Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

SSRİ-də gizli materiallar – yadplanetliləri öyrənmək üçün xüsusi qruplar yaradılıb

By Vüsal Rafiqoğlu
14.04.2025 4 Min Read

1977-ci il oktyabrın əvvəlində hərbi-sənaye kompleksinin elmi-texniki şurasının iclası keçirilib. İclasda SSRİ-də anomal hadisələri və UNO (uçan naməlum obyekt) fenomenini öyrənəcək qruplar yaratmaq barədə qərar qəbul edilib. Növbəti ildə müxtəlif elm sahələrinin mütəxəssislərdən formalaşan qruplar yaradılıb.

Qrupların yaranması

1977-ci ilin sentyabrında Kareliya və Finlandiyanın minlərlə sakini səmada ilk dəfə “Petrozavodsk fenomeni” adlandırılan qeyri-adi obyekti müşahidə edib və hadisə kifayət qədər səs-küyə səbəb olub. Bu hadisədən cəmi bir neçə həftə sonra Rusiya Elmlər Akademiyasının prezidenti Anatoli Aleksandrovun təşəbbüsü ilə hərbi-sənaye kompleksinin elmi-texniki şurasının təcili iclası keçirilib. Bu şura ölkənin müdafiə sektorunda və ya əlaqəli sahələrdə çalışan aparıcı mütəxəssislərini bir araya toplayıb.

ea1d2577-8bcd-4a6d-8fa1-1980faba30d4.jpg (335 KB)

Rəsmi olaraq Aleksandrov bu tədbirin əsas ilhamvericisi hesab edilsə də, ölkənin ən yaxşı ağıllarının təcili toplantısının əsl təşəbbüskarının Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Yuri Andropov olduğu barədə fikirlər də mövcuddur. İclasda son vaxtlar sovet elminin anomal hadisələr, o cümlədən hərbçilərdən gələn hesabatların sayının artması ilə bağlı müzakirələr aparılıb. Artıq belə bir vəziyyətə göz yummaq mümkün olmayıb, ona görə də bu hadisələri öyrənəcək xüsusi bir təşkilat formalaşdırmağa ehtiyac yaranıb.

Müzakirələrdən sonra belə tədqiqatların aparılması zərurəti dəstəklənib və Müdafiə Nazirliyinin mütəxəssislərinin tədqiqat planına cəlb edilməsi barədə qərar qəbul edilib. 1978-ci ildə bir-biri ilə paralel tədqiqat aparan və hər hansı fövqəladə hallar baş verdikdə birgə fəaliyyət göstərən iki xüsusi qrup yaradılıb.

53aa8a44-2989-4eeb-a42b-7db159a22ab5.jpg (215 KB)

Birinci qrup hərbi xətt üzrə yaradılıb və Mıtişçidəki elmi-tədqiqat institutunda fəaliyyət göstərib. Müdafiə Nazirliyinin tabeliyindəki qapalı institut radar sahəsində inkişaflarla məşğul olub. Hərbi qrupun rəhbəri elmi-tədqiqat institutunun direktoru, radar texnologiyası sahəsində aparıcı ekspertlərdən biri olan general-leytenant Viktor Balaşov təyin edilib. Bu qrup “Şəbəkə MO” adlandırılıb.

İkinci qrupa Rusiya Elmlər Akademiyasının müxtəlif institutlarının alimləri, tədqiqatçıları və mütəxəssisləri cəlb olunub. Elmlər Akademiyasının müxbir üzvü Vladimir Miqulinin rəhbərlik etdiyi qrupun adı isə “Şəbəkə AN” olub. Hər iki qrupa nüfuzlu, görkəmli mütəxəssislərin cəlb edilməsi SSRİ-nin bu mövzuya son dərəcə ciddi yanaşdığını göstərib. Soyuq müharibə dövründə UNO-lar NATO-nun təxribatı hesab olunub. Bəzi alimlər hesab edib ki, yadplanetlilər həqiqətən də mövcuddur.

4d9d75fd-134c-4938-9b93-38a40adde983.jpg (243 KB)

Bütün iddialara baxmayaraq, qrupların hər biri öz sahəsində işləyib. Hərbçi mütəxəssislər yalnız hərbi hissələr, qarnizonlar və aviabazalardan aldıqları qeyri-adi hadisə barədə məlumatları araşdırıblar.
Digər mütəxəssislər şahidlərdən alınan xəbərlərlə (bir qayda olaraq, şahidlərin qəzet və jurnallara yazdığı məktublar mütəxəssislərə ötürülüb), meteoroloqların və digər xidmətlərin məlumatları ilə işləyiblər. Xüsusi razılaşdırılmış hallar istisna olmaqla, hər iki qrup bir-birindən müstəqil fəaliyyət göstərib.

Hərbçilərdən ibarət qrupun əsas vəzifəsi müasir elm baxımından anomaliyaların texnikaya və insanlara təsirini təsdiqləmək və ya təkzib etmək olub. Sahəyə ekspedisiyaya gedən əməkdaşlar xüsusi mandatlarla təmin olunub ki, oradakı yerli partiya, elmi və digər təşkilatlar alimlərə hər cür köməklik göstərsinlər. Tədqiqat proqramı “Anomal atmosfer və kosmik hadisələrin hərtərəfli öyrənilməsi” adlanıb.

Anomaliyalar

5f594792-c129-4e11-9dda-0b6f71ef1c42.jpg (235 KB)

13 illik fəaliyyəti ərzində hər iki qrup təxminən 3 min məlumatı araşdırıb. Onların yalnız 10%-ni həqiqətən anomal adlandırmaq mümkün olub. Digərlərinin adətən elmi izahı verilib. Əksər hallarda bu, raket və ya peyk buraxılışları, hava şarlarının müşahidələri və təbiət hadisələrinin nadir birləşmələri haqqında olub.
1983-cü ilin oktyabrında Xmelnitskidə strateji raket qüvvələri diviziyasının əhəmiyyətli bir hissəsi üfüqün üstündəki məsafədə uçan parlaq işıqlı obyektlər müşahidə ediblər. Eyni zamanda avadanlıqlar nasaz olmağa başlayıb. Bu barədə komanda məntəqəsinə raket buraxılış sistemində nasazlıq barədə siqnal daxil olub.

Hər iki qrupun mütəxəssisləri təcili olaraq hadisə yerinə gəliblər. Məlum olub ki, bölmədən 400 kilometr aralıda yerləşən poliqonda paraşütlərlə atılan işıqlandırıcı bombalardan istifadə etməklə təlimlər keçirilib. Bu dəfə bombalar nadir super refraksiya effekti sayəsində belə böyük məsafədə görünməyə başlayıb. Raket buraxılış sistemi ilə bağlı problemlərə gəlincə, onlar “təsadüf” hesab olunub.

9aec84a4-c692-4bca-96da-72449bc6cbd6.jpg (297 KB)

Voronej vilayətində müşahidə edilən anomal hadisə tədqiqatçıları çaşdırıb və mütəxəssislər tərəfindən araşdırılmayan nadir hadisələrdən birinə çevrilib. Söhbət bir sıra hərbi aerodromların bir-birinə yaxın yerləşdiyi Borisoglebsk aviasiya qovşağı adlanan ərazidən gedir.

1984-1987-ci illər arasında bu ərazidə dəfələrlə naməlum obyektlər müşahidə olunub. Onlar həm pilotlar tərəfindən, həm də radarda naməlum obyektləri aşkar edən yerüstü radar stansiyasının nəzarətçiləri tərəfindən qeydə alınıb. Bəzi hallarda obyektin görünüşü qəzalara səbəb olub. Ancaq mütəxəssislər bu fenomeni aydın şəkildə izah edə və müəyyənləşdirə bilməyiblər.

 Gizlədilən faktlar

Gizlədilən faktlarPostsovet dövründə bəzi Rusiya ufoloqları hesab edib ki, qruplar yadplanetlilər haqqında məlumatı gizlətməklə məşğul olub. Ufoloqların fikrincə, 1980-ci ilin mayında Qazaxıstana göndərilən ekspedisiyanın rəyi gizlədilib. Orada, yerli sakinlərin dediyinə görə, işıq saçan topun enişini, təpədə yanmış izləri və “çox hündür humanoid fiqurları” müşahidə ediblər.

cd46b7a2-1350-48a2-9658-801942c504ba.jpg (401 KB)

Tədqiqat proqramına daxil olan Yüksək Temperatur İnstitutunun bir neçə əməkdaşının ora ekspedisiyaya getdiyi məlumdur.

Alimlər bunun guya yerli xuliqanların işi olduğunu və bir az əylənmək qərarına gəldiyini söyləməklə yerli sakinləri “yola veriblər”. Eyni zamanda ərazidən bütün sübutlar toplanaraq tədqiqatçılar tərəfindən aparılıb.

Anomaliya tədqiqat layihəsi 13 il davam edib. SSRİ-nin dağılmasından sonra hər iki “qrup” ləğv olunub və heç vaxt bərpa olunmayıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İngiltərədən Xəzərlə bağlı dəhşətli xəbərdarlıq: Bakı bulvarı yoxa çıxacaq, 15 milyon insan…

Next

İrandan dronla gələn narkotik “bomba”larının qarşısını necə alaq?

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv