Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qızıl alışında beşinciyik – Üstünlüyü nədir?

By Vüsal Rafiqoğlu
15.02.2025 2 Min Read

Azərbaycan 2024-cü ildə ən çox qızıl alan beşinci ölkə olub. Bu statistika Ümumdünya Qızıl Şurasının 2024-cü il hesabatında qeyd olunub. Hesabata görə, qlobal mərkəzi bankların qızıl ehtiyatlarının artması tendensiyası müntəzəm davam edir.

Xüsusilə iqtisadi qeyri-müəyyənliklər və inflyasiyaya qarşı etibarlı “sığınacaq” axtarışları qızıla olan marağı daha da artırıb. Şuradan bildirilir ki, ölkəmizin qızıl alışlarına Azərbaycan Mərkəzi Bankının deyil, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl alışları daxildir.
Maraqlıdır, böyük miqdarda qızıl alışı nəyə hesablanıb? Səmərəlidirmi? Qarşıdakı dövrdə də bu tendensiya davam edə bilərmi?

Az riskli yığım vasitəsi

Millət vəkili Vüqar Bayramov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, qlobal iqtisadiyyatda risklər artığı üçün qızıl investorlar tərəfindən daha az riskli yığım vasitəsi hesab olunur: “Xüsusilə də, qlobal ticarət müharibəsinin güclənməsi iqtisadiyyatda riskləri artıran səbəblərdəndir. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də qızılla yığıma daha çox sərmayənin yönəlməsini müşahidə edirik”.
Millət vəkilinin sözlərinə görə, qızılla yığımların artırılması təhlükəsizlik baxımından vacibdir: “Azərbaycan da artıq xeyli müddətdir ki, qızıla investisiya edir, idxalını artırır. Ən çox qızıl alan beşinci ölkə olmağımızın səbəbi sırf idxalla bağlı deyil. Bu, həm də Azərbaycanın özünün istehsal etdiyi, yəni, ölkədə hasil edilən qızılın emal edilərək sonradan ölkəyə gətirilməsi ilə bağlıdır. Bunların bir hissəsi Azərbaycandan hasil edilən qızılın emal edilərək ölkəyə qayıtması, digər hissəsi isə təbii ki, yığımlardır. Amma bütün hallarda qızılla yığımların artırılması iqtisadi təhlükəsizlik baxımından vacibdir”.

Qarşıdakı illərdə bu tendensiyasının davam etməsi məsələsinə gəldikdə isə, millət vəkili vurğulayır ki, bu siyasət növbəti illərdə də davam etdiriləcək.

Ciddi yatırım aləti

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyir ki, qızıl yatırım aləti kimi istifadə olunur: “Əsas alışlar Dövlət Neft Fondu tərəfindən olub. Ötən beş ili müqayisə etsək, qızıl qiymətləri artan xətlə davam edir. Ekspertlərin proqnozlarına görə, bir qram 999 əyarlı qızılın qiyməti 100 dollara qədər qalxacaq. Məhz buna görə də, qızıl kifayət qədər ciddi yatırım alətidir. Bu səbəbdən, Azərbaycan 2024-cü ildə ən çox qızıl alan beşinci ölkə olub”.

Polşa liderdir

2024-cü ildə qızıl ehtiyatlarını ən çox artıran 10 ölkənin siyahısına nəzər salsaq, liderlik Polşadadır. Belə ki, Polşa 90 ton olmaqla 2024-cü ilin ən böyük qızıl alıcısı olub. Ölkə ümumi qızıl ehtiyatını 448 tona çatdırıb. İkinci yerdə isə qardaş ölkə Türkiyədir. 75 ton qızıl alaraq ehtiyatını 528 tona çatdırıb. Türkiyəni 73 ton qızıl almaqla Hindistan, 44 ton qızıl alışı ilə isə Çin izləyir. Azərbaycan 25 ton göstərici ilə beşinci yerdədir (2024-ci ilin üç rübünün göstəricisi).

Altıncı yer Çexiya, yeddinci yer İraq, səkkizinci yer Macarıstan, doqquzuncu yer Qana və Özbəkistan, 10-cu yerin sahibi isə Qətərdir.
Yeri gəlmişkən, ötən il Azərbaycanda 2 min 663 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı əvvəlki ilin göstəriciləri ilə müqayisədə 97 kiloqram və ya 3,5% azdır. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal olunan qızılın həcmi 2 min 660 kiloqram olub.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,36% artaraq 2 955,9 ABŞ dollarına bərabər olub. (“Kaspi” qəzeti)

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kənd yumurtası ilə broyleri necə fərqləndirək? – Toyuqlar üç cür olur

Next

Azərbaycanda dəyişən mebel zövqü: İnsanlar niyə yerli istehsala üstünlük verir?

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv