Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

AŞPA-nın ölkəmizə qarşı “səlib yürüşü”nün pərdəarxası gizlinləri

By Vüsal Rafiqoğlu
25.01.2025 3 Min Read

Qurumun yanvarın 27-də başlayacaq sessiyası ərəfəsində anti-Azərbaycan kampaniyasının yeni konturları özünü büruzə verməkdədir

Demokratiya sözdə deyil, hüquqda və əməldə olur. Bəzən sözdə demokratiklik, əməldə isə bunun tam əksi, aqressivlik, dözümsüzlük, hüquqsuzluq özünü biruzə verir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan əleyhinə qarşı qəbul etdiyi qərarlar üzərində düşünərkən, ağla bu fikirlər gəlir. Son dövrlərdə ard-arda baş vermiş proseslərə nəzər saldıqda maraqlı bir tablonun şahidi oluruq – Fransa Senatının Azərbaycana qarşı əsassız qətnaməsi, Avropa İttifaqının (Aİ) sabiq rəsmisi Cozep Borrellin qərəzli çıxışı və AŞPA-dakı yalan və böhtan dolu qətnamənin eyni mərkəzdən idarə olunan prosesin tərkib hissəsi olduğunu ilk baxışdan büruzə verir.  Baş verənlər Qərbin, daha konkret desək, Fransa və Almaniyanın başçılığı altındakı yeni “səlib yürüşü”nün ştrixlərini göz önünə sərir…

Xatırladaq ki, ötən il yanvar ayının 22-də AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatlar çağırış etmişdi. Qurum yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul etmişdi. Qərarı dörd əsas “səbəb”ə əsaslanaraq Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması şəklində qəbul ediblər. Bu “səbəblər” arasında 2023-cü ildə Azərbaycanın AŞPA məruzəçilərinin Laçın dəhlizinə daxil olmasına icazə verməməsi, insan hüquqlarının pozulmasının davam etməsi, siyasi məhbusların sayının artması və AŞPA-nı 7 fevral prezident seçkisini qiymətləndirməyə dəvət etməkdən imtinası vardı. Elə həmin gün Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldi və bununla bağlı bəyanat verdi. Azərbaycanlı deputatlar verdikləri qərarı qurumda Azərbaycanla bağlı irəli sürülən qətnamənin ölkəyə qarşı “qarayaxma kampaniyası” olması ilə əlaqələndirdilər.

İki ay əvvəl anti-Azərbaycan xoruna başçılıq edən Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Frank Şvabe yanvar sessiyasında Bakıya qarşı sərt siyasətin davam etdirilməsinə çağırış etmişdi. Bu da onu deməyə əsas verir ki, AŞPA-nın yanvarın 27-də başlayacaq sessiyasında Azərbaycana qarşı yeni hücum gözlənilir. Bu günlərdə bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları AŞPA-ya ölkəmizə qarşı sanksiyanın uzadılması üçün müraciət ediblər. Beynəlxalq qeyri-hökumət təşkilatları AŞPA-nı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini bərpa etməməyə çağırıb. 10 beynəlxalq hüquq-müdafiə təşkilatı AŞPA üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb. “Biz, aşağıda imza edənlər 2025-ci ilin yanvar sessiyasında Azərbaycanın səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün aydın və ölçü meyarlarını hazırlamağa çağırırıq”, – müraciətdə deyilir. Müraciət müəllifləri hesab edirlər ki, Bakı “daim beynəlxalq mexanizmlərlə əməkdaşlığın olmamasını nümayiş etdirir və insan hüquqlarının sistemli şəkildə pozulmasını həll etmir”. Müraciətin sonunda deyilir ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması üçün saxlanılan vətəndaş cəmiyyəti fəallarının, jurnalistlərin və hüquq müdafiəçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi vacibdir. Həmçinin Avropa Məhkəməsinin siyasi motivli həbslər barədə qərarlarının tam yerinə yetirək, AŞ PA və İşgəncələrin Qarşısının Alınması Komitənin məruzəçiləri ilə əməkdaşlığı bərpa etmək, QHT-lər haqqında məhdudlaşdırıcı qanunvericiliyin ləğvi kimi absurd tələblər qoyulub. Müraciəti  imzalayanlar sırasında ənənəvi olaraq anti-Azərbaycan mövqeyi ilə tanınan, fəaliyyəti bir sıra ölkələrdə qadağan edilən təşkilatlar da var. Məsələn, Jurnalistləri Müdafiəsi Komitəsi, Freedom Now, İnsan Hüquqları Evləri Fondu, Human Rights Watch, İnsan Hüquqları Rəsədxanası çərçivəsində Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, Niderland Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, İnsan Hüquqları Rəsədxanası çərçivəsində İşgəncələrə Qarşı Ümumdünya Təşkilatıdır (OMCT).

Maraqlıdır, özünü “Avropa nəhəngi” sayan bəzi ölkələrin, eləcə də təşkilatların Azərbaycana münasibətdə bu qədər qeyri-hüquqi və qeyri-insani davranışlara əl atmasının səbəbləri nədir? Səbəblər çoxdur – başda isə Azərbaycan hakimiyyətinin öz dövlətinin və xalqının maraqlarına istinad etməsi faktı dayanır. 200 ildən artıqdır ki, (1878-ci il Berlin traktatından bu yana) “erməni kartı” ilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışan Fransa-Almaniya cütlüyü Azərbaycana qarşı apardığı “səlib yürüşü” ilə öz məğlubiyyətini, zəifliyini və gücsüzlüyünü etiraf etmiş olur. AŞPA kimi adının qarşısına “beynəlxalq” yarlığı yapışdırmış təsisatlar özünün məram və məqsədlərini, hədəflərini bəyan edərkən “sülhə”, “əməkdaşlığa”, “sabitliyə”, “inkişafa” və “dialoqa” istinad etdiyi ilə bağlı boğazdan yuxarı fikirlər əxz edir. Amma bu ideallar onların fəaliyyətinin birində belə özünü göstəmir. Necə ki, AŞPA-nın fəaliyyətində olduğu kimi. Bu qurumun apardığı hüquqa və demokratiyaya zidd fəaliyyət günün ən aktual məsələsi sayılan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə mənfi təsir göstərməkdədir. Halbuki, Qərb təsisatı olaraq AŞPA bu iki dövlət arasında sülhün formalaşması uğrunda mübarizə aparmalıdır. Təəssüf ki, baş verən təxribatlar Azərbaycanla Ermənistan arasında sülh prosesində Avropa İttifaqının roluna böyük zərbədir – bu kimi addımlar isə tərəfləri sülh gündəliyindən uzaqlaşdırmaq deməkdir. Bu məsələyə daha geniş spektrdən yanaşsaq, əsas səbəbkar Fransa sülhün əldə olunmaması üçün bütün mümkün cəhdləri edir – hamısında da acı məğlubiyyətə düçar olur. İstər BMT TŞ, istərsə də digər platformalarda uğradığı məğlubiyyətlər Fransanı “kölgəyə” çəkilməyə məcbur edir. Bu səbəbdəndir ki, hazırki mərhələdə Fransanın “şər qazanını” almaniyalı Frank Şvabe “qarışdırır”.

Sevinc Azadi, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əsrlərin sınağında möhkəmlənən dostluq

Next

Putin-Paşinyan sövdələşməsi: Münasibətlərdə gərginlik olması ilə bağlı məsələ imitasiyadır

Xəbər lenti

  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026

Son Yazılar

  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv