Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Çoxuşaqlı ailələr tarixə qovuşur – Azərbaycan üçün təhlükə

By Vüsal Rafiqoğlu
25.01.2025 4 Min Read

“Gənclərin məşğulluq məsələsinə diqqət yetirilməli və onların gələcəyi üçün perspektivlər yaradılmalıdır”

Son zamanlar doğum səviyyəsinin azalması qlobal səviyyədə ciddi narahatlığa səbəb olub. İlon Maskın “Əgər dünyaya uşaq gətirməyi dayandırsanız, bəşəriyyət məhv olacaq” fikri bu məsələnin aktuallığını bir daha gündəmə gətirib. Belə ki, bir çox inkişaf etmiş ölkələrdə əhali artımının azalması demoqrafik böhrana yol açır.

ABŞ və Avropada doğum səviyyəsinin azalması artıq ciddi nəticələr doğurub. 2024-cü ilin dekabrında Mask qeyd edib ki, bu tendensiya davam edərsə, bu bölgələrdə əhali tükənmə təhlükəsi ilə üzləşəcək. Xüsusilə Yaponiya bu baxımdan kritik vəziyyətdədir. Bir qadına düşən orta doğum göstəricisi 1,26 olmaqla, əhalinin azalması sürətlənir. Ekspertlər hesab edir ki, əgər bu vəziyyət davam edərsə, 2070-ci ilə qədər ölkə əhalisi 30 milyon nəfər azalacaq. Bu, iqtisadiyyat, sosial sistem və milli təhlükəsizlik üçün ciddi problemlər yarada bilər.

Azərbaycan da doğum səviyyəsinin azalması ilə üzləşən ölkələr sırasındadır. Ötən illə müqayisədə hər min nəfərə düşən doğum göstəricisi 11,2-dən 10,1-ə düşüb. Bu tendensiya davam edərsə, gələcəkdə əhalinin azalması ölkəmizin də demoqrafik və iqtisadi inkişafına mənfi təsir göstərə bilər.

Ekspertlər qeyd edir ki, doğum səviyyəsinin azalmasının nəticələri aşağıdakı kimi ola bilər:

  1. Əhali strukturunun dəyişməsi: Əhali azalması ilə yaşlı insanların sayı artır, əmək qabiliyyətli gənc nəslin sayı isə azalır. Bu, işçi qüvvəsi çatışmazlığı, pensiya sisteminin çöküşü və iqtisadi yavaşlamaya səbəb olur.
  2. İqtisadi problemlər: Əmək qabiliyyətli insanların azalması iqtisadi istehsalı və vergi gəlirlərini azaldır. Bu, sosial təminat sistemlərinin davamlılığını çətinləşdirir.
  3. Mədəni və sosial təsirlər: Əhali azalması ilə kiçik millətlərin mədəni irsini qorumaq çətinləşir. İnsan resurslarının azalması nəticəsində sosial dinamikada dəyişikliklər baş verir.

Bəs Azərbaycanda doğum səviyyəsinin azalma səbəbləri hansılardır?

  1. Sosial-iqtisadi çətinliklər: Ailə qurmaq və uşaq böyütmək üçün lazım olan maliyyə imkanlarının olmaması əsas səbəblərdən biridir.
  2. Şəhərləşmə və karyera prioritetləri: Şəhərlərdə yaşayan və karyeraya fokuslanan gənclər arasında uşaq sahibi olmaq prioritet olmur.
  3. Qadınların təhsil və işdə rolunun artması: Qadınların təhsil səviyyəsinin artması və iş həyatına inteqrasiyası ailə qurmaq və uşaq dünyaya gətirmək qərarını gecikdirir.
  4. Demoqrafik dəyişikliklər: Müasir həyat tərzi, fərdi azadlıqlara üstünlük verilməsi doğum səviyyəsinin azalmasına təsir edir.

Mütəxəssislər çıxış yolu olaraq, ailələrə uşaq dünyaya gətirmək və böyütmək üçün maliyyə dəstəyi, güzəştlər və stimullaşdırıcı proqramlar təqdim olunmasını, həmçinin gənc ailələr arasında ailə planlaması və uşağın önəmi barədə maarifləndirmə işləri aparılmasını, qadınların həm ailə, həm də iş həyatında balans yaratmalarına kömək edəcək siyasətlər həyata keçirilməsini, gənclərin iş və mənzil probleminin həll edilməsini, ailə qurmaq üçün daha əlverişli şərait yaradılmasını təklif edir.

Beləliklə, doğum səviyyəsinin azalması həm qlobal, həm də yerli miqyasda ciddi problemlərə yol açır. Əgər bu problem vaxtında həll edilməzsə, sosial, iqtisadi və mədəni sahələrdə ciddi çətinliklər yarana bilər. Maskın da qeyd etdiyi kimi, insanlıq gələcəyini qorumaq üçün hər bir ölkə bu problemə xüsusi diqqət ayırmalıdır.

Üzeyir Şəfiyev: Buna görə də cəmiyyətimizdə "diplomlu işsizlərin" sayı  çoxalıb

 Üzeyir Şəfiyev

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb:

“Bilirsiniz ki, bu, İlon Maskın bu mövzuda ilk çıxışı deyil. O, fikirlərində haqlıdır, çünki qlobal miqyasda doğum sayının azalması müşahidə olunur və dünyanın əksər ölkələrində bu tendensiya özünü göstərir. Doğum səviyyəsinin aşağı düşməsi bir çox problemlərə səbəb olur. Bu həm qlobal miqyasda, həm də miqrasiya kontekstində əhalinin qocalmasına gətirib çıxarır ki, bu da dövlətlər və hökumətlər üçün maliyyə problemləri yaradır.

Avropa ölkələri əhalinin qocalması ilə bağlı daha ciddi təhlükə altında olan regionlar sırasındadır. Onlar bu problemi miqrantların sayını artırmaqla həll etməyə çalışıblar. Lakin həm Avropa, həm də Amerika ölkələrində miqrantlara münasibət ikili xarakter daşıyır. Bir tərəfdən, miqrantların ölkəyə gəlməsini dəstəkləyirlər, digər tərəfdən isə bildirirlər ki, miqrantlar ölkənin milli identikliyini təhlükə altına qoyur.

Azərbaycana gəldikdə isə son araşdırmalar göstərir ki, ölkəmizdə təbii artım heç vaxt olmadığı qədər azalmaqdadır. 2023-cü ilin statistikasına baxdıqda, 2022-ci ilə nisbətən 15% azalma müşahidə olunur. Bu məsələyə daha ətraflı yanaşmalı və ciddi şəkildə düşünməliyik.

Azərbaycanda çoxuşaqlı ailələr həmişə üstünlük təşkil edirdi, xüsusilə sovet dövrünə qədər və sovet dövründə. Lakin 2019-cu ildən etibarən çoxuşaqlı ailələrin sayında kəskin azalma müşahidə olunur. Bunun bir çox səbəbi var.

Bu səbəblərdən biri odur ki, artıq Azərbaycan cəmiyyətində düşüncə tərzi dəyişib. Qloballaşma təsirini göstərir, insanlar düşünür ki, çoxuşaqlı ailə olmaq yerinə, bir və ya iki uşağa sahib olub, onları daha keyfiyyətli şəkildə böyütsünlər, yaxşı təhsil versinlər və digər imkanlarla təmin etsinlər.

Digər bir məsələ isə insanların daha eqoist yanaşmasıdır. Onlar ailə və uşaq məsuliyyətindən qaçmağa çalışırlar. Bu yanaşma evliliklərin sayında da azalmalara səbəb olub və nəticə etibarilə doğum səviyyəsinin aşağı düşməsinə təsir edir.

Bunun qarşısını almaq üçün hesab edirəm ki, sosial dəstək layihələrinə ciddi ehtiyac var. İnsanların ehtiyacları, xüsusilə də gənclərin gələcək perspektivlərinə maraq göstərməsi üçün bu məsələlərə diqqət yetirilməlidir.

Birinci olaraq düşünürəm ki, Azərbaycanda gənclərin məşğulluq məsələsinə xüsusi önəm verilməlidir. Çünki ölkədə mövcud statistikaya əsasən, işsizliyin nisbəti hələ də yüksəkdir və bu da bir çox sosial problemlərə səbəb olur. İş imkanlarının artırılması həm ailələrin rifahını yaxşılaşdırar, həm də doğum səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərə bilər.

Gənclərin məşğulluq məsələsinə diqqət yetirilməli və onların gələcəyi üçün perspektivlər yaradılmalıdır. Gənclərin məşğulluğu təmin edildikcə, onların məişət şəraitinin yaxşılaşdırılması üçün də yeni layihələrə ehtiyac var.

Doğrudur, Azərbaycanda güzəştli mənzillər fondu mövcuddur, lakin bu imkanlar yalnız müəyyən kateqoriyalara aid olan gənclər və gənc ailələr üçün əlçatandır. Daha geniş bir kateqoriyanı əhatə edən proqramlar yaradılarsa, digər gənclər və gənc ailələr də bu imkanlardan faydalana bilər.

Bundan əlavə, Türkiyədə maraqlı bir təcrübə var: gənc ailələr üçün xüsusi fondlar yaradılır və onlara uyğun şərtlərlə mənzil almaq üçün kreditlər təklif olunur. Bu cür fond Azərbaycanda da yaradılsa, gənc ailələrin ev sahibi olmaq şansı artar. Bu yalnız onların sosial rifahını yaxşılaşdırmaqla kifayətlənməz, eyni zamanda cəmiyyətin ümumi inkişafına da müsbət təsir edər.

Həmçinin dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində yeni layihələr icra oluna bilər. Məsələn, gənclər üçün həm uyğun qiymətə mənzillər, həm də uzunmüddətli kreditlər təklif edən proqramlar hazırlana bilər. Bu addımlar həm məşğulluğun artmasına, həm də gənc ailələrin daha sabit bir həyat qurmasına kömək edəcəkdir”.

Yazını hazırladı: Xalidə GƏRAY

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Ali təhsil haqqında” qanunla bağlı məsələ niyə gecikir – rəy

Next

Namaz qılıb oruc tutan, qurban kəsən dilənçi – İslam deyir ki…

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv