Cəmiyyət 

“E-rüsum” informasiya sisteminin tətbiqi ilə bağlı ölkədə fəaliyyət göstərən banklarla görüş keçirilib

Maliyyə Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən bankların 36 əməkdaşının iştirakı ilə videokonfrans formatında görüş keçirilib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi təqdim edilib.

Qeyd olunub ki, artıq cari ilin aprel ayının 1-dən etibarən aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun “e-bildiriş” əsasında ödənilməsinə başlanılıb. Aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumu üzrə ödənişlərin həm nağd, həm də internet bankçılıq üzərindən nağdsız qaydada ödənilməsi zamanı yalnız “e-bildiriş” əsasında qəbul edilməsi ilə bağlı banklara təlimat verilib.

Daha çox xəbərlər