Region Xəbərləri 

Bərdədə Meşə ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbir keçirilib VİDEO

Dövlət Yanğın Nəzarəti Xidmətinin müvafiq əmrinin icrası ilə bağlı Qarabağ regional Dövlət yanğın nəzarəti idarəsinin xidməti ərazisində yerləşən meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində 13 saylı Regional meşə təsərrüfatı mərkəzində tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi Bərdə rayonu ərazisində meşə yolları və əkin sahələri ilə həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanma işləri aparılmış, eləcə də meşə ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində maarifləndirici tədbirlər həyata keçirilmişdir. Əlavə olaraq meşə ərazisində baş verəbiləcək yanğına ilkin müdaxilə edilməsi əyani şəkildə göstərilmişdir. Bu istiqamətdə 13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən işlər davam etdirilir

Daha çox xəbərlər