Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Rusiyanın “Türk qövsü” qorxusu – Kremlin Qafqaz planı

By Vüsal Rafiqoğlu
25.01.2025 5 Min Read

“Türk qövsünün tamamlanması, Türkiyənin Xəzər dənizinə çatması və vahid türk birliyi yaratması qəbuledilməzdir”. Bunu rusiyalı türkofob politoloq Mixail Aleksandrov erməni mediasına müsahibəsində deyib (Axar.az).

“Rusiyada bir çox insan bütün bunları başa düşmür”, – o bildirib.

Aleksandrov qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar Rusiyanın əl-qolunu bağlayıb: “Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqəti Cənubi Qafqaza yönələcək”.

O həmçinin Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazalarının əhəmiyyətinə baxmayaraq, Ermənistandakı bazanın daha vacib olduğunu vurğulayıb.

Türk dövlətləri arasında siyasi-iqtisadi, son vaxtlar isə hərbi inteqrasiyanın güclənməsi Rusiyada niyə təlaş yaradıb? Doğrudanmı Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqəti Cənubi Qafqaza yönələcək? O halda Rusiyanın əsas diqqət mərkəzində hansı məsələ olacaq?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Avrasiya məkanında Böyük Turanın yaradılması cəhdləri şimalda və qərbdə çoxlarının yuxusuna haram qatır: “Son illər bu birliyə daxil olacaq ölkələr arasında münasibətlərin dərinləşməsi və bu ölkələrin xalqları arasında baş verən qardaşlaşma prosesləri türkü özünə əzəli düşmən bilənləri ciddi narahat edir. Lakin bu gün dünyada elə proseslər gedir ki, onların qarşısını almaq və ya onları müxtəlif yollarla əngəlləmək mümkün deyil. Bu sıraya Turan Birliyinin yaradılması da daxildir.

ABŞ-ın yeni prezidenti Donald Tramp dünya düzənini yerindən oynadacaq layihələrə imza atmaq niyyətindədir. Kanadanı, Qrelandiyanı ABŞ-a birləşdirmək, Panama kanalını ABŞ-ın mülkiyyətinə qaytarmaq qədər öncə heç kimin ağlına gəlməyən gedişlər nə deməkdir? Əgər ABŞ Panama kanalını geri istəyirsə, bu Azərbaycan üçün yaxşı bir nümunədir. Yəni belə nümunəyə söykənib nədən biz Zəngəzuru və ya ən azından Mehri dəhlizini geri istəməyək? Axı həm Zəngəzur, həm də Mehri vaxtı ilə Sovetlər Birliyinin başında dayanan başsızların haqsız, ədalətsiz və əsassız qərarları ilə Ermənistana birləşdirilmişdi. Özü də bu addımlar Ermənistan adlı bir dövlət yaradıldıqdan bir xeyli sonra atılıb.

Bu gün Tramp Kanadanı ABŞ-a birləşdirməklə həm də Alyaska ştatı ilə ABŞ arasında quru yolu bərpa etmək istəyir. Bəs biz nədən Azərbaycanla onun ayrılmaz bir parçası olan Naxçıvan arasında quru yolun bərpa edilməsi məqsədilə ən azından Mehri dəhlizi üzərində öz haqqımızı bərpa etməyək? 

Dünya dəyişir. Bu gün Turan birliyi coşub daşan dağ seli kimi kükrəməkdədir və bir gün bu sel öz işini məharətlə görəcəkdir – bütün yollar buna aparır… Bu birliyin yaranmasını Avropa, Rusiya, İran nə qədər istəmirsə, Amerika Birləşmiş Ştatları bir o qədər onun yaradılmasını istəyir. ABŞ-a Avrasiya məkanında anti-Çin güclər lazımdı. Turan bu sırada ən yaxşı müttəfiq ola bilər. Nəzərdən qaçırmayaq ki, Çinin ərazisində həm də 35-40 milyona qədər uyğur türkləri yaşayır”.

Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hesab edir ki, Azərbaycanın jestini Rusiya nəinki qiymətləndirir, əksinə, xoşagəlməyən fikirlər səsləndirilir: “Azərbaycan həmişə bütün qonşularla, o cümlədən Rusiya ilə qarşılıqlı hörmət əsasında əlaqələrin qorunması və inkişafında maraqlı olub. Bakı, bu prinsipə əsaslanaraq regionda sabitliyin və əməkdaşlığın təmin olunmasını prioritet kimi görür. Xüsusilə, enerji dəhlizləri və nəqliyyat layihələrində iştirak edərək Azərbaycan, həm regional, həm də qlobal miqyasda faydalı əməkdaşlıqlar qurmağa çalışır. Lakin Rusiyada bəzi qüvvələr Azərbaycanın bu mövqeyinə qarşı çıxaraq, onu regionda bir təhdid kimi göstərməyə çalışır. Bu qüvvələr erməni təbliğatının təsiri altında Azərbaycanın müstəqil siyasət yürütməsini öz maraqlarına təhlükə kimi qəbul edirlər. Aleksandrovun bu fikirləri də sübut edir ki, Rusiyanın bəzi dairələrində erməni təbliğatının və türkofob ideologiyaların güclü təsiri müşahidə olunur. Bu ideologiyaların müntəsibləri Kremlin qərarlarının formalaşmasına təsir göstərərək Türkiyə və türk dövlətlərinə qarşı siyasətdə daha aqressiv mövqenin yaranmasını istəyirlər. Hər halda, Rusiyanın özündə məsələlərə soyuqqanlı yanaşan, Azərbaycanın bölgədəki və dünyadakı əhəmiyyətini anlayan kəsimlər çalışmalıdır ki, mərkəzi hakimiyyət bu fikirlərin təsirinə düşməsin. Ermənilər, Rusiyanın diqqətini Cənubi Qafqazda Türkiyənin ”təhlükəsi”nə yönəltməyə çalışırlar. Rusiyanın ermənilərə, onların təbliğatından doğan fikirlərə etibar etməməsi lazımdır. Ən azından ona görə ki, Ermənistan son illər yürütdüyü siyasət ilə Rusiyanın bölgədəki bütün maraqlarını vurmaqda davam edir. Azərbaycan isə bunun əksinə Rusiya bütün dünya tərəfindən təcrid olduğu bir vaxtda Rusiyaya qonşuluq əli uzatdı. Rusiya ilə münasibətlərə Qərbin gözü ilə deyil, öz milli maraqları və qarşılıqlı fayda nöqteyi nəzərindən baxdı. Belə bir məqamda, Azərbaycanın bu jesti qiymətləndirilməli idi. Lakin bu tipli çıxışlar məsələləri mürəkkəbləşdirə bilir. Məsələləri mürəkkəbləşdirmək istəyən bu qüvvələrə görə türk dövlətləri arasında həm siyasi, həm də iqtisadi birliyin güclənməsi, xüsusilə, bu prosesdə Türkiyənin aktiv rolu, Rusiyanın regiondakı strateji maraqlarına birbaşa təhdid kimi dəyərləndirilir. Bunun bir neçə əsas səbəbi var. Türkiyənin Xəzər dənizinə çıxış əldə etməsi və Türk dünyasını birləşdirən dəhlizlərin yaradılması, Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqazda təsir imkanlarını əhəmiyyətli dərəcədə azalda bilər. Xüsusilə, Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Azərbaycan və digər Mərkəzi Asiya dövlətləri ilə quru bağlantısının təmin edilməsi, Rusiyanın regiondakı təsir dairəsini daralda bilər. Daha sonra Türk dövlətləri arasında iqtisadi inteqrasiya, enerji dəhlizlərinin formalaşması və nəqliyyat əlaqələrinin güclənməsi Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri və iqtisadi dominantlığını təhlükə altına sala bilər. Məsələn, Azərbaycan qazının Avropa bazarına Türkiyə üzərindən nəqli Rusiya üçün rəqabət yaradan mühüm bir faktor kimi çıxış edir. Həmçinin Türkiyənin NATO üzvü olması və Azərbaycanla hərbi əməkdaşlığı genişləndirməsi, Türk dövlətləri arasında hərbi ittifaqın güclənməsinə gətirib çıxarır. Bu proses Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada hərbi üstünlüyünü azalda bilər. Təəssüf ki, bir sıra dairələr hələ də bu militarist yanaşmadan xilas ola bilməyiblər”.

Siyasi şərhçi fikirlərinə bu cür davam etdi: “Azərbaycan və Türkiyənin siyasi, hərbi əməkdaşlığı, silahlı qüvvələrinin inkişaf səviyyəsi onu göstərir ki, artıq bölgədə silah gücü ilə danışmaq olmaz. Tam əksinə, siyasi dialoq formatında danışmaq lazımdır. Azərbaycan səbirlə, təmkinlə 30 il ərzində texnoloji cəhətdən bölgənin ən mütəhərrik və güclü ordusunu qurmuş və onu döyüş meydanında göstərib. Artıq bölgədə hərbi üstünlük dəngələri dəyişib.

Ola bilər Rusiyada bəzi dairələr Bayden dövrünün arxada qaldığını düşünürlər. Yəni Bayden təhlükəsi daha getdi. Bayden administrasiyası dövründə də Türkiyə və Azərbaycan müstəqil xarici siyasət yürüdüb. ABŞ-ın təzyiqlərinə baxmayaraq, Türkiyə Rusiya ilə enerji, hərbi və ticarət sahələrində əlaqələrini davam etdirib. Azərbaycan isə qarşılıqlı fayda prinsiplərinə əsaslanaraq, qonşuları ilə, o cümlədən Rusiya ilə əməkdaşlıq etməyə çalışıb. Bu yanaşma, Rusiya üçün strateji əhəmiyyətə malik olub, çünki Kreml iqtisadi sanksiyalar və Ukrayna müharibəsi kimi problemlər fonunda Türkiyə və Azərbaycanla əlaqələrə ehtiyac duyub. Hazırda bəzi dairələr düşünə bilər ki, Trampdan sonra Türkiyə və Azərbaycana ehtiyac azalacaq. Lakin bu yanaşma strateji baxımdan doğru deyil. Türkiyə NATO çərçivəsində ABŞ-ın əsas tərəfdaşlarından biridir və xüsusilə, Yaxın Şərqdə Vaşinqtonun siyasi tərəfdaşıdır. Eyni zamanda, Azərbaycan enerji təhlükəsizliyi və Cənub Qaz Dəhlizi layihəsi ilə Avropa üçün əsas tərəfdaş olaraq qalır. Azərbaycanın Türkiyə ilə yaxın strateji ittifaqı isə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Donald Trampın birinci prezidentlik dövründə Azərbaycanın strateji əhəmiyyəti yüksək dəyərləndirilib. Cənub Qaz Dəhlizi layihəsinə dəstək və Azərbaycanın geosiyasi rolu ilə bağlı atılan addımlar bunu bir daha təsdiq edir. Tramp administrasiyası Azərbaycanın regiondakı rolunu və Türkiyə ilə tərəfdaşlığını diqqət mərkəzində saxlayaraq, bu əməkdaşlığı möhkəmləndirmək üçün addımlar atıb. Yeni dünya düzənində Türkiyə və Azərbaycanın əhəmiyyəti daha da artmaqdadır. Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və regionda geosiyasi balansın qorunması baxımından bu iki dövlət mühüm oyunçuya çevrilib. Ona görə də Rusiya öz strategiyasında praqmatik yanaşma tətbiq etməli, Türkiyə və Azərbaycanla əməkdaşlığı gücləndirməyi prioritet hesab etməlidir. Çünki bu iki dövlətlə əməkdaşlıq etmədən regionda sabitlik və maraqların təmin edilməsi qeyri-mümkün olacaqdır. O ki qaldı Ukraynadan sonra Rusiyanın Cənubi Qafqaza yönələcəyinə, Tramp dönəmində ABŞ Cənubi Qafqazda yeni münaqişə ocağında qətiyyən maraqlı olmayacaqdır. Çünki Tramp iş adamıdır, iqtisadi layihələrin əhəmiyyətini anlayır. Belə bir ortamda Rusiyanın Cənubi Qafqazda hərbi eskalasiyaya gedəcəyi də inandırıcı görünmür. Çünki Rusiyanın özü də Ukraynada xeyli resurs itirdi. Rusiya Ukraynada sabit status-kvodan maraqlarını təmin etməyə, yəni orada möhkəmlənməyə çalışacaqdır. Təbii ki, bunlar ehtimaldır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda qızıl istehsalı azalıb – iqtisadiyyata təsiri

Next

“Ali təhsil haqqında” qanunla bağlı məsələ niyə gecikir – rəy

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv