Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Türk düşmənləri fevralda silahı yerə qoyacaq?

By Vüsal Rafiqoğlu
17.01.2025 4 Min Read

Öcalanın PKK-ya mümkün çağırışına Azərbaycandan reaksiyalar 

MHP lideri Dövlət Baxçalı  Abdullah Öcalanı  PKK terror təşkilatını ləğv etməyə çağırıb. Bundan sonra kürdlərin DEM partiyasının nümayəndələri Öcalanla görüşüb. Görüşdən sonra nümayəndələr siyasi partiyalarla danışıqlar aparıb. 

Türkiyə mətbuatı yazıb ki, PKK terror təşkilatının rəhbəri Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir. Bildirilib ki, Öcalan terrorçuları silahlarını yerə qoymağa və uzun müddətdir davam edən silahlı qarşıdurmaya son qoymağa çağıra bilər. Məlumata əsasən, Öcalanın çağırışı həm Şimali İraq və Suriyadakı yaraqlılara, həm də təşkilatın Avropadakı tərəfdarlarına ünvanlanacaq.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, DEM Partiyası üzvləri Öcalanla bir daha görüşəcəklər. Öcalanın fevral ayının ortalarında çağırış etməsi gözlənilir.

Öcalanın PKK-ya çağırışına Azərbaycanda münasibət necədir? Terrorçular başçılarının əmrlərinə riayət edəcəklərmi?

Tural Abbaslı, xanımı və qayınatası namizəd oldu

Tural Abbaslı

AĞ Partiya başqanı Tural Abbaslı qardaş Türkiyənin daha da güclənməsi yolunda bu amilin tamamilə aradan qaldırılması üçün aparılan bu prosesi alqışlayır: “Bu təşəbbüs yaxşı təşəbbüsdür, bunu xüsusi qeyd etmək lazımdır. Həm də Milliyyətçi Hərəkat Partiyasının rəhbərliyindən dəstək səslənməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki PKK iddia edir ki, guya “kürd millətinin hüquqlarını qorumaq” üçün silahlanıb. Amma hamımız yaxşı bilirik ki, bu, qətiyyən belə deyil. Çünki zamanında böyük imperialist dövlətlər tərəfindən Türkiyəyə təzyiq vasitəsi kimi yaradılan PKK, o gündən bu günə kimi müxtəlif imperialist güc mərkəzlərinin xidmətində olan bir təşkilata çevrilib. Bu təşkilat nə kürd xalqının hüquqlarını, nə də onların maraqlarını qoruyur. Əksinə, yalnız öz təşkilat maraqlarını, gəlirlərini və onlara əmr verənlərin tapşırıqlarını yerinə yetirməklə məşğuldur. Türkiyədə millətlər arasında nifaq salır, terror törədir, insanları qətlə yetirirlər və ən çox ziyan vurduqları da elə kürd millətinin nümayəndələridir. Azyaşlı uşaqları oğurlayıb dağlara aparırlar, əllərinə silah verirlər və ya terror edərək elə kürd ailələrini qətliam edirlər. Təbii ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbərinin bu məsələdə belə bir çağırış etməsinin də simvolik mənası var ki, bu, millətlərin savaşı deyil, bu düşüncəni kənara qoymaq lazımdır. Zatən, Türkiyə Cümhuriyyəti hüquqi bir dövlətdir və orada milli, dini kimliyə görə heç kimə qiymət vermirlər. Türkiyə artıq böyük dövlət olmaq yolunda, dünya dövləti olmaq məqsədilə iri addımlar atır. Təbii ki, belə bir ölkə öz daxilində ona daim problem yarada biləcək, onun böyüməsini istəməyən, başqa güclərin maşasına çevrilən təşkilatın fəaliyyətinə icazə verə bilməz, onun ləğv olunmasını istəməlidir ki, böyümək, daha da güclənmək üçün daha əmin addımlarla irəliləsin. Türkiyənin böyüməsi və güclənməsi, bu kimi təhlükələrin aradan qaldırılmasını zəruri edir”.

Partiya başqanı bir məsələdə də ümidlidir: “Ümid edirəm və ümid etmək istəyirəm ki, Öcalan yaxın zamanda PKK-ya müraciət edəcək. Çünki o, bu təşkilatın qurucu lideridir. Hazırda uzun müddətdir həbsdədir və onun PKK terror təşkilatına təsir imkanlarının nə dərəcədə olduğunu demək bir qədər çətindir. Çünki zaman-zaman görmüşük ki, Öcalanın dedikləri ilə dağlarda silahlı olanların rəhbərlərinin dedikləri bir çox hallarda üst-üstə düşmür. Buna baxmayaraq, istənilən halda ümid edək ki, belə bir müraciət olacaq və bu müraciət müəyyən bir dönüş nöqtəsinə səbəb olacaq”.

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, Türkiyə Öcalanın heç bir nüfuzu qalmadığını bilsəydi, belə bir təşəbbüsə əl atmazdı: “Türkiyə həm öz daxilində, həm İraqın şimalında və Suriyada terrorun sıradan çıxarılması üçün ciddi addımlar atılır. Yəni bunlar həmişə Türkiyə üçün ağır bir yük olub və bu prosesin sonu görünmür. Ona görə də bu təşəbbüs ortaya qoyulub və Öcalanla danışıqlar aparılır. O müraciət etməlidir ki, silahı yerə qoysunlar. Digər tərəfdən, düşünürəm ki, Türkiyə burada bir daşla bir neçə hədəf vurmağa çalışır. PKK terrorçuları arasında “Öcalan mifi” mövcuddur. Türkiyə rəhbərliyi onu razı salaraq müəyyən müraciətlərə nail olmaq istəyir. Amma Türkiyə rəhbərliyi əvvəlcədən sözlərin effektinin müəyyən qədər zəif ola biləcəyini də hesablayıb. “Öcalan mifi”nin aradan qalxması terrorçuların sıralarının zəifləməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu həm də terrorçuların sıralarının dağılması, pərakəndəliyin yaranması baxımından da çox əhəmiyyətlidir. Kənardan baxıldıqda hər kəsin Öcalana itaət etdiyi, onu eşitdiyi düşünülür. Lakin əgər reallıqda bu itaət yoxdursa, bu da onların zəiflədiyini göstərəcək. Əgər mif dağılırsa, bir mayak sönürsə, o zaman bu qurumların məğlub edilməsi də nəzərəçarpacaq dərəcədə asanlaşacaq və nəticədə pərakəndə bir vəziyyət yaranacaq. Onlar yeni bir kumir, yeni bir lider axtaracaqlar, bu da həmin qurumların parçalanmasına səbəb olacaq. Türkiyə rəhbərliyi də məhz bu strategiyanı güdə bilər. Eyni zamanda əgər Öcalanın sözünə qulaq asmasalar, Türkiyə kürd xalqı qarşısında özünə mənəvi bir haqq qazandırmış olacaq ki, hətta kürdlərin özləri tərəfindən qəbul edilən Öcalanın sözlərinə belə əməl etməyən terror qruplarının məhv edilməsi zəruridir. Bu isə Türkiyənin, xüsusilə də Prezident Ərdoğanın, kürdlər arasında nüfuzunun möhkəmlənməsinə səbəb ola bilər”.

Partiya sədri bir vacib məqama da toxundu: “Bilirsiniz ki, bu yaxınlarda Prezident Ərdoğan Diyarbəkirdə böyük konfrans keçirdi, orada xalqın, millətin birliyindən danışdı, aralarında fərq olmadığını dedi və onun çıxışı rəğbətlə qarşılandı. Bu da Türkiyə siyasətinin bir hissəsi ola bilər. Bu, məsələnin bir tərəfidir. Digər tərəfi ondan ibarətdir ki, PKK və ona yaxın qruplar əslində Öcalanın və kürd rəhbərlərinin tam nəzarətində deyil. Onlar daha çox Avropanın bəzi dövlətləri tərəfindən idarə olunur və bu dövlətlərin hər birinin öz məqsədləri var. Rusiyanın da müəyyən qədər təsir imkanları var. Amma daha çox Avropa dövlətlərinin və onların vasitəsilə Amerikanın təsir imkanları genişdir. Bu səbəbdən Avropa dövlətlərinin bu məsələyə necə reaksiya göstərəcəyi sual altındadır. Onlar Öcalanın çağırışı ilə terror dəstələrinin silahı yerə qoymasına imkan verəcəklərmi?”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ülvi Həsənzadəyə yüksək vəzifə verildi

Next

Azərbaycan və Gürcüstan baş nazirlərinin görüşü olub

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv