Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
İdman

İlham Zəkiyev: “Məni əvəzləyən olsa, karyeramı…”

By Vüsal Rafiqoğlu
16.02.2025 2 Min Read

“Azərbaycanda məni əvəzləyən gənc idmançı olsa, karyeramı bitirəcəyəm. Hələlik elə birisi olmadığından, bacardığım qədər mübarizə aparacağam”.

Bu sözləri Teleqraf-a açıqlamasında cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev deyib.

Bakıda keçirilən Böyük Dəbilqənin fəxri qonağı əvvəlcə yarış barədə fikirlərini bildirib: “Bu, ənənəvi turnirdir. Kifayət qədər titullu idmançılar, eləcə də yeni nəsil iştirak edir. Nəsillər dəyişir, idmanda köhnələr gedir, yenilər onları əvəz edir. İlk yarış günündə yaponiyalı idmançılar yenə çox yüksək nəticələr əldə etdilər, bizim isə iki bürünc medalımız oldu. İkinci yarış günündə Zelim Tçkayev qızıl, Rəşid Məmmədəliyev zədələndiyi üçün gümüş, Vüsal Qələndərzadə bürünc medal qazanaraq azarkeşləri sevindirdilər. Üçüncü yarış günündə də kifayət qədər yaxşı mübarizə gedəcək. Yenə medal götürmək şansımız var. İdmançılarımıza uğurlar arzulayıram”.

Zəkiyevin sözlərinə görə, Azərbaycan Cüdo Federasiyasının ölkədə cüdonun populyarlaşamasında böyük xidmətləri var: “Regionlarda yeni-yeni zallar açılıb. Cüdoya maraq Paris-2024 Yay Olimpiya oyunlarında iki qızıl medaldan sonra daha da artıb. Federasiya prezidenti Rəşad Nəbiyev cüdoçulara çox gözəl şərait yaradıb. Yeni gələn idmançılara da böyük dəstək göstərilir. Valideynlərə tövsiyyə edirəm ki, çalışsınlar övladlarını olimpiya idman növlərinə yazdırsınlar”.

45 yaşlı idmançı öz karyerasından da söz açıb: “Mayda baş tutacaq dünya çempionatına hazırlaşırıq. Bu il Gürcüstanda Avropa çempionatı da var ki, ora da hazırlarımız olacaq. Əlbəttə, ev sahibliyi edəcəyimiz MDB oyunlarına paracüdoçuları da çağırıblar. Digər paralimpiya idman növlərini bilmirəm, amma paracüdo proqramda olacaq. Orada da çalışacağıq ki, azarkeşlərimizi sevindirək. Karyeramı davam etdirməyimdə müəyyən səbəblər var. Fikrimcə, insan öz sevdiyi işlə məşğul olarkən xoşbəxtdir. Sevdiyi peşədə olmaq hər insana da nəsib olmur, Getdiyim yarışlardan medalla qayıdıram. Məni əvəz edən gənc idmançı gəlsin, mən də bilim ki, Azərbaycanda beləsi var, karyeramı bitirim. Hələ ki, elə bir şey olmadığına görə nə qədər bacarsam, çıxış edəcəyəm. Üçrəngli bayrağımızın zirvələrdə olması üçün əlimdən gələni edəcəyəm. ⁠Baş məşqçimiz var, seleksiya edərək idmançıları seçirlər. Ağır çəkidə elə bir idmançı yoxdur. Yəni, bizi əvəz edən gəlməyb. Nə qədər alınsa, çıxış edəcəyik. Allah bütün idmançılarımızı zədədən qorusun. Bu yaşda zədələnəndə gec sağalırsan. Buna baxmayaraq, Azərbaycana xidmət etməyə davam edirik”.

İkiqat paralimpiya çempionu Los-Anceles-2028-də də medal qazanmağa iddialı olduğunu vurğulayıb: “Artıq 6 dəfə Paralimpiya oyunlarında iştirak etmişəm. Onların üçündə bayraqdar olmuşam, ümumilikdə beş medalla Vətənə dönmüşəm. Afina-2004 və Pekin-2008-də qızıl, London-2012, Tokio-2020 və Paris-2024-də bürünc medal qazanmışam. ⁠Təbii ki, asan heç nə yoxdur. Çəkidə fovorit olmaq çox çətindir. Yeni-yeni mübarizə aparanda səni heç kəs tanımırdl. Amma indi hamı ağır çəkili idmançıya qarşı yaxşı hazırlaşır. Görmə qabiliyyəti zəif olan idmançılar barədə də yeni qaydalar var. İllərdir o məsələni qaldırmışam. Beynəlxalq Cüdo Federasiyası ilə bu barədə söhbətim olub. Paris-2024-dək, yəni Tokio-2020 də daxil olmaqla üç qrup – zəif, orta və heç görməyən var idi. Bir yerdə güləşirdilər. 5 olimpiadanı görənlərlə güləşmişəm. Sonuncuda isə üçünü ləğv etdilər, B-ni J etdilər, J1 heç görmür, J2 isə zəif görənlərdir. Orada biraz çatışmazlıqlar var. Ümid edirəm ki, tezliklə aradan qalxar və tam ədalətli qələbələr qazanılar”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

Next

Çayı səhv dəmləyəndə bu ağır xəstəliyə düçar ola bilərik

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv