezident  yanında Ali Attestasiya Komissiyasından məlumat verilib. Statistikaya görə, ən çox elmlər doktoru elmi dərəcəsi filologiya (23 nəfər) və texnika elmləri (13 nəfər) üzrə verilib. Riyaziyyat, mexanika, yer elmləri, psixologiya və fəlsəfə sahələri üzrə 1 nəfər elmlər doktoru elmi dərəcəsi alıb.

Astronomiya, aqrar elmlər, əczaçılıq elmləri, antropologiya, iqtisad elmləri, coğrafiya, pedaqogika, siyasi elmlər, sosiologiya, memarlıq, milli təhlükəsizlik və hərbi elmlər üzrə isə  elmi dərəcəni alan olmayıb.

Bu göstəricilər dəqiq və texniki elmlərə marağın azalması, alim olmaq istəyənlərin sayının azlığı barədə narahatlıq doğurur. Bəs səbəblər nədir?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışaraq, dəqiq elmlər üzrə alim sayının azalmasının səbəblərini bu cür açıqlayıb: “Azərbaycanda elmlər doktoru dərəcəsi alanların statistikası göstərir ki, dəqiq elmlər üzrə alim olmaq istəyənlərin sayı getdikcə azalır. Ötən il ölkədə 71 nəfər elmlər doktoru dərəcəsi alıb ki, onların yalnız 1 nəfəri riyaziyyat, mexanika və digər dəqiq elmlər üzrə fəaliyyət göstərib. Eyni zamanda astronomiya, aqrar elmlər, əczaçılıq, antropologiya və bir sıra digər sahələrdə ümumiyyətlə elmlər doktoru dərəcəsi alan olmayıb. Bunun fonunda filologiya üzrə 23 nəfər, texnika elmləri üzrə isə 13 nəfər elmlər doktoru dərəcəsi alıb. Bu tendensiya Azərbaycan elminin gələcəyi üçün ciddi siqnaldır və dəqiq elmlərin inkişafı üçün hansı addımların atılmasının vacib olduğunu göstərir.

Dəqiq elmlər üzrə alim sayının azalmasının bir neçə əsas səbəbi var. İlk növbədə, bu sahələrdə fəaliyyət göstərməyin çətinliyi və uzunmüddətli səy tələb etməsi məsələsi diqqətə alınmalıdır. Riyaziyyat, mexanika, astronomiya kimi sahələrdə tədqiqat aparmaq, tez nəticə almaq mümkün olmayan mürəkkəb və çox vaxt tələb edən prosesdir. Azərbaycanda isə bu sahələrdə alimlər üçün kifayət qədər dəstək mexanizmləri və müasir tədqiqat infrastrukturu olmadığından, gənclər daha çox humanitar və sosial elmlərə yönəlirlər.

Eyni zamanda dəqiq elmlərdə tədqiqatçılar üçün maliyyə dəstəyinin və perspektivlərin məhdudluğu bu sahənin populyarlığını azaldır. 2023-cü ildə aparılan araşdırmalara görə, Azərbaycanda alimlərin orta əməkhaqqı 500-600 manat arasında dəyişir. Bu məbləğ, xüsusilə dəqiq elmlərdə yüksək avadanlıq və laboratoriyalara çıxış tələb edən tədqiqatların aparılması üçün kifayət deyil. Bu şəraitdə gənclər daha stabil və perspektivli sahələrə yönəlir, nəticədə dəqiq elmlərdə alimlərin sayı azalır”.

Kamran Əsədov: Sosial platformalarda sərgilənən məzmunun təsiri ilə,  uşaqlar arasında zorakılıq, şiddət və mənfi davranış modelləri normal hala  gələ bilər.

Kamran Əsədov

Kamran Əsədov bildirib ki, dünya təcrübəsində dəqiq elmlər üzrə alimlərin yetişdirilməsi və bu sahələrin inkişafı üçün genişmiqyaslı proqramlar həyata keçirilir: “Məsələn, ABŞ və Avropa ölkələrində STEM (Science, Technology, Engineering, Mathematics) sahələri prioritet elan edilib. Bu ölkələrdə tədqiqatçıların maliyyələşdirilməsi üçün dövlət və özəl sektor tərəfindən qrantlar ayrılır, universitetlər tədqiqat infrastrukturu ilə təmin olunur, tələbələrə isə STEM sahələrini seçdikləri təqdirdə təqaüd və digər maliyyə dəstəkləri təqdim edilir.

Almaniyada Helmholtz Assosiasiyası kimi qurumlar alimlərə yüksək məvaciblər və müasir laboratoriya şəraiti təqdim edir. ABŞ-da isə NASA və Milli Elmlər Fondu kimi təşkilatlar astronomiya, fizika və riyaziyyat üzrə geniş tədqiqat proqramlarını maliyyələşdirir. Bunun nəticəsində bu ölkələrdə hər il minlərlə gənc dəqiq elmlər üzrə təhsil alır və alim kimi yetişir.

Yaponiya və Cənubi Koreya isə dəqiq elmləri sənaye ilə birləşdirərək bu sahələrdə tədqiqatların nəticələrini birbaşa texnoloji məhsulların yaradılmasına yönəldir. Bu yanaşma alimlər üçün geniş karyera imkanları və yüksək maliyyə dəstəyi təmin edir. Məsələn, Cənubi Koreyada texnologiya sektoruna dəstək nəticəsində tədqiqatçıların 40%-dən çoxu dəqiq elmlər sahəsində çalışır”.

Ekspert qeyd edir ki, bununla bağlı Azərbaycanda vəziyyət fərqlidir, təhsil sistemində dəqiq elmlərin təbliği zəifdir: “Məktəblərdə riyaziyyat və təbiət fənlərinin tədrisi əsasən nəzəri xarakter daşıyır, praktik bacarıqlar isə inkişaf etdirilmir. Universitetlərdə isə tələbələr daha çox humanitar ixtisasları seçir, çünki bu sahələrdə karyera qurmaq daha əlçatan görünür. Əlavə olaraq, universitetlərdə laboratoriyalar və tədqiqat avadanlıqları ya yoxdur, ya da köhnəlmişdir. Bu vəziyyət dəqiq elmlərə marağı daha da azaldır”.

Kamran Əsədovun fikrincə, dəqiq elmlərin Azərbaycanda inkişafını təmin etmək üçün bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: “İlk növbədə, tədqiqatlar üçün maliyyə resurslarının artırılması vacibdir. Dövlət səviyyəsində qrant proqramları genişləndirilməli, alimlər üçün rəqabətədavamlı əməkhaqqı sistemi tətbiq edilməlidir. Bundan əlavə, universitetlərdə laboratoriyalar müasirləşdirilməli və tələbələr üçün praktik tədqiqat imkanları yaradılmalıdır.

Eyni zamanda məktəblərdə riyaziyyat və təbiət fənləri üzrə innovativ tədris metodları tətbiq edilməli, şagirdlərdə erkən yaşlardan bu sahələrə maraq oyadılmalıdır. STEM sahələrinin təbliği üçün dövlət səviyyəsində xüsusi proqramlar hazırlanmalı, gənclərə bu sahələrdə karyera perspektivləri haqqında məlumat verilməlidir.

Nümunə götürüləcək təcrübələrdən biri də sənaye ilə akademiyanın əməkdaşlığını gücləndirməkdir. Azərbaycanda sənaye sektorunun dəqiq elmlərə əsaslanan innovasiyalara ehtiyacı var. Bu ehtiyac universitetlər və müəssisələr arasında sıx əməkdaşlıq yolu ilə qarşılanmalı, alimlərin tədqiqatları sənaye sahəsində tətbiq olunmalıdır.

Bu addımlar atılarsa, Azərbaycanda dəqiq elmlərə maraq artırıla bilər. Bu, yalnız alimlərin sayını artırmayacaq, eyni zamanda ölkənin elmi və texnoloji potensialını gücləndirərək beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəldəcək. Azərbaycanın gələcəyi elmi və innovasiyaları dəstəkləyən bir sistemin qurulmasından asılıdır. Dəqiq elmlərə qoyulan hər bir sərmayə isə bu gələcəyin möhkəm bünövrəsini təmin edəcək”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bəzi ərazilərdə dumana görə görünüş məhdudlaşıb – FAKTİKİ HAVA

Next

Əsl dostluq və qardaşlıq nümunəsi

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv