Azərbaycan XİN Argentinaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Argentinada baş verən dağıdıcı daşqınlar səbəbilə bu ölkəyə başsağlığı verib.
ARANTV.AZ xəbər verir ki, bu barədə XİN-in rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.
“Argentinada çoxsaylı insan tələfatına, itkin düşənlərə və infrastrukturun ciddi ziyan görməsinə səbəb olan dağıdıcı daşqınlardan təsirlənən hər kəsə dərin hüznlə başsağlığı veririk. Ümid edirik ki, bu fəlakətdən ən çox zərər çəkən icmalar tez bir zamanda bərpa olunacaq və normal həyat şəraiti bərpa ediləcək”, – paylaşımda bildirilib.