Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Deputat Əli Əsədovdan kömək istədi

By Vüsal Rafiqoğlu
14.03.2025 3 Min Read

Deputat Razi Nurullayev Milli Məclisdəki çıxışında Nazirlər Kabinetinin 2024-cü il hesabatı barədə danışıb.

Musavat.com-un məlumatına görə, deputat hesabatda səsləndirilən fikirlərin bir çox hissəsi ilə razılaşdığını bildirib və geniş məruzə üçün təşəkkür edib:

“İlk növbədə, İmişli şəhərində iki qəzalı binanın təmiri ilə bağlı məktubuma müsbət cavab verdiyiniz üçün sizə təşəkkürümü bilidirirəm. Bu məsələyə operativ yanaşdınız və sakinlər də sevinir, alqış edir. Hazırda İmişli şəhərinin 24 küçəsində işıqlandırma layihəsi həyata keçirilir və bu da çox əhəmiyyətlidir.

RAZİ.jpg (86 KB)

Təkliflərim də var. Bizim əsas iqtisadiyyatımız neft, qaz, bir sözlə, enerji ehtiyatları üzərində qurulub və ölkəmizin bu sahədə apardığı siyasət uğurludur. İqtisadiyyatın digər sahələrində də daha böyük uğurlara nail olmaq və kütləvi iş yerləri yaratmaq mümkündür. Bir çox sahələrdə müsbət irəliləyişlər olsa da, iqtisadiyyatın bəzi sahələrinə daha ciddi diqqətə ehtiyac yaranıb. Ölkəmizdə ənənəvi olaraq toy, yas, tikinti və kənd təsərrüfatı kütləvi iş yerləri yaradıb”.

Razi Nurullayev bildirib ki, azad olunmuş əraziləri çıxmaq şərtilə Azərbaycanın bütün ərazisi üzrə tikinti sahəsində ciddi çətinliklər var:

“Qanunlar və qaydaların daha da sadələşdirilməsinə, tələb olunan prosedurların yüngülləşdirilməsinə və bu sahədə baş verən gecikdirmələrin qarşısının alınmasına, tikinti icazələrinin verilməsinə tələb olunan zamanın bir neçə dəfə azaldılmasına ehtiyac var.

Bu sahədə aparılacaq islahatlar on minlərlə yeni iş yerlərinin yaradılmasına imkan verər və əmlak bazarında qiymətlərin artmasının qarşısını alardı. Bu gün əmlak bazarında olan qiymətlər xalqımızın qazancı ilə təmamilə tərs mütənasibdir.

Digər bir vacib məsələ yerlərdə tikintilərlə bağlıdır və keçən sessiyada ətraflı olaraq çıxış etmişəm. İcra hakimiyyətləri bu sahədə səlahiyyətsiz bir quruma çevrilib. Demək olar ki, bu sahədə icra hakimiyyətləri ilə heç bir problemi həll edə bilmirik. Çünki onların xeyli səlahiyyətləri əllərindən alınıb və hər kiçik məsələ üçün mərkəzi icra orqanlarına müraciət etmək lazım gəlir.

İcra hakimiyyətləri rayonlara cavabdehdir və zənnimcə, bütün səlahiyytlər də onlarda olmalıdır ki, operativ şəkildə işləyə və rayonları inkişaf etdirə bilsinlər. Bu qədər mərkəzləşmə yerlərdə inkişafa ciddi əngəl yaradır.

Kimsə kənddə malına tövlə tikirsə, çöl sahəsində müvəqqəti sığınacaq tikirsə niyə icazəni Bakıdan almalı və aylarla cavab gözləməlidir? Məgər həyətinə hasar çəkənin, evinə artırma edənin, balaca bir köşk tikənin, həyətində sanitar qovşaq tikənin belə icazəni Şəhərsalma və Arxitektura Komitəsindən alması absurd görünmürmü?

Bu qaydalar vətəndaşlar arasında ciddi narazılıq yaratmaqla bərabər, bizim yerlərdə icra hakimiyyətləri və vətəndaşlarla səmərəli işləməyimizə də ciddi əngəl yaradır”.

Deputat deyib ki, bu məsələdə mütləq şəkildə asanlaşdırmaya, yüngülləşdirməyə ehtiyac var:

“Rayonların inkişafını istəyiriksə, onların mərkəzdən asılılığı ciddi şəkildə azalmalıdır. Bu sahədə Sizdən kömək istəyirik, cənab Baş nazir!”

Razi Nurullayev Baş nazirə xitabən digər təklifini də çatdırıb:

“Siz ölkəmizin iqtisadi inkişafına nail olmaq üçün hökumət üzvləri ilə birlikdə çalışır və məqbul bildiyiniz addımları atırsınız.

Cənab Baş nazir, yeni fikirlərə, ideyalara, fərqli təkliflərə daima ehtiyac var. Bunun üçün də Sizdən ölkəmizdə fəaliyyət göstərən iqtisadçı alimləri, mütəxəssisləri, maliyyəçiləri, sabiq hökumət üzvlərini, sabiq nazirləri, bu sahədə fəaliyyət göstərən digər əlaqədar insanları dəyirmi masa formatında qəbul edib dinləmənizi xahiş edirəm. Özümü də o tərkibdə görmək istəyirəm.

Onların bir çoxu ilə görüşlərdə normal və xeyli mütərəqqi təkliflərinin olduğunu görür, inanıram ki, onların təklif və tövsiyələri də hökumətin həyata keçirdiyi sosial-iqtisadi siyasətə əhəmiyyətli dərəcədə töhfə vermiş olardı.

Ümid edirəm ki, bu təklifi dəyərləndirəcəksiniz”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda 62 min şəkər xəstəsi “YOXA ÇIXIB”

Next

Azərbaycan və Bolqarıstan XİN başçıları bu məsələləri müzakirə etdiFOTOYENİLƏNDİ

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv