Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Qurban bayramında qurban kəsməyə qadağa – İlahiyyatçıdan etiraz

By Vüsal Rafiqoğlu
01.03.2025 3 Min Read

Elvüsal Məmmədov: “Xalqa belə bir müraciət başadüşülən deyil”

Mərakeş Kralı VI Məhəmməd bu il qurban kəsilməməsi barədə xalqa çağırış edib. Kralın ölkə əhalisinə müraciətində ölkədəki iqlim və iqtisadi çətinliklər səbəbindən heyvan sayının azalması və bu ibadətin aztəminatlı ailələr üçün böyük yük yarada biləcəyi vurğulanıb. O, Qurban bayramının mənəvi mənalarının qorunacağını da bildirilib. Kral bu qərarı Mərakeş xalqı adına verdiyini qeyd edib. Mərakeşdə 1963, 1981 və 1996-cı illərdə də qurban kəsməkdən imtina edilmişdi.

Belə bir çağırış dinimizin qurbanla bağlı tövsiyələrinə nə dərəcədə uyğundur? Məlumdur ki, qurban Həcc ziyarətində olanlara vacib, olmayan imkanlı şəxslərə isə müstəhəb (yaxşı əməl) kimi buyurulub.

Bəzi müsəlman icmaları, xüsusilə sosial mediada kralın çağırışını müzakirə ediblər. Bəziləri bu qərarı dəstəkləyərək, dini ibadətlərin icrasında yumşalmanın vacibliyini vurğulayıblar, digərləri isə qurban kəsmənin əhəmiyyətini xatırladaraq, fərdi imkanlara görə bu ibadətin yerinə yetirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, 2025-ci il iyunun 6,7 – si Qurban bayramı günləri olaraq müəyyən edilib…

Elvüsal Məmmədov: ““Halloween” bizə yaddır, qeyri-məqbuldur” Pravda.az

 Elvüsal Məmmədov

İlahiyyatçı Elvüsal Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “İslam ilahiyyatına görə, qurban kəsmək həcdə olanlar üçün vacibdirsə, həccə getməyən və öz ölkəsində qalan müsəlmanlar üçün vacib deyildir. Əgər bu belədirsə və hər hansı ölkədə yaşayan müsəlmanlar imkanları çatmadıqda qurban kəsmirlər. Ümumiyyətlə, şəriətə görə belə bir qayda mövcuddur ki, öz ölkəsində qalan, imkanı çatan və kifayət qədər maddi vəsait toplayan şəxs qurban kəsə bilər. Yəni yerinə yetirilməsi tövsiyə olunan bir əməldir.

O ki qaldı Mərakeş kralının bu il qurban kəsməmək barədə xalqa etdiyi müraciətə, bu, sözün həqiqi mənasında bir çox suallar doğuran qərardır. Əvvəla, kral müraciət edərək bildirir ki, iqlim və iqtisadi çətinliklər səbəbindən heyvanların sayı azalıb. Yəni qurban kəsilməsə də, bu göstərilən səbəblərə görə ölkədə iri və ya xırdabuynuzlu mal-qaranın sayı azalacaq. Deməli, heyvanların sayının azalmasının qurban kəsilib-kəsilməməsi ilə qətiyyən əlaqəsi yoxdur. Üstəlik, onsuz da İslam ilahiyyatına və İslam hüququna görə, aztəminatlı ailələr qurban kəsmirlər. Belə olan halda, aztəminatlı ailələrin qurban kəsməsi vacib olmadığından və onlar bu öhdəlikdən azad edildiklərindən, belə bir müraciətin xalqa edilməsi anlaşılan deyil”.

İlahiyyatçı əlavə edib ki, Mərakeşdə kənd təsərrüfatı və maldarlıq əsasən fərdi təsərrüfatlar çərçivəsində inkişaf edən sahədir: “Buna görə də dövlətin bu məsələyə müdaxiləsi doğru deyil. Şəxslər istəsələr, qurban kəsərlər, istəməsələr, kəsməzlər. Qurban kəsmə nəticəsində və ya digər ailələrdə meydana çıxan iqtisadi çətinliklər isə heç bir halda dövlət tərəfindən aradan qaldırılmır. Məncə, dövlətin bu müraciəti doğru deyil. Əlbəttə ki, biz qəbul etməliyik ki, dövlət müraciət etdi-etmədi İslam dini imkanı yetməyən şəxslərə maddi-mənəvi baxımdan hər hansı öhdəlik yükləmir. Məhz bu prinsipin ölkədə təbliğ edilməsi, qurban kəsilməməyə dair çağırış etməkdən daha düzgün addım olardı”.

Qeyd edək ki, qurban kəsmək bəzi ölkələrdə qadağan edilib. Məsələn, Çinin bəzi bölgələrində, xüsusilə uyğurların yaşadığı Sincan bölgəsində, qurban kəsmək müəyyən məhdudiyyətlərə məruz qalır. Sincan bölgəsindəki mühafizəkar müsəlmanlar üçün Qurban bayramı ilə əlaqəli mərasimlərə qarşı ciddi tədbirlər görülür. Hindistanda bəzi yerlərdə, xüsusilə heyvanların kəsilməsi ilə bağlı qanunlar mövcuddur və qurban kəsmək müəyyən ştatlarda qadağan olunub və ya sıx şəkildə tənzimlənir. Məsələn, qurbanlıq heyvanların kəsilməsi bəzi bölgələrdə dini səbəblərlə və ya heyvan hüquqları ilə bağlı məhdudlaşdırılıb. Norveçdə isə heyvanların kəsilməsi ilə bağlı sərt qaydalar var və qurban kəsmə ənənəsi bəzi bölgələrdə məhdudlaşdırılıb. Burada dini qurban kəsmək üçün xüsusi icazələr tələb olunur. Bu məhdudiyyətlərin əsasən, heyvanların qeyri-humanist şəkildə kəsilməsinin qarşısını almağa yönəldiyi qeyd edilir. Müsəlmanlar isə haqlı olaraq hesab edirlər ki, heyvansevərlərin qurban kəsilməsinə qarşı çağırışlarının əsas məqsədi heyvanları qorumaq deyil, İslama qarşı çıxmaqdır…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə

Next

Xanımını işləməyə qoymayan kişilərə cəza təklifi etiraz doğurdu

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv