Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Yaramaz axır ki nəyəsə yaradı…

By Vüsal Rafiqoğlu
28.02.2025 3 Min Read

Qardaş Türkiyənin və bölgənin təhlükəsizlik gündəmini uzun illərdir məşğul edən PKK terror örgütünün qurucu-lideri Abdullah Öcalan, İmralı qazamatından verdiyi son açıqlama ilə örgütün buraxıldığını duyurdu. Bu açıqlama, onun siyasi həmfikirləri ilə əlaqəli şəkildə baş verdiyinə görə, yalnız bir tutuqlunun ifadəsi kimi deyil, daha geniş strateji gediş kimi qiymətləndirilməlidir.

Söhbət, əslində, nə kürd xalqına, nə də partiya qavrsmına aidiyyatı olmayan, türkəfobların əlində maşa olan bir adıyaman örgütdən getdiyi üçün birbaşa güvən doğmur, doğrusu. Lakin buraxma PKK özünü rəsmən buraxırsa, demək, onun arxasındakı anti-türk koalisiya da dağılıb yaxud təsirsiz hala gəlib. Bax, bu, çox önəmli məqamdır. PKK həqiqətən bitsə də, bitməyib də çaşıb, yeni adla pırtlayıb ortaya çıxmağa çalışsa da, “sərbəst radikal”lar terrora cəhd etsə də, ox yaydan çıxmış kimi görünür… Türk dövləti ilə, şanlı türk ordusu ilə şaka yapmaq çox axmaq bir qəflət yuxusu olardı və bütün Türk dünyasının, tərəqqipərvər insanlığın da dərin qəzəbinə səbəb olardı.

Örnəyi, 44 günlük müharibədən sonra haylar əvəzçıxma hoqqalarında bulundu da, sonu nə oldu? – İtki üstə itki verdilər və 2023-cü ilin payızında bütün Qarabağdan kökləri kəsildi və öz ayaqları ilə rədd olub getdilər. – Guya “ikinci erməni dövləti” quracaqdılar… Kürd xalqına aidiyyatı olmayan, bəlkə daha çox hayların çıxarlarına oynayan PKK da, “baş tutmamış dövlət” – İrəvan siyasi-hərbi rəhbərliyi kimi çox ağır bədəl ödər, çox ağır! Bu, bizim düşüncəmizdir amma gəlin yenə ehtimallara göz ataq:

Bəli, Öcalanın açıqlamasını şübhə ilə qarşılamaq üçün yetərincə səbəb varmı? – Var! O, bundan öncə də müxtəlif vaxtlarda barış ismarıcları verib, lakin PKK-nın terror fəaliyyətləri dayanmayıb ki dayanmayıb. Eyni zamanda, örgütün Suriyada, İraqda və İranın bəzi bölgələrində mövcudluğu bəllidir. Buyurun, bax, bu səda YPG/PKK/PYD terör örgütünün Suriyadakı ələbaşı və (Abdullah Ağarın sözləri ilə desək) “Aponun mənəvi oğlu” Məzlum Abdidən gəlib:

“Öcalanın çağrısı PKK ilə ilgilidir və Suriyadakı qrupları qapsamır”. – Bəs Öcalanın açıqlamasına görə “bütün qruplar” silah buraxmalıydı, dəsvəhal nə oldu belə?..

Onsuz da YPG və PYD PKK-dan artıq ola bilməyəcək və açıqca görünür, çomağa sürtünürlər. Məzlumun mənəvi atasının açıqlaması qarşısındakı açıqlaması onun və çevrəsindəkilərin ən məzlum hala düşürülməsinə çağırış kimidir… Həncəri deyərlər, özü çağıran ağlamasın gərək.

PKK, sadəcə silahlı bir qrup deyil, həm də siyasi və iqtisadi şəbəkəyə malik “beynəlxalq aktor” paltarı geyinib. Bu səbəbdən, Öcalanın açıqlaması örgütün tamamilə bitdiyini yox, daha çox formasını dəyişdiyini göstərə bilər.

PKK uzun illərdir YPG və digər törəmə örgütlər üzərindən özünü yenidən formalaşdırmağa çalışır. Özəlliklə, Suriyada YPG adı altında fəaliyyət göstərərək, zaman-zaman uluslararası arenada daha məqbul bir mövqeyə sahib olmağa cəhd edib və bu cəhdə davam edir. Öcalanın açıqlaması, örgütün silahlı mübarizədən tamamilə əl çəkdiyini deyil, sadəcə yeni bir siyasi strategiyaya keçid etdiyini göstərə bilər. – Məzlumun öz adı doğrultusundakı açıqlaması da bu fikri doğrulamırmı?

Perspektiv:
Bölgədə güc dəyişiklikləri və PKK-nın “gələcəy”i

Son illərdə Türkiyə ordusunun sərt anti-terror əməliyyatları PKK-nın hərbi gücünü önəmli dərəcədə zəiflədib. Eyni zamanda, bölgədə siyasi dinamikalar dəyişməkdədir: İraqın quzeyindəki muxtar Kürdüstan hökuməti ilə PKK arasında gərginlik artıb, Suriya cəbhəsində isə ABŞ və Türkiyə arasında YPG məsələsində müəyyən razılaşmaların əldə olunduğu deyilə bilər. Bütün bunlar PKK-nın öncəki kimi açıq fəaliyyət göstərməsini çətinləşdirir.

Öcalanın bu açıqlaması, örgütün faktiki olaraq məğlubiyyətini etiraf edib, daha çox siyasi müstəviyə keçmək istədiyini də göstərə bilər. Lakin PKK-nın illərlə formalaşdırdığı siyasi və iqtisadi bazanın bir anda yox olacağını gözləmək gerçəkçi gözləntidirmi? Beləliklə, silahlı mübarizədən geri çəkilsələr belə, PKK-nın siyasi qolu daha aktiv şəkildə fəaliyyət göstərməyə çalışacaq.

Uzun sözün qısa sualı:
PKK həqiqətən bitdimi?

Öcalanın açıqlaması, terror örgütünün tamamilə sona çatdığını deyil, daha çox taktiki dəyişikliyə getdiyini göstərir. Bu, Türkiyə və bölgə üçün müsbət bir addım ola bilər; çünki silahlı fəaliyyətlərin azalması təhlükəsizlik baxımından önəmlidir. Lakin terrorizmin tamamilə bitməsi üçün təkcə Öcalanın açıqlaması yetərli deyil. Örgütün maliyyə və insan resurslarını tam kəsmək, beynəlxalq dəstəyini zəiflətmək və siyasi ideologiyasını sıfırlamaq lazımdır.

Bu mərhələdə, Türkiyə hökumətinin diqqətli və strateji hərəkət etməsinin vacib olduğunu qardaş ölkənin siyasi-hərbi rəhbərliyindən daha yaxşı kim bilər?

Barış sürəci adı altında PKK-nın siyasi arenada möhkəmlənməsinə imkan vermək təhlükəli olduğunu da Ankara hamıdan dərin bilir. Buna görə də, rəsmi Ankara, həm hərbi, həm də diplomatik sahədə diqqətli strategiya izləməkdə haqlıdır.

Öcalanın bu açıqlaması tarixi bir məqam ola bilər, amma gerçəklikdə PKK-nın həqiqətən sona çatıb-çatmadığını zaman göstərəcək.

Təqvim ilinin ən qısa ayı bitir, ayların sultanı sayılan Ramazan başlayır. Gərək, hər şey yaxşı olsun!

Bu arada, Azərbaycanın Suriyaya göndərdiyi humanitar yardım Hələbdə – Qarakörpü kəndindəki məcburi köçkün düşərgəsində paylanılıb…

Untitled (1).jpg (147 KB)

TANRI TÜRKƏ YAR OLU!

Əkbər Qoşalı
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ramazanın ilk gününün duası – İmsak və iftar VAXTLARI

Next

“Metronet”in bu istifadəçiləri internetsiz qalıb

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv