Ərdoğandan ABŞ-a: Bəs, Türkiyəni kim isidəcək?
ABŞ kimi dünyadakı digər strateji müttəfiqlərimizlə münasibətlərimizi kəsmək bizim müstəqillik anlayışımıza ziddir.
ARANTV.AZ xəbər verir ki, bu sözləri ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz İrandan elə məhsullar alırıq ki, həmin məhsullar alınmasa, mənim ölkəmi qış boyu kim isidəcək? Bu barədə istər Senatın, istərsə də Nümayəndələr Palatasının daxilindəki siyasi rəqabətin Türkiyə üzərindən olması da bizi ayrılıqda məyus edir”, – Ərdoğan bildirib.axar.az

