Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bölgə turizmi can verir – səbəb, çıxış yolu

By Vüsal Rafiqoğlu
11.02.2025 4 Min Read

Ekspert: “Regionlardakı aeroportlara uçuşların sayını artırsaq, turistlərin rayonlara marağını stimullaşdıra bilərik”

Bu ilin yanvar ayında Azərbaycana 172 min 653 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur. Azərbaycana ən çox turist Rusiyadan gəlib – 41min 490 nəfər. 2-ci sırada 31 min 632 nəfərlə Türkiyə, 3-cü yerdə isə 17 min 73 nəfərlə Hindistan yer alıb. Bu ay ərzində Azərbaycana İrandan 15 min, Gürcüstandan 8,7 min, Səudiyyə Ərəbistandan 6,1 min, Qazaxıstandan 5,5 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,4 min, Pakistandan 5,2 min, Küveytdən 3,7 min,  Özbəkistandan 2,9 min, Türkmənistandan 2,8 min, Çindən 2,6 min, Ukraynadan 2,4 min, İsraildən 2 min turist gəlib.

Statistik məlumatlara əsasən, 2024-cü ildə Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərinə üstünlük verib. Son dövrlər ölkəmizdə keçirilən beynəlxalq səviyyəli oyunlar turist axınında əhəmiyyətli rol oynayır. Avropa, Asiya və Afrika ölkələrindən minlərlə turist gəlir. Turist axınının bu qədər genişlənməsi ölkəmiz üçün iqtisadi baxımdan çox vacibdir. Turistlərin axını qeyri-neft sektorunun inkişafına birbaşa təsir göstərir. Lakin Azərbaycana səfər edən turistlərin böyük hissəsi paytaxt Bakı və ətraf bölgələrə yönəlir. Halbuki ölkənin müxtəlif regionları da təbii gözəllikləri, tarixi abidələri və zəngin mədəniyyəti ilə turistlər üçün cəlbedici ola bilər. Bakının hotellərinin qiymətləri xarici qonaqlar üçün daha uyğundur. Mütəxəssislərə görə, regionlarda isə ilk növbədə çox yüksək səviyyəli hotellər azdır, olanlar da çox bahadır.

Amma artıq xarici turistlərin, əsasən də Avropadan və ABŞ-dan gələn turistlərin profili, istəkləri dəyişib. Onlar bir gecə yatmaq üçün 200-300 dollar vermək istəmirlər, əsasən 2-3 ulduzlu hotellərə üstünlük verirlər. Regionlarda isə bu imkanlar demək olar ki, yoxdur. Bundan başqa, bölgələrdə xarici turist görən kimi xüsusilə kafe və restoranlarda qiyməti kəskin artırırlar ki, bunun da ciddi təsiri var.

Vüqar Bayramov — Vikipediya

Vüqar Bayramov

Milli Məclisin deputatı Vüqar Bayramov mövcud vəziyyəti rəqəmlərlə ifadə edib: “2024-cü ildə Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərinə üstünlük verib. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən heç 2-si də Bakıdan kənara, rayonlara getmir. Ötən il əcnəbilərin keçirdiyi gecələmələrin 81,4 faizi Bakının payına düşüb. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 4,6 faizi sözügedən rayonda qalıb. Xaricilərin 4,4 faizi Qəbələdə, 3,9 faizi Naftalanda, 3,2 faizi Qubada, 0,6 faizi Şabranda, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük verib. Göründüyü kimi, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Bakının infrastrukturunu nəzərə aldıqda bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqət çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır”.

V.Bayramov diqqətə çatdırıb ki, əcnəbilərin keçirdiyi gecələmələrin sayı 2023-cü illə müqayisədə 26,0 faiz artaraq 2 milyon 348 min olub: “Bu da ümumi gecələmələrin 54,8 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,6 faizi Hindistan, 13,1 faizi Rusiya, 7,8 faizi Səudiyyə Ərəbistanı, 7,3 faizi Türkiyə, 5,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,8 faizi ABŞ, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,6 faizi Pakistan, 2,4 faizi Böyük Britaniya, 2,4 faizi İsrail, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,4 faizi Almaniya, 1,0 faizi İtaliya,1,0 faizi Gürcüstan, 21,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb”.

WhatsApp Image 2025-02-10 at 15.37.48 (1).jpeg (141 KB)

Ceyhun Aşurov

Turizm eksperti Ceyhun Aşurov “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, ötən ilin müvafiq dövründə də bənzər statistika təqdim edilmişdi. Ekspert vurğuladı ki, Azərbaycana gələn turistlərin 80 faizi Bakıda gecələməyə üstünlük verir: “Turistlərin Bakıda gecələməyə üstünlük verməsinin səbəblərindən biri budur ki, Bakıda hotellərin sayı regionlara nisbətən daha çoxdur. Bayram günlərində, tətillərdə paytaxtda əlverişli qiymətə hotel tapmaq daha asandır. Lakin əsas səbəb quru sərhədlərin bağlı olmasıdır. Bu da o deməkdir ki, turistlərin ölkəyə girişi və çıxışı yalnız Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə mümkündür. Hətta sərhədlər açıq olduqda da uçuşların 90 faizi Bakıya idi. Yəni turistlərin giriş-çıxışı Bakıdan olduğu üçün bu amil istər-istəməz statistikaya təsir göstərir. Respublikanın digər bölgələrində olan hava limanlarının daha səmərəli çalışması, uçuşların sayının artırılması yaxşı olardı. Azərbaycanda 8 beynəlxalq hava limanı var. Amma buna baxmayaraq, uçuşların 90 faizindən çoxunun, hətta bəzi rəqəmlərə görə 97 faizinin Bakıdan həyata keçirilməsi paytaxta konsentrasiyanı artırır. Halbuki Gəncə, Qəbələ hava limanlarında uçuşların sayını artırsaq, bu turistlərin Azərbaycanın rayonlarına marağını  stimullaşdıra bilərik. Hazırda qış turizm mövsümündə Şahdağ, Qəbələ, Quba, Qusar istiqamətləri populyardır. Həftəiçi əcnəbilər, həftəsonları isə həm yerli, həm də əcnəbi turistlər bu bölgələrə səfər etməyə üstünlük verirlər”.

C.Aşurov infrastruktur amilinə də diqqət çəkdi: “Paytaxt Bakıda hotellər, restoranlar, ticarət mərkəzləri çoxdur. Bundan başqa, turistlər üçün Bakıda zaman keçirmək daha maraqlıdır. O ki qaldı qiymət amilinə, paytaxtda hotel sayı çox olduğu üçün təsnifata uyğun fərqli qiymətlərlə  gecələmək daha asandır”. 

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin rəsmi saytındakı məlumata əsasən, Azərbaycanda Bakı, Füzuli, Zaqatala, Zəngilan, Gəncə, Qəbələ, Yevlax, Lənkəran və Naxçıvan Beynəlxalq hava limanları fəaliyyət göstərir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanın taekvondoçuları “Turkish Open” turnirində iştirak edəcəklər

Next

Fevral – Paşinyan layihəsinin yararsız olduğunu sübut etdi

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv