Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Uşaqları evdən soyudan ŞOK SƏBƏB – Valideynlər OXUSUN!

By Vüsal Rafiqoğlu
04.03.2025 3 Min Read

Psixoloqlar xəbərdar edir ki, dərs yükü psixoloji yorğunluğa və nəticədə məktəblilərin radikal qərarlar verməsinə səbəb olur

Yazıçı Müşfiq Xanın oğlunun evdən qaçması, az sonra isə tapılması barədə məlumat vermişik. Olay haqda danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu hadisə cəmiyyətimiz üçün ciddi siqnal olmalıdır. Bəs səbəb?

“Uşaq məktubunda dərslərin onu sıxdığını, yorulduğunu və bu səbəbdən evdən ayrıldığını bildirib. Bu, təkcə bir fərdin problemi deyil, ümumi təhsil sistemimizin uşaqlar üzərində yaratdığı təzyiqin nəticəsidir”, – Kamran Əsədov  qeyd edib.

Ekspert bildirir ki, hazırkı təhsil sistemində şagirdlərin həyatında balans yoxdur: “Onlar günlərinin böyük hissəsini dərs oxumağa, hazırlıqlara və imtahana hazırlaşmağa sərf edirlər. Uşaqlıq çağları, oyun, sərbəst zaman və sosiallaşma imkanları minimuma enib. Belə mühitdə böyüyən uşaqların psixoloji yorğunluq yaşaması, hətta özlərini çıxılmaz vəziyyətdə hiss edərək qaçmaq kimi radikal qərarlar verməsi təəccüblü deyil. Məsələ təkcə ali məktəblərə qəbulun çətinliyində deyil, həm də ümumi təhsil yanaşmamızdadır. Qəbul imtahanlarına hazırlıq sistemi şagirdlərə bilik qazandırmaqdan çox, test texnikasına öyrəşdirmək məqsədi daşıyır. Müxtəlif ölkələrin təhsil modellərində imtahan yükünün balanslı şəkildə paylandığını görmək mümkündür. Məsələn, Finlandiya və Estoniya kimi ölkələrdə imtahan sistemi uşaq psixologiyasına uyğun qurulub. Bizdə isə məktəb və hazırlıq prosesi şagirdləri bir yarış iştirakçısı kimi formalaşdırır”.

Kamran Əsədov: Ekologiyanı pozan universitetlərimiz

K.Əsədovun fikrincə, problemin həlli üçün təhsil sistemində ciddi dəyişikliklər edilməlidir: “Şagirdlərin asudə vaxtı və psixoloji rahatlığı nəzərə alınmalıdır. Məktəblərdə tədris yükü balanslaşdırılmalı, təcrübəyə və interaktiv metodlara üstünlük verilməlidir. Uşaqların psixoloji sağlamlığına xüsusi diqqət yetirilməli, psixoloq xidməti effektiv olmalıdır. Qəbul imtahanlarının forması və məzmunu müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Əks halda, təhsil sistemimizin təzyiqi altında böyüyən nəsil ya psixoloji sarsıntılar keçirəcək, ya da müxtəlif yollarla bu sistemdən qaçmağa çalışacaq”.

Təhsil eksperti haqlıdırmı?

Psixoloqlar qeyd edir ki, uşaqlar gündəlik dərs proqramı, əlavə hazırlıqlar və qəbul imtahanlarının ağırlığı altında psixoloji yorğunluq yaşadıqda onlarda zamanla emosional tükənmə (burnout) sindromu yaranır. Nəticədə, uşaqlar özlərini çıxılmaz vəziyyətdə hiss edərək radikal qərarlar verməyə meyilli olurlar.

Sosiallaşma və oyun uşaqların psixoloji inkişafında mühüm rol oynayır. Lakin davamlı dərs yükü onların bu imkanlarını minimuma endirir. Sosial həyatın olmaması tənhalıq hissini artırır və uşaqlarda depressiya riskini yüksəldir. Bu vəziyyət davam etdikdə, qaçmaq və ya hər şeydən uzaqlaşmaq kimi reaksiyalar yaranır. Uşaqlar bəzən valideynlərin və cəmiyyətin onlardan gözlədiyi uğurları qarşılaya bilməyəcəklərindən qorxurlar. “Əgər yaxşı oxumasam, uğursuzam” düşüncəsi özünəinamın azalmasına və dəyərsizlik hissinə səbəb olur. Belə hallar nəticəsində uşaqlar problemdən qaçmaq, sakitlik tapmaq üçün evdən ayrılmağı bir çıxış yolu kimi görə bilirlər.

Psixoloqlar həmçinin bildirir ki,  uzunmüddətli stres və emosional sıxıntı şagirdlərdə anksiyete (narahatlıq) pozuntuları yarada bilər. Bu hal uşaqlarda ani emosional reaksiyalara, məsələn, qaçmaq və ya gizlənmək istəklərinə gətirib çıxarır. Eyni zamanda psixoloji dəstək mexanizmlərinin olmaması problemi daha da dərinləşdirir.

Elçin Əfəndi

Təhsil mütəxəssisi, sosioloq Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib: “Əgər yazıçının oğlunun evdən qaçma səbəbi həqiqətən də sırf dərsləri ilə bağlıdırsa və məktubunda dərslərindən yorulduğunu qeyd edirsə, bu, cəmiyyətimiz üçün ciddi bir problemdir, ciddi bir siqnaldır.

Son dövrlər şagirdlərin dərs yükünün həddindən artıq olması, qəbul imtahanlarında fənlərin çoxluğu məktəbliləri xüsusilə yuxarı siniflərdə təhsildən uzaqlaşdırır.  Zarafat deyil, abituriyentlər 6-7 fəndən imtahan verirlər və bu fənlərin mövzuları onları yenidən ibtidai siniflərdən başlayaraq 11-ci sinifə qədər bütün dərsləri təkrarlamağa məcbur edir. Bu proses şagirdlərə həm psixoloji, həm də intellektual baxımdan əlavə yük yaradır. Təsəvvür edin, 100 mindən çox abituriyent imtahan verir və onların hər biri bütün bu illərin proqramını əzbərləməyə çalışır. Halbuki qəbul imtahanlarının proqramı yalnız yuxarı sinifləri – məsələn, 10 və 11-ci siniflərin dərs materiallarını əhatə etməlidir. Abituriyentlər bu iki ilin proqramına əsasən hazırlaşmalıdırlar.

Eyni zamanda qəbul imtahanlarında fənlərin sayı da azaldılmalıdır. 6-7 fənn əvəzinə maksimum 3 fəndən imtahan götürülməsi daha məqsədəuyğundur.

Qəbul proqramına və formatına yenidən baxmaq vacibdir. Əks halda, belə qərarlar verilmədiyi müddətdə, uşaqlarda müxtəlif psixoloji problemlər ortaya çıxacaq. Çünki yeni nəsil əvvəlki nəsildən fərqlidir – onlar hər şeyi daha tez əldə etməyə çalışırlar və uğursuzluqla üzləşdikdə psixoloji təzyiq altına düşürlər.

Əgər bu məsələyə dair məktub varsa, mən Kamran Əsədovun fikirləri ilə razıyam və fikrimcə, yuxarıda qeyd etdiyim prinsiplər tətbiq edilməlidir. Yəni yuxarı siniflərin qəbul proqramı məktəb proqramı ilə uyğunlaşdırılmalıdır. Doğrudur, DİM kurikulumdan kənara çıxmır,  lakin hər il proqramların və mövzuların hədsiz çoxluğu abituriyentlər üçün ağır yükə çevrilir.

Düşünürəm ki, bu məsələ hər iki qurum tərəfindən ciddi şəkildə nəzərdən keçirilməlidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İsrail Ordusu Suriyanın silah anbarına zərbələr endirib

Next

Azərbaycanda uşaq bağçası yandı – FOTO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv