İlham Əliyevlə Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak etdi- FOTOLARFOTOYENİLƏNİB
Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.
ARANTV.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış etdilər.
Sonra videobağlantı formatında İqdır-Naxçıvan qaz kəmərinin açılışı oldu.
****
Bu dəqiqələrdə Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilir.
ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.