Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

İrəvan üçün yolun sonu! – ƏSAS ŞƏRT…

By Vüsal Rafiqoğlu
15.03.2025 4 Min Read

Sülh mətni razılaşdırıldıqdan sonra Ermənistanın yerinə yetirməli olduğu öhdəliklər var – siyasətçilərin proqnozu

Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar başa çatıb. Yəni yerdə qalan iki mübahisəli məqam da razılaşdırılıb. Artıq hər iki ölkənin XİN-i müvafiq təsdiqləyici bəyanatlar yayıb. Ancaq rəsmi Bakının 2 şərti də var.

Onlardan biri və birincisi əlbəttə ki, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddəanın çıxarılmasıdır. Bəs erməni cəmiyyəti böyük sülhə hazırdırmı? Söhbət ilk növbədə ölkə konstitusiyanı beynəlxalq hüquqa uyğunlaşdırmaqdan gedir. Təəssüf ki, bu yöndə nikbinlik üçün əsaslar hələ ki, ciddi deyil. Bu da növbəti fakt.

“Ermənistan vətəndaşlarının əksəriyyəti konstitusiyaya dəyişikliklərin əleyhinədir”. Bunu jurnalistlərlə görüşündə sosioloq Aram Navasardyan deyib. Onun sözlərinə görə, respondentlərin 18,4%-i konstitusiyanın bəzi müddəalarının dəyişdirilməsinin vacibliyinə inanır, daha 7,5%-i isə tamamilə yeni konstitusiyaya ehtiyac olduğunu deyib. “Eyni zamanda respondentlərin 59,6%-i qeyd edib ki, konstitusiya dəyişməz qalmalıdır. Digər 14,5% isə cavab verməkdə çətinlik çəkib”, – Navasardyan qeyd edib. Telefon sorğusu fevralın 27-dən martın 6-dək 1100 respondent arasında keçirilib.

Erməni politoloq Artur Martirosyan bildirib ki, Ermənistan tərəfi tələsir və sülh müqaviləsi əldə etmək istəyir, lakin Azərbaycan tərəfi bunun necə və nə vaxt imzalanacağını dəqiqləşdirməyib: “Paşinyan bu müqaviləni ermənilərə yekun sülh müqaviləsi kimi təqdim etmək istəyir. Sanki kağız üzərində imzalanmış müqavilə sülh demək olardı. Seçkilərə bir ildən çox vaxt qaldığı üçün buna ehtiyac var. Onlara Ermənistanın uğurlu, real, yeni regional mövqeyi kimi təqdim edə biləcəkləri bir şey lazımdır. Azərbaycanın ilkin şərtlərini nəzərə alaraq, sülh müqaviləsinin imzalanacağını gözləmək hələ tezdir”.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl konstitusiyaya dəyişikliklərin zəruriliyini bəyan etmişdi.  Bu sorğular nə dərəcədə mötəbər sayıla bilər? Belə çıxır, erməni tərəfi, onun cəmiyyəti “Dəmir yumruq”dan hələ də dərs götürməyib? Çünki sülh müqaviləsinin əsas şərtlərindən biri vurğulandığı kimi, Ermənistan konstitusiyasından Azərbaycana qarşı torpaq iddiası haqda müddəanın çıxarılmasıdır. Məsələ referenduma çıxarılarsa və Paşinyan hökuməti gərəkən addımlar atıb hazırlıq işləri görərsə, müsbət nəticəyə ümid eləmək mümkündürmü?

Abutalıb Səmədov: Şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində yüksək  diqqət və qayğı göstərilir

Abutalıb Səmədov

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Ermənistan sülh müqaviləsinin mətnində bütün maddələr razılaşdırılıb. “Problem mətndən kənar iki məsələ ilə bağlıdır. Onlardan biri ATƏT-in Minsk Qrupunun ləğvi məsələsidir ki, Ermənistan bir müddət buna razılıq vermədi, artıq razılığını verib və Azərbaycanla birlikdə ATƏT-ə müraciət etmək qərara alınıb. Razılaşdırılmayan son məsələ Ermənistan konstitusiyasınının preambula hissəsində Azərbaycana qarşı ərazi iddiasının ləğvi ilə bağlıdır. Əslinə qalsa konstitusiyanın mətnində Azərbaycana qarşı ərazi iddiası yoxdur. Mətndə olan olan istinadda var. Yəni orada Müstəqillik haqqında Bəyannaməyə istinad olunur”,- deyə A.Səmədov qeyd etdi.

Onun sözlərinə görə, preambulada konstitusiyanın həmin Bəyannamə əsasında hazırlandığı söylənilir: “Müstəqillik haqqında Bəyannamədə Qarabağla Ermənistanın birləşməsi məsələsi öz əksini tapıb. Ermənistan Konstitusiya Məhkəməsi delimitasiya komissiyalarının reqlamentini təsdiqləyərkən belə bir rəy verdi ki, Ermənistan konstitusiyası yalnız mətndə yazılanlardan ibarətdir. Yəni istinadlar Ermənistan konstitusiyasına daxil deyil. Bununla hesab elədilər ki, artıq Azərbaycanla Ermənistan arasında heç bir problem qalmayıb, çünki Konstitusiya Məhkəməsi belə bir rəy verib. Bu da Ermənistan cəmiyyətində ciddi narazılıqla qarşılandı. Ancaq bütün hallarda konstitusiya dəyişməlidir və Nikol Paşinyan da yeni konstitusiyanın qəbul olunacağını deyir. Ancaq söhbət 2026-cı ildən gedir. İndiki halda bunu eləmək mümkündürmü?”

Müsahibimiz dedi ki, Ermənistan konstitusiyasından istinadla bağlı cümləni çıxarmaq və ya Müstəqillik haqqında Bəyannamədə dəyişiklik etmək mümkündü: “Lakin Paşinyan buna risk eləmir. Çünki nüfuzu çox aşağı düşüb, ona tam inananlar təxminən 9 faizdir. Bu səbəbdən təbiidir ki, belə bir addım atmağa risk eləmir. Ermənistan konstitusiyasının dəyişdirilməsinə münasibətdə erməni cəmiyyətinin əksəriyyəti mənfi mövqedədir. Hesab edirlər ki, konstitusiya Azərbaycanın diktəsi ilə dəyişdirilir. Hətta konstitusiyanın dəyişdirilməsinin zəruri olduğunu söyləyənlər də bunun yaxın zamanlarda edilməsini istəmirlər. Söhbət 2026-cı ildə dəyişiklik edilməsini düzgün saymamaqdan gedir. Bu səbəbdən Paşinyanın qarşısında çox ağır bir vəzifə durur. O, 2026-cı ilə qədər konstitusiyanı dəyişdirə bilməyəcək. Müstəqillik haqqında Bəyannamədən də məlum müddəaları çıxarmağa cəsarət eləməyəcək. 2026-cı ildə yeni konstitusiya referenduma çıxarılsa erməni cəmiyyətinin onu qəbul etməməsi ehtimalı var”.

Ekspert qeyd etdi ki, revanşist əhval-ruhiyyəli ermənilərin sayı çox olmasa da hər halda artmaqdadır: “Bu səbəbdən sülh sazişinin yaxın zamanlarda imzalanması çox çətin görünür. Ermənistan Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar Azərbaycanı qane eləyərmi? Əgər belə bir addım atılsa həddən artıq xoş məram nümayişi olardı. Son dövrlərin populyar ifadəsilə desək top hələ də Ermənistanın sahəsindədir”.  

Hikmət Babaoğluna yeni vəzifə verildi » Missiya.az

Hikmət Babaoğlu

Deputat Hikmət Babaoğlu isə bildirdi ki, Ermənistan konstitusiyadakı yeni dəyişiklikdə Azərbaycanın tələb etdiyi müddəanı aradan götürsə, regiona sülh gələr: “Ermənistan hakimiyyəti bu dəyişikliyin zəruri olduğunu anlayır. Paşinyan neçə ildir bu məsələni gündəmə gətirməklə nəticə etibarilə ictimai rəyi inandırmağa bacarıb ki, belə bir zərurət var. Doğrudur, Paşinyan bunu ”Real Ermənistan” ideologiyası ilə əsaslandırır və yeni mərhələdə Ermənistanın həm hüquqi, həm də siyasi aspektdən özünü yenidən qiymətləndirməsi kimi nəzərdən keçirir. Bizim üçün maraqlı olan məsələ ondan ibarətdir ki, necə olursa-olsun, Azərbaycanın tələb etdiyi müddəa aradan götürülsün. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun açıqlamasından bəlli olur ki, Ermənistan artıq bunu qəbul edib. Belə düşünmək olar bundan sonrakı mərhələdə sadəcə texniki məsələ qalıb ki, buna da bir qədər vaxt lazımdır. Burada xarici işlər nazirimiz iki məsələyə toxunub: onlardan biri də konstitusiya dəyişikliyi, digəri isə ATƏT-in Minsk qrupunun ləğv olunmasıdır. Hər iki məsələ qısa müddətdə həllini taparsa, regiona bir o qədər daha tez sülh gələr və bu həm Ermənistanın, həm də digər ölkələrin xeyrinə olar”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentin verdiyi O MESAJ!

Next

Bu şəxslər üçün də “dəfn pulu” verilə bilər – təklif

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv