Dünya 

Türkiyədəki faciə ilə bağlı ŞOK EDƏN DETAL – RƏSMİ

Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu şəhərində Kartalkaya xizək mərkəzində hoteldə baş verən yanğında həyatını itirənlərin sayı 66-ya yüksəlib. Soyutma işlərinin davam etdiyi yanğında 51 yaralı var, onlardan birinin vəziyyəti ağırdır.

ARANTV.AZ  xəbər verir ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya yanğının bütün detallarının məhkəmə və inzibati qaydada araşdırılacağını bildirib.

Türkiyə DİN başçısı yanğınla bağlı aşağıdakı məlumatları verib:

678f911e35120f294e1a1214.jpg (52 KB)

– İlk xəbər saat 03.27-də alınıb, qruplar 04.15-də müdaxilə etməyə başlayıb.

– AFAD, jandarma, 112 təcili tibbi yardım, UMKE, xilasetmə və digər bölmələrdən ümumilikdə 156 avtomobil və 428 personal müdaxilə edib.

– Yanğın zamanı hoteldə 238 nəfər qeydiyyatdan keçmiş qonaq olub.

“Hər hansı bir səhv və ya səhlənkarlıq həm məhkəmə, həm də inzibati yollarla həll ediləcək” – deyən Yerlikaya hotelin lisenziyası və digər proseslərin ətraflı şəkildə araşdırılacağını vurğulayıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy isə hotelin 2021-2024-cü illər arasında aparılan yoxlamalarından keçdiyini bildirib və aşağıdakı məlumatları açıqlayıb:

678f94af35120f294e1a1220.jpg (53 KB)

– Yanğın təhlükəsizliyi sertifikatı: Yanğınsöndürmə briqadası tərəfindən müntəzəm olaraq verilib.

– Yanğın nərdivanı: Hoteldə cəmi iki yanğın nərdivanı olub.

Nazir Ersoy istintaq prosesinin davam etdiyini və yoxlama prosesləri zamanı yanğınsöndürmə briqadasından onlara heç bir mənfi hadisənin üz vermədiyini bildirib.

Bolu Respublika Prokurorluğu yanğınla əlaqədar məhkəmə istintaq başladıb. Türkiyə Daxili İşlər Nazirliyi iki baş müfəttiş təyin edib və hadisənin hərtərəfli araşdırılacağını bildirib. Bundan başqa, əmək və sosial müdafiə naziri Vedat Işıkhan hadisəni yoxlamaq üçün 4 baş müfəttişin təyin edildiyini açıqlayıb.

Ədliyyə naziri Yılmaz Tunç isə Boluda baş verən yanğınla bağlı verdiyi açıqlamada hotel sahibi də daxil olmaqla 4 nəfərin saxlandığını bildirib.

Daha çox xəbərlər