Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bir həftədə üç məktəbli intiharı -SOS!

By Vüsal Rafiqoğlu
12.02.2025 4 Min Read

Ekspert: “Bu hadisələr təhsil sistemində, sosial mühitdə və ailələrdə ciddi problemlərin olduğunu bir daha üzə çıxardı”

Məktəbdən “Qafqazinfo”ya bildirilib ki, məktəbli əlaçı və fəal şagirdlərindən biri olub: “Onun bu addımı atması hər kəs üçün gözlənilməzdir. Məktəbin tədbirlərində fəallığı ilə seçilirdi”.

Sosial şəbəkələrdə Simuzərin məktəbdaxili bullinqə məruz qalması ilə bağlı məlumatlar yayılıb. Lakin Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi bu iddiaları təkzib edib.

Fevralın 10-da isə  Nizami rayonunda, “Neftçilər” metrostansiyası yaxınlığında 16 yaşlı Kamilə  Məmmədova çoxmərtəbəli binanın damından özünü atıb. Nəticədə aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbi hələlik məlum olmasa da, K.Məmmədovanın məktəbli olduğu bildirilir.

Digər bu kimi hadisə Yardımlıda baş verib. 15 yaşlı məktəbli Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Yayılan məlumatlara görə, yeniyetmə intihar etməmişdən əvvəl məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə.Şükürlüyə vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib. Göründüyü kimi, bu hadisələrin hər biri fərqli səbəblərlə izah olunsa da, ortaq məqam odur ki, yeniyetmələrin psixoloji vəziyyəti və məktəb mühiti diqqətlə araşdırılmalıdır.

Bəs bu cür hadisələrin qarşısını almaq üçün nə etməli? Hansı təhsil proqramları hazırlanmalıdır? Şagirdlərin problemlərinin erkən mərhələdə aşkarlanması ilə bağlı məktəb psixoloqlarının aktiv fəaliyyəti hansı səviyyədədir?

Psixoloqlar qeyd edir ki, yeniyetmələrin intihara sürüklənməsinin bir neçə əsas faktoru var: psixoloji təzyiqlər və depressiya; məktəb mühitində bullinq; ailə münasibətləri və sosial təzyiq; rəqəmsal təhlükələr və onlayn oyunlar.

COP29 çərçivəsində Azərbaycanın təhsil sisteminə dair daha bir gözlənti… – Kamran  Əsədov açıqladı » Son xəbərlər,Azərbaycanda və Dünyada ən aktual hadisələr  1Xeber.az Xəbər Saytında

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, son bir həftədə üç məktəblinin intihar etməsi cəmiyyəti dərin narahatlığa salıb və təhsil sistemində, sosial mühitdə və ailə strukturlarında ciddi problemlərin olduğunu bir daha üzə çıxarıb: “Bu cür faciələrin qarşısını almaq üçün təkcə fərdi səviyyədə deyil, həm də sistemli yanaşmalar tətbiq edilməli və təhsil proqramlarında, psixoloji dəstək sistemində, müəllim və valideyn maarifləndirməsində ciddi dəyişikliklər aparılmalıdır. Uşaqların psixoloji rifahını təmin etmək üçün məktəb, ailə və cəmiyyətin birgə səyləri vacibdir.

Son illərdə məktəblilər arasında psixoloji gərginliyin artması müşahidə edilir və bunun əsas səbəblərindən biri yüksək akademik təzyiq, sosial mühitin təsiri, ailə daxilində ünsiyyətin zəifləməsi və məktəblərdə yetərli psixoloji dəstəyin olmamasıdır. Statistik göstəricilər bu problemin nə qədər dərin olduğunu sübut edir. Son beş ildə ölkədə yeniyetmələr arasında intihar hallarının artdığına dair məlumatlar var. Bu cür hadisələrin qarşısını almaq üçün preventiv tədbirlər gücləndirilməli, məktəblərdə psixoloji xidmətlər genişləndirilməli və müəllimlər, valideynlər bu sahədə daha çox məlumatlandırılmalıdır.

Məktəb psixoloqlarının rolu bu məsələdə kritik əhəmiyyət daşıyır. Hazırda məktəblərdə psixoloqların sayı şagirdlərin ehtiyaclarını qarşılamaq üçün kifayət etmir. Mövcud normativlərə əsasən, 1000 nəfərədək şagird üçün bir psixoloq nəzərdə tutulur, lakin böyük məktəblərdə bu sayın az olması psixoloji problemlərin vaxtında aşkarlanmasına və həllinə mane olur. Müasir təhsil sistemlərində məktəb psixoloqları təkcə problem yarandıqdan sonra yox, həm də erkən mərhələdə preventiv tədbirlər görən əsas mütəxəssislərdir. Onlar məktəbdə şagirdlərin psixoloji vəziyyətini qiymətləndirməli, risk qrupunda olanları müəyyən etməli və onlar üçün fərdi dəstək proqramları hazırlamalıdırlar.

Müəllimlərin və valideynlərin uşaqların psixoloji vəziyyətini daha yaxşı başa düşmələri üçün maarifləndirici proqramlar tətbiq olunmalıdır. Bir çox valideyn və müəllim psixoloji problemlərin əlamətlərini tanımır və nəticədə uşaqların yaşadığı stress, depressiya və emosional çətinliklər vaxtında müəyyən edilmir. Müəllimlər təkcə akademik bilik ötürən deyil, eyni zamanda şagirdlərin emosional vəziyyətlərini də müşahidə edən əsas şəxslər olmalıdırlar. Onlar şagirdlər arasında zorakılıq hallarını, sosial izolasiya yaşayanları və təzyiq altında olanları erkən mərhələdə aşkar etməlidirlər.

Təhsil proqramlarında psixoloji sağlamlıq və emosional dəstək mövzuları daha geniş yer tutmalıdır. Uşaqlara stresslə mübarizə aparmağın yolları, sosial münasibətlərin düzgün qurulması, emosional dayanıqlıq və özünüdəyərləndirmə mövzusunda biliklər verilməlidir. Hazırda bir çox inkişaf etmiş ölkələrdə məktəblərdə psixoloji sağlamlıq dərsləri keçirilir və bu, uşaqların psixoloji problemləri tanımasına, bu hallarla mübarizə aparmasına və ehtiyac duyduqda yardım istəməsinə kömək edir.

İmtahan stresinin və akademik təzyiqlərin azaldılması üçün təhsil sistemində qiymətləndirmə metodları yenilənməlidir. Mövcud təhsil sistemində şagirdlərin uğuru əsasən test nəticələri ilə ölçülür və bu, uşaqlara ciddi psixoloji yük gətirir. Alternativ qiymətləndirmə üsulları tətbiq olunmalı, şagirdlərin akademik inkişafı yalnız imtahan balları ilə deyil, onların fərdi bacarıqları və yaradıcılığı ilə də qiymətləndirilməlidir. Finlandiya, Kanada və Yaponiya kimi ölkələrdə alternativ qiymətləndirmə sistemləri uğurla tətbiq edilir və bu, uşaqların imtahan stresini azaltmağa kömək edir”.

Ekspert dedi ki, məktəblərdə zorakılıq və bullinqin qarşısının alınması üçün daha effektiv proqramlar həyata keçirilməlidir: “Məktəb daxilində sosial münasibətlərin sağlam şəkildə qurulması üçün xüsusi layihələr hazırlanmalı və şagirdlər bu istiqamətdə maarifləndirilməlidir. Bir çox intihar halları sosial izolyasiya, dostlar arasında qəbul edilməmək və zorakılığa məruz qalmaqla əlaqəlidir. Məktəblərdə zorakılıq halları ciddi şəkildə araşdırılmalı və bullinqin qarşısının alınması üçün müəllimlər və psixoloqların birgə fəaliyyəti gücləndirilməlidir.

Valideynlər də uşaqların psixoloji sağlamlığına daha həssas yanaşmalı və onlarla daha açıq ünsiyyət qurmalıdırlar. Ailədaxili münasibətlər uşaqların psixoloji rifahına birbaşa təsir edir. Valideynlər uşaqlarını yalnız akademik nəticələrə görə qiymətləndirməməli, onların emosional ehtiyaclarına diqqət yetirməlidirlər. Uşaqlar ailədə özlərini ifadə edə bilməlidirlər ki, məktəbdə və sosial mühitdə yaşadıqları çətinlikləri paylaşmaqdan qorxmasınlar. Çox vaxt valideynlər uşaqların emosional problemlərini “xırda məsələ” kimi qəbul edir və onların hisslərini ciddi hesab etmirlər. Lakin bu cür yanaşma uşaqların öz problemlərini içlərində böyütməsinə və nəticədə ciddi psixoloji travmalara səbəb olur”.

Hazırladı: Xalidə GƏRAY

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentin Çin telekanalına müsahibəsi – MÜHÜM MESAJLAR VERDİVİDEO

Next

Bu gün yenilənmiş Əfv Komissiyası ilk dəfə toplanır

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv