Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanda dəyişən mebel zövqü: İnsanlar niyə yerli istehsala üstünlük verir?

By Vüsal Rafiqoğlu
15.02.2025 3 Min Read

2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 150 milyon 114 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal edilib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.2 faiz və ya 29 milyon 267 min ABŞ dolları çoxdur. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin ilk 11 ayında ölkədə 335.4 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40.5 faiz çoxdur. Beləliklə, hesabat dövründə mebel istehsalı idxalı 31.4 faiz üstələyib. Bəs mebel bazarında vəziyyət necədir?

Mebel şirkəti rəhbəri Ülkər Ağalarova da bu sahədə yerli istehsalın idxalı sıxışdırdığını təsdiqləyir: “Bəli, bu göstəricilər doğrudur. Həqiqətən də hazırda bazarda daha çox yerli istehsala üstünlük verilir. İdxalı sıxışdıran əsas məqam insanların zövqlərinin dəyişməsidir. Artıq insanlar evlərində qabarıq mebelləri istəmirlər. İdxal olunan mebellər hamısı bir əldən çıxmış dəstlər idi. Hazırda evlərin layihələri fərqli ölçülərdədir. Ölçülər uyğun gəlmədiyi üçün insanlar da yerli istehsala və sifarişlə hazırlanan məhsullara üz tuturlar. Bu halda idxala olan tələbat tədricən azalır. Hətta bəzi xarici mebelləri satan mağazalar da artıq özləri istehsal edirlər”.

 

 

“Hər bir avadanlıq üzrə ixtisaslaşmış ölkələr var”

Ü.Ağalarovanın sözlərinə görə, xammal digər ölkələrdən gətirilir, mebel isə ölkəmizdə yığılır: “Rəng və digər kiçik avadanlıqların hər biri xaricdən idxal edilir. Yerli məhsul istehsalımız demək olar ki, yoxdur. Yerli “petlə”, “MDF” istehsalı yoxdur. Bəziləri olsa da, keyfiyyətləri aşağı olduğu üçün onlara üstünlük verilmir. Yalnız yerli taxta, quru emal olunmuş ağac mövcuddur. Qalan aksesuarlar, mexanizmlər Türkiyə, Rusiya, Belarus, Çindən idxal edilir. Dünyanın heç bir ölkəsində mebel sıfırdan istehsal edilmir. Hər bir avadanlıq üzrə ixtisaslaşmış ölkələr var ki, digər ölkələr hamısı oradan məhsul gətirir. Əksəriyyət də Çindən alır”.

“Xarici məhsuldan heç də geri qalmır”

Sahibkar deyir ki, hazırda bazarda istənilən qiymətə həm yerli, həm də xarici mebel tapmaq mümkündür: “Mağazalarda gördüyümüz məhsulların 70 faizi yerli istehsaldır. Yerli məhsulların qiyməti heç də xarici məhsullardan geri qalmır. Bəzən yerli istehsal mebeli yığılır və 15 min dollara başa gəlir. Özəl hazırlandığı üçün daha çox zəhmət, vaxt tələb edir. Bizim məhsullarımızın keyfiyyəti heç də xarici məhsuldan geri qalmır. Hətta ağacımız daha keyfiyyətlidir deyə bilərik”.

Ustalar öz üzərlərində işləmirlər

Müsahibimiz istehsalı inkişaf etdirmək üçün atılmalı olan addımlardan da danışdı: “İstehsalın inkişafı üçün aparatlar keyfiyyətli olmalıdır. Onların da qiyməti bahadır. Bəzi sahibkarlar bu aparatlara pul vermək istəmirlər. İstehsalda çatışmayan ustalardır. Onlar da daha çox qazanmağa yönəlir. Gələcəklə bağlı düşünmürlər. Ustalar da biliklərini artırmalıdırlar. Yeni texnikaları öyrənsələr, davamlı inkişafa yönəlsələr çatışmazlıqlar aradan qalxar. Yaxşı ustalar yetişdirmək üçün də dəstək lazımdır”.

Hansı ölkələrə mebel satırıq?

Ü.Ağalarovanın sözlərinə görə, istehsaldakı problemlər aradan qalxdıqdan sonra xarici ölkələrdə tanınmağımız da mümkündür: “Yaxın və Orta Şərq bazarına rahatlıqla çıxa bilərik. Məsələn, digər ölkələrin mebel şirkətləri sadə bir qonaq dəstini ərəb turistlərə 50-60 min dollara satırlar. Xaricə çıxan mebellərimiz var. Bizim bağ mebelləri Rusiyaya ixrac edilir. İxracı daha da genişləndirə bilərik. Bunun üçün də dövlət dəstəyi önəmlidir. Məsələn, Özbəkistan bazarı çox aktualdır. Çünki orada evlə bağlı hər şey bahadır”.

“Yerli məhsul daha ucuz başa gəlir”

Biznes və marketinq mütəxəssisi Hikmət Əliyevin fikrincə, yerli istehsal dedikdə sifarişlə hazırlanan məhsullar nəzərdə tutulur: “İnsanlar əvvəl daha göstərişli mebel istəyirdilərsə, indi minimalist stilə keçid ediblər. Əvvəl sadəcə mətbəx mebeli yığdırılırdı, qalanları alınırdı. Hazırda hətta yataq otağında olan əşyaları belə zövqlərinə uyğun yığdırmağa üstünük verirlər”.

H.Əliyev deyir ki, qiymətlər bazardakı tələb və təklif əsasında formalaşır: “Burada markanın mövqelənməsi çox önəmlidir. Çünki elə salon var ki, 10 min manatlıq məhsulu 100 min manata da sata bilir. Amma hər bir halda yerli məhsul daha ucuz başa gəlir. Çünki işçi qüvvəsi ucuzdur, vergilər münasibdir. Avropada məhsulun ərsəyə gəlməsi daha bahadır”.

“İtalyan mebellərini ölkəmizdə istehsal etmək çətindir”

Ekspertin sözlərinə görə, mebellərin keyfiyyəti daha çox ustalıqdan asılıdır: “Əvvəl bizdə usta sayı çox az idi. Amma hazırda bu sahədə xeyli ixtisaslı mütəxəssis var. Onlar xarici mebellərdən daha keyfiyyətli məhsullar da hazırlaya bilirlər. Bəzi istisnalar da var. Məsələn, italyan mebellərini ölkəmizdə istehsal etmək çətindir. Çünki onların boyanması belə fərqlidir. Həm də keyfiyyətli məhsul üçün yüksək məbləğ də tələb olunur. Azərbaycanda bir sex Türkiyəyə il ərzində 300 min dollarlıq mebel satır. Lənkəranda bir sex Almaniyaya mebel ixrac edir. Əvvəl Türkiyə Rusiyadan ağac məhsulları idxal edirdi, mebel halına salıb, bizə satırdılar. Amma hazırda özümüzün Rusiyadan ağac məhsulu alıb mebel halına salmağımız daha sərfəlidir”.

H.Əliyev bu sahədəki problemlərdən də bəhs etdi: “Yerli bazarda kifayət qədər mebel şirkəti və istehsal mövcuddur. Amma bu sahədə fokuslanmalı olduğumuz məsələ ixracdır. Çatışmayan odur ki, mebel sexləri işçi tapa bilmirlər. Xammalın əlçatanlığı məsələsi də problemdir”. (“Kaspi” qəzeti)

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qızıl alışında beşinciyik – Üstünlüyü nədir?

Next

İmişlidə fermada meyit tapıldı

Xəbər lenti

  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026

Son Yazılar

  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv