Bu şəxslər üçün tibbi arayış ödənişsizdir
18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi icbari tibbi sığorta hesabına qarşılanır.
Bu barədə Musavat.com-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Bundan başqa, hərbi xidmətə çağırılanların tibbi müayinəsi barədə arayışlar da icbari tibbi sığorta hesabına qarşılanır.