Cəmiyyət 

Tiflisdən Bakıya uçan təyyarə texniki səbəblərdən gecikir

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

Bu barədə Musavat.com-a “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar. Yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

“AZAL üçün uçuşların təhlükəsizliyinin bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk”, – məlumatda vurğulanıb.

Daha çox xəbərlər