Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Rəsulzadənin oğluna Stalinin şəklini çəkdirib nəvəsinə “metirka” vermişdilər – Nəticələr Musavat.com-a danışdı

By Vüsal Rafiqoğlu
11.02.2025 7 Min Read

Musavat.com-un həmsöhbəti Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin nəticələri Həsən Məmmədov və Rəna Əliyevadır. Onlar Məhəmməd Əmin Rəsulzadənin sürgündə vəfat edən qızı Lətifə xanımın övladı Firuzə xanımın oğlu və qızıdır.

-Həsən bəy, istərdim ki, ailənizin tarixçəsini bizimlə bölüşəsiniz. Gəlin ilk olaraq söhbətə ananızın sürgün həyatından başlayaq. 

-Firuzə Məmmədova Lətifə nənəmin böyük qızı olub. O, 1931-ci il yanvarın 17-də doğulub, 2009-cu ilin 26 yanvarında rəhmətə gedib. Onu Lökbatan qəbirstanlığında dəfn etmişik. 1941-ci ildə 10 yaşında anam Lətifə nənəm və kiçik bacısı İşvə ilə birgə Qazaxıstana sürgün olunub. Onların ən balaca bacısı 3 yaşlı Sona isə xəstə olduğu üçün Bakıda sanatoriyada saxlanılıb, onu nənəmə verməyiblər. Deyiblər ki, sürgün və uzun yol balaca Sonanın səhhətinə pis təsir edəcək. Əlacsız qalan Lətifə nənəm sürgün olunanda övladını qaynına tapşırıb, deyib, sağalan kimi onu himayəsinə götürsün. Sonralar isə Sonanın həyatı haqqında heç bir məlumat əldə etmək mümkün olmayıb. Anamın böyük əmisi Sonanın arxasınca gedəndə ona deyiblər ki, hansısa zabit uşağı övladlığa götürüb. Bununla da izi itiriblər.

İllər öncə Gürcüstanda Rəsulzadənin varislərindən olan qadın rəhmətə getmişdi. Həmin qadının kim olduğunu bilmədik. Bəlkə də bu, Sona və yaxud da onun övladlarından idi…

-Rəna xanım, Rəsulzadənin sürgündə olan və sonradan qaçan qızı Xalidə xanımın sonrakə taleyi haqda nə bilirsiniz?      

-O sürgündən qaçıb Bakıya gəlib və az bir müddət burada İçərişəhərdə yaşayıb.  Lakin mərkəz onun həyatı üçün təhlükəli idi, buna görə də onu Neftçala tərəfə yola salıblar. Ondan sonra da Xalidənin taleyindən xəbər olmayıb.

Anamgil sürgündə Semipalatinsk adlanan ərazidə sürgün həyatı yaşayıblar. Nənəm Lətifə və xalam İşvə 1944-cü ildə soyuqdan, aclıqdan donub ölüblər. Onların meyitləri neçə həftə ortalıqda qalıb, heç kim yaxın durmayıb.

Anamın isə bəxti gətirib və sağ qalıb. O, qazaxların tövlələrini təmizləyirmiş və elə oradaca yatırmış. Həmin vaxt anamın 13 yaşı var imiş. Danışırdı ki, həmin vaxt əmisi arvadı Anya xanım da sürgündə imiş. Lətifə nənəmi və qızı İşvəni elə Anya dəfn edib. Sonra isə anamı Qazaxıstanda uşaq evinə yerləşdirməyə kömək edib.

  • Firuzə xanım nə zamana qədər uşaq evində qalıb?

Həsən bəy: -Təxminən 1946-1947-ci ildə anamın dayısı Azər bəy hərbi xidmətini başa vurub Qazaxıstana qayıtmışdı. Azər həmin vaxt Bakıdakı əmisi ilə məktubla əlaqə saxlayırdı. Anam da əmisinə məktub yazırdı və ona tək qalması ilə bağlı məlumat verirdi. Belə olan halda əmisigil Azər dayısına məktub yollayıblar ki, anama qahmar çıxsın. O deyir ki, dayısı uşaq evinə gələndə onu elə qucaqlayıbmış ki… heç ayrılmırmış.

Rəna xanım: -Bir məsələni də qeyd edim ki, həmin vaxt Qazaxıstanda tif xəstəliyi geniş yayılıbmış. Xeyli sayda uşaq ölüb.  Anam da bərk xəstələnib, hətta elə biliblər ki, ölüb. Onu meyitlərin yığıldığı otağa  qoyublar və üstünə cəsədləri yığıblar. Birdən ayılıb ki, üstündə meyitlər var, səs-küy salıb, onu gəlib oradan çıxarıblar. Ondan sonra da Azər dayım gəlib anamı himayəsinə götürüb. Həmin vaxt artıq dayısının oğulları Rais və Ramiz doğulmuşdu.

Həsən bəy: – Daha sonra Azər dayım qərara gəlib ki, anamı Azərbaycana göndərsin. Lakin Qazaxıstanda “metirka”almaq mümkün deyilmiş. Buna görə də “metirka” almaq üçün Dağıstana gediblər. Dağıstanda dayıma təklif ediblər ki, Stalinin bir şəklini çəksin, bunun müqabilində Firuzə xanıma sənəd verilsin. Beləliklə, dayım anamın sənədlərini qaydaya salıb Bakıya göndərib. Bir məqamı da qeyd edim ki, anamgil sürgünə göndəriləndə əmisi uşaqları qonşuluqda qalırdılar. Lətifə xanımın İçərişəhərdəki evini sürgündə olarkən qaynı oğlanları  zəbt etmişdi və onlar sürgündən qayıdan anamı həmin evə buraxmamışdılar, ondan üz döndərmişdilər. Anam onları ölənə kimi bağışlamadı, bərk incimişdi.

Buna görə də Firuzə xanım sürgündən sonra Seyid Hüseyn Sadiqin ailəsi ilə birgə qalıb. Danışırdı ki, kimsə gəlib qapını döyəndə anamı gizlədirmişlər ki, kimsə onun orada olduğunu bilməsin. Seyid Hüseynin bacısı qızı Səyyarə Rzayeva dayısı uşaqları ilə bərabər anamı da himayəsində böyüdüb. Onu işə düzəltmişdi. Mövsümü işçilər kimi onlar gedib işləyirdilər, axşamlar isə gecə məktəbində oxuyurdular.  Anam atam Əli bəylə elə orada tanış olub. Atam mədəndə fəhləlik edirdi.  Onlar 1952-ci ildə evləniblər. Bu evlilikdən 5 uşaq: böyük bacım Zenfira Hüseynli(rəhmətə gedib),Rəhilə İsgəndərova, Rəna Əliyeva, Həcər Məmmədova və mən dünyaya gəlmişəm.

Anamın ali savadı yox idi, 6 -cı sinifə qədər rus və qazax dilində oxumuşdu.

Buna baxmayaraq, çox mütaliə edirdi. 78 il ömür sürdü.

-Sonradan Qazaxıstanda sürgündə olduğu yerlərə gedib baş çəkdimi?

Həsən bəy: – Anam bir neçə ildən bir məni də götürüb Qazaxıstana Azər dayımın yanına gedirdi. Əksər hallarda mən Rais dayımla Qazaxıstana gedirdim. Sonuncu dəfə 1992-ci ildə Raislə birgə Qazaxıstana getdik ki, Azər dayını Bakıya gətirək. Biz 20 günə yaxın Qaraqandada qaldıq.

Anamgil Korgözdə yaşayanda hələ bəraət almamışdılar. O vaxt Azər dayım onlara gəlib. Küçədə kimsə onu görüb və anama yaxınlaşıb ki, bu Rəsulzadənin oğludur? Həmin vaxt Firuzə xanım çox qorxmuşdu.

1963-cü ildə anam bəraət kağızı ilə Lökbatandakı evi aldı. Ondan sonra Azər dayım bizə rahat gəlirdi, bir neçə gün qonaq qalırdı. Danışırdı ki, İkinci Dünya Müharibəsi zamanı onu İrana göndərmək istəyirlərmiş ki, orada atası ilə görüşsün. Səhv etmirəmsə, Rəsulzadəyə xəbər göndəriblər ki, oğlunu görmək istəyirsənsə, İrana gəl. Əsas məqsəd isə Rəsulzadəni həbs etmək imiş.

  • Ailə arxivindən xeyli sayda maraqlı şəkil təqdim etdiniz. Onlar sizə necə gəlib çıxıb ?

Rəna xanım:- Anam hələ sürgündə olarkən o şəkilləri qoruyub saxlayıbmış. Danışırdı ki, uşaq evində qalarkən bəzilərini hətta uşaqlara paylayırmış, sonra da geri alırmış. Nənəsinin, anasının şəkilləri günümüzə kimi gəlib çıxdı.

-Ananızın atası, Müslümzadə Damad Əliheydər oğlunun taleyindən nə deyə bilərsiniz?

Rəna xanım:- Ona 5 il həbs həyatı vermişdilər. 1944-cü ildə ölüb. Onun güllələndiyini düşünsək də bu barədə dəqiq məlumat yoxdur.  Mən onun bəraət kağızını görmüşdüm.

-Ananızın İçərişəhərdə yaşadığı evin taleyi necə oldu?

-Ona Seyid Hüseynin varisləri nəzarət edir.

-Hazırda Rəsulzadə nəslindən kimlər həyatdadır və əlaqələriniz var?

Həsən bəy:-Rais bəy və onun ailəsi ilə yaxın əlaqələrimiz var. Rəsulzadənin  bacısı Şəhrəbanu xanımın övladı Kübra xanım ilə də əlaqəmiz var idi. Onunla 1989-cu ildə tanış olmuşduq, 2002-ci ildə rəhmətə getdi. Onun övladları Səmayə xanım və Nazim müəllimlə əlaqəmiz var. Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu, Ümbülbanunun qardaşı Məhəmməd Əli Rəsulzadə Türkiyədə yaşayırdı. Onun oğlanları Eminov soyadını götürmüşdülər ki, çox cəlb olunmasın.  İndi isə soyadlarını dəyişib Rəsulzadə ediblər. Mən oğlumun adını Azər, qızımın adını isə Lətifə qoymuşam.

Məhəmməd Əmin Rəsulzadənin kürəkəni Məşədi Damad Məmmədzadə, oğulları Rəsul və Azər.

Əli Məmmədov və Firuzə Məmmədova

Rəsulzadənin xanımı Ümbülbanu və qızı Lətifə

Lətifə xanım və həyat yoldaşı Məşədi Damad Məmmədzadə

Rəsulzadənin övladları: oturan Lətifə xanımdır. Qucağındakı Azər bəydir.  Ayaq üstə duran oğlan Rəsul, qız isə Xalidə xanım

Lətifə xanım 2 yaşında

Firuzə Məmmədova 2 yaşında

Məhəmməd Əmin Rəsulzadənin böyük oğlu Rəsul .Şəhrəbanunun kiçik qızı Kübra ilə Rəsul bir-birini sevirmişlər. Bu şəkli o qoruyub saxlayıb.

Azər bəy əsgərlikdə

Rəsulzadənin ikinci qızı Xalidə xanım

Səyyarəyə Rzayeva

Firuzə xanım gənclik illərində

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İllərdir axtarılan Hindistanlı milyonerin oğlunun meyiti Zaqatalada tapıldı

Next

Qışın “olmazsa olmazı”: turşu bağlamalarının mümkün təhlükələri

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv