Gündəm 

Bu il qızılın qiyməti rekord həddə çatacaq – PROQNOZ

UBS analitikləri, 2024-cü ildə “təhlükəsiz liman” olaraq rekord səviyyələrə çatan qızıl qiymətlərinin 2025-ci ildə də artmağa davam edəcəyini proqnozlaşdırır.

UBS-ə görə, investorlar ehtimal olunan “səhmlər bazarındakı volatilliyə” cavab olaraq təhlükəsiz investisiya seçimlərinə yönəldikcə qızıl qiymətləri 2025-ci ildə yeni rekord səviyyəyə çatacaq.

UBS proqnozları

Daha güclü ABŞ dolları və artan ABŞ istiqraz faizləri ilin ilk yarısında qızıl üzərində təzyiq yarada bilər.

Buna baxmayaraq, külçə qızıl üçün tələbin artması ilə qiymətlərin ilin sonuna qədər 2,850 dollara çatacağı gözlənilir.

2024-cü ildə qızıl qiymətləri

ABŞ-da prezident seçkilərini Donald Trump-ın qazanmasının ardından qızıl qiymətləri əvvəlcə düşsə də, sonradan toparlanıb.

Qızıl, 2024-cü ili %27 artışla tamamlayıb.

Oktyabr ayında qızılın qiyməti 2,788 dollar/unsiya səviyyəsinə çataraq tarixdə ən yüksək səviyyəyə yüksəlib.

2024-cü ildə qızılın illik orta qiyməti 2,389 dollar/unsiya olaraq rekord qırıb.

Cari qızıl qiymətləri

Unsiyanın qiyməti: Hazırda (saat 16:26) 2,666 dollar səviyyəsindədir.

1 qram qızılın qiyməti: 3,042 TL olaraq satılır.

UBS, 2025-ci ilin qızıl üçün güclü bir il olacağını və təhlükəsiz liman axtarışlarının qiymətləri yeni zirvələrə daşıyacağını proqnozlaşdırır.//Milli.Az

Daha çox xəbərlər