Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Namaz qılıb oruc tutan, qurban kəsən dilənçi – İslam deyir ki…

By Vüsal Rafiqoğlu
25.01.2025 3 Min Read

Rəsul Mirhəşimli: “Hicabdan sədəqə toplamaq üçün istifadə edilməsi qadının öz şəxsiyyətinə sayğı göstərmədiyini göstərir”

“Ötən il qardaşım namaz qılmağı öyrədib. Bizlər də oruc tuturuq, qurban kəsirik. İmamların yolunda ehsan veririk”. Bu sözləri Mədinə adlı hicablı dilənçi “Yeni Müsavat”ın əməkdaşı ilə söhbət zamanı deyib.

Qeyd edək ki, paytaxtda hicablı dilənçilərə rast gəlmək nadir hadisə sayılmaz. Məlumdur ki, İslam dini ağlı başında olan, sağlam və yetkin müsəlmana halal zəhmətlə ruzi qazanmağı tövsiyə edir. Bəs dilənməyi özünə peşə seçmiş şəxsin ibadəti ilə əməli islama görə nə dərəcədə bir-biri ilə uzlaşır? Hətta Ramazanda çıxarılan fitrə zəkatını peşəkar dilənçilərə deyil, fəqirlərə vermək məsləhət görülür.

Başqa yandan, Allah yolunda qurban kəsmək imkanlı müsəlmanlara fərz qılınıb. İmkanlı adamdırsa, niyə dilənir? Yaxud dilənçiliklə əldə edilən pula kəsilmiş qurban, eləcə də qılınan namaz və tutulan oruclar islama görə, qəbulmu? Bu əməllər islamı gözdən salmırmı?

Müsəlman aləminin böyük alimi Seyid Hüseyn Fəzlullah  vurğulayıb ki, dilənçilik, əgər həqiqi zərurət yoxdursa, insanın ləyaqətinə ziddir və İslamın əxlaqi prinsiplərinə uyğun gəlmir. O deyib ki, İslam yalnız həqiqi möhtaclara yardım etməyə çağırır. Həmçinin qeyd etmişdir ki, əgər dini geyimlər və ya ibadətlər şəxsi mənfəət üçün bir vasitə kimi istifadə edilirsə, bu, böyük günahdır və cəmiyyətdə dini dəyərlərə qarşı mənfi təsir yaradır.

Bununla belə, İmam Baqir buyurur: “Dilənçiyə bir şey verin, hətta əgər ata minmiş olsa belə”. Burada at bir metafordur. İmam buyurur ki, dilənçi zahirdə imkanlı görünsə də, dilənçilik etdiyi üçün ona bir şey verin, yardım edin. Çünki yardım üçün əlini sizə tərəf uzatmışdır.

 Həzrət Peyğəmbər isə belə buyurur: “Dilənçini istəyindən ümidsiz etməyin”. İmam Əli Kumeylə buyurur: “Ey Kumeyl! İstəyəni geri qaytarma, hətta əgər xurmanın yarısı və ya üzümün yarısı qədər olsa belə”.

Quranda buyurulur ki, əgər dilənçiyə yardım etməyə gücün çatmırsa, ən azı ona xoş söz deyərək yola sal: “Əgər (əlin boş olduğuna görə və) Rəbbin tərəfindən axtardığın rəhmət (sənə gəlməsi və sənin də onlara verərək ehtiyaclarını aradan qaldırmaq) ümidi ilə onlardan üz çevirməli olsan da, onlara yumşaq bir söz de”. (“İsra” 28).

Rəsul Mirhəşimli - 55

 Rəsul Mirhəşimli 

Dini məsələlər üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Paytaxtda və bölgələrdə dilənçilik edən bəzi qadınların hicab bağlaması bir çox hallarda dinin göstərişlərindən irəli gəldiyi üçün deyil, psixoloji məqamlar baxımdan edilir. Bu işlə məşğul olanlar insanlardan daha çox sədəqə toplaya biləcəklərini düşünüb, bu vasitəyə əl alırlar. Hicab müsəlman qadın üçün çox mühüm dini və mənəvi dəyər anlamı daşıyır.

Hicab təkcə geyim növü deyil, eyni zamanda bir inancın və dəyərlərin simvoludur. İslamda hicab qadının şəxsiyyətinin və şəxsiyyətinə verilən sayğının qorunmasının əhəmiyyətini nümayiş etdirir. Başqa sözlə, hicab cəmiyyətə qadının şəxsiyyətinin cinsiyyətindən öndə olduğunun mesajını verir. Bu baxımdan, hicabdan sədəqə toplamaq üçün bir vasitə olaraq istifadə edilməsi ilk növbədə bir qadının öz şəxsiyyətinə sayğı göstərmədiyini ortaya qoyur.

İslam dini fiziki imkanları və zəkası olan insanları işləməyə təşviq edir, öz əməyi ilə qazanc əldə etməyi halallar kateqoriyasına daxil edir. Qurani-Kərimdə işləməyin önəmi bir neçə ayədə vurğulanır. Əmək insanların həm özləri, həm də cəmiyyət üçün faydalı olmalarını təmin edən vacib bir dəyərdir. İslamda işləmək yalnız maddi qazanc əldə etmək məqsədilə deyil, həm də Allahın rizasını qazanmaq üçün görülən fəaliyyət kimi qəbul edilir.

Əmək həmçinin insanın zəhmətinin göstəricisi sayılır və əzmini oraya qoyur. Allah-Təala hər kəsin öz əməlinin qarşılığının alacağını buyurur. Bu da onu göstərir ki, insanın etdiyi yaxşı işlər mükafatlandırılacaq”.

Rəsul Mirhəşimli əlavə edib ki, İslam dinində çalışqanlıq yüksək qiymətləndirilir: “İnsanlar həm şəxsi həyatlarında, həm də cəmiyyətin inkişafında fəal olmalı, zəhmət çəkərək yaşamalıdırlar. İşin önəmi həmçinin insanların mənəvi yüksəlişi ilə də əlaqəlidir. Əmək həm də insanın sosial məsuliyyətlərini yerinə yetirməsinin bir vasitəsidir. Cəmiyyətə faydalı olmaq və başqalarına yardım etmək üçün insanlar çalışmalıdırlar. İşləmək imkanı olanların müxtəlif vasitələrdən istifadə edərək özünü acındıraraq, sədəqə toplamaq vərdişi heç bir halda yaxşı əməl sayıla bilməz.

O ki qaldı başqalarının bağışladığı pulla qurban kəsilməsinə, bu məsələsini izah edən alimlər qeyd edir ki, həmin insan ona bağışlanan pulun sahibidir. Alimlərə görə, həmin vəsaiti necə xərcləməsi də o insanın öz iradəsi daxilindədir. Həmin insan istərsə, həmin pulu öz ehtiyacları üçün istifadə edər, istərsə, qurbanlıq heyvan alıb kəsər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Çoxuşaqlı ailələr tarixə qovuşur – Azərbaycan üçün təhlükə

Next

Politico: Dövlət Departamenti bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini dayandırıb

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv