Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Rus dili, yoxsa Rusiya təhlükəlidir?

By Vüsal Rafiqoğlu
17.02.2025 2 Min Read

Bu mövzu Azərbaycanda vaxtaşırı gündəmə gəlir. Məntiqlidir. Çünki müstəqilliyimizi cəmi 34 ildir bərpa etmişik. Onu qazanmaq asan, böyür-başımızda hələ də bizə diş qıcayanlardan, “qarğa-quzğun”lardan qorumaq isə çətindir. Zaman gərəkdir ki, müxtəlif çaplı daxili-xarici düşmənləri müstəqillik və suverenliyimizlə barışdırmağa vadar edək, neytrallaşdıra bilək.

Keçək mətləbə.

ADP sədri Sərdar Cəlaloğlu Əməkdar artist Bəhram Bağırzadəni Rusiyanın “təsir agenti” adlandırıb. Səbəb kimi aktyorun Azərbaycanda rus dilində təhsilin müdafiəçisi qismində çıxış etməsi deyilir. Ədalətlimi?

Əvvəla, Bəhram bəy ölkədə rus dilində təhsillə sırf Rusiyanın burda təbliğatını aparıbsa – yanlış. Yox, seçimlərdən biri kimi rusca təhsili mümkün sayıbsa, onda – normal. Nədən ki, hansı dildə oxuyub attestat, diplom almaq da insan haqqı. Konstitusiyamız, qanun bunu yasaqlamır. Bir şərtlə ki, ən azından dövlət dilimizə sayğı gözlənilsin…

Problem isə ayrı yerdədir. Belə bir deyim var: “uşaq hansı dildə dil açırsa, o millətə məxsusdur”. Razılaşmamaq mümkünsüz. Çünki ana dili qan, gen yaddaşı ilə birbaşa bağlı anlayış.

Amma ana dilinin üstündən bir neçə əlavə dil bilməyin, o dillərdə sərbəst danışmağın qorxusu olmaz. Əksinə, bu fərdin inkişafına kömək edər. Yetər ki, insan öz soy kökünə yetərincə bağlı olsun, sadiq qalsın. Belədirsə, heç bir xarici dil, xarici təsir onu milli kökdən, məhvərdən qopara bilməz.

Cümhuriyyət dönəmində (1918-20) və ərəfədə istiqlal qurucularımızdan çoxu Avropa təhsili almışdı. Hətta bəziləri heç azərbaycancanı mükəmməl bilmirdi. Amma görün gənc dövlətimizin maraqlarını işğalçı və bolşevik Rusiyasından sonadək necə qorudular. Bu yolda həyatlarını, doğmalarını belə qurban verdilər…

Yəni başqa dilləri öyrənmək, o dillərdə danışmaq, onlara hörmət eləmək qəbahət deyil.

Bir şərtlə ki, bu, ana dili hesabına olmasın. Bizdə rusdilli sayt, rusdilli yazarlar var ki, Rusiyaya qarşı bəzi Azərbaycan dilli saytlardan da millətçi və sərt mövqedədir. Rusca təhsil alıblar, fəqət bu, onların milli ruhunu, qan yaddaşını zərrəcə zədələməyib. Ona görə ki, kök, mənbə yerindədir.

Əlbəttə, bir xalqı yox etməyin ən rahat yolu onun dilini əlindən almaqdır. Ancaq biz 200 il Rusiya imperiyasının tərkibində ola-ola, xalq kimi identikliyimizi, dilimizi, dinimizi, adət-ənənəmizi itirməmişiksə, müstəqil Azərbaycanda bu, ümumiyyətlə mümkün deyil. Narahatlığa dəyməz.

Amma arxayınlaşıb “fil qulağı”nda da yatmamalı, bu kimi incə məsələlərdə hər şeyi başlı-başına buraxmamalıyıq. Dövlət, cəmiyyət olaraq və ziyalı kəsimi səviyyəsində maarifləndirmə işlərinə diqqəti artırmalıyıq. Fəqət, “balta” ilı də işləməməliyik – əks-nəticələrə tuş gəlməmək üçün ..

Doğru, rus dili imperiya dili sayılır. Amma və lakin ən təhlükəlisi azərbaycanca səlis danışıb altdan-altdan düşmən dövlətlərə və çevrələrə (İran, erməni dairələri və s.) işləyən daxili xainlər, sapı özümüzdən olan baltalar, dövlətin təməlini qazıyan manqurtlar, Azərbaycan əleyhinə xaricdən maliyyələşən “5-ci kolon”çulardır.

Daha çox onlardan qorxmaq lazım. Dövlət ilk növbədə həmin qrupları ciddi nəzarət altında saxlamalıdır. Yoxsa kiminsə Azərbaycanda rusca orta və ya ali təhsil alması, Rusiyada oxuması hələ heç nə demək deyil. Bəri başdan həmin adamı manqurt kimi damğalamaq da insafsızlıq, hətta haqqa girməkdir. Zira, insan əməlinə görə dəyər alar, tanınar, ictimai hörmətə və ya nifrətə layiq görülər.

Qısası, Azərbaycan üçün rus dili yox, Rusiya təhlükə mənbəyi ola bilər. Ancaq sırf bu təhlükəyə fokuslanıb Azərbaycan dilli xain-satqınları da gozardı etmək olmaz. Əsla olmaz!..

Zahid SƏFƏROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Azər hər şeyi alt-üst etdi” – Atası danışdıVİDEO

Next

Prezident İlham Əliyev fərman imzaladı

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv