Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Donuzçuluq biznesinin çöküşü

By Vüsal Rafiqoğlu
18.04.2025 3 Min Read

Qoyunçuluğun böhranda olmasının səbəbləri bəllidir, bəs donuzçuluğun geriləməsinə səbəb nədir?

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3 min 408 baş donuz mövcud olub. Rəsmi məlumatlara görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə donuzlar 31,4% və ya 1 557 baş azalıb. Açıqlanan məlumatlardan belə görünür ki, donuzların sayı Naxçıvan şəhəri ilə, Şərur, Abşeron, Kürdəmir və Biləsuvar rayonlarında 100% azalıb. Şəhər və rayonların əksəriyyətində donuzların sayı azalıb. Artım isə ancaq Kəlbəcər, Oğuz və İsmayıllı rayonlarında qeydə alınıb.

Bakıda donuzların sayı 1404-dən 616-ya düşüb. Bu heyvanlar əsasən şəhərin Sabunçu rayonundadır. Məlumat üçün onu da bildirək ki, son 21 il ərzində Azərbaycanda donuzların sayı 7 dəfəyə yaxın azalıb. 21 il əvvəl – 2004-cü ildə ölkədə 22 min 932 baş donuz olub.

Vikipediya məlumatlarından belə bəlli olur ki, Azərbaycanda donuzçuluq geniş yayılmamış heyvandarlıq növlərindən biri olub.  Son dövrlərdə hətta  donuz təsərrüfatlarının sayı artıb. Ölkədə saxlanılan donuzlar əsasən ağ Ukrayna donuz cinsindən olub. O da bildirilir ki, Azərbaycanda bəslənən donuzların ətindən kolbasa istehsalında istifadə olunur. Donuz ətinin satışı da həyata keçirilir, lakin tələbat çox deyil. Azərbaycanda donuzların sayının azalmasına səbəb bu heyvanların ətinə və yağına (“sala” ) tələbin zəif olmasıdır. Ölkəmizdə donuz ətini əsasən xristian dininə mənsub olan xalqların nümayəndələri istehlak edir.

Qoyunçuluğun böhranda olmasının səbəbləri bəllidir. Yem bahadır, otlaq yerləri azadır. Bəs əti müsəlmana haram buyurulan donuzçuluğun biznes sahəsi kimi geriləməsinə səbəb nədir? Dövlət donuzçuluğun inkişafında maraqlı ola bilərmi?

Kənd təsərrüffatı inkişaf etməsə ərzaq təhlükəsizliyi təmin olunmayacaq - Xaliq  Məmmədov

Xaliq Məmmədov

İqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, dini nöqteyi-nəzərdən azərbaycanlıların ərzaq balansında donuz ətinin istehlakı çox aşağıdır: “SSRİ dönəmində də bu belə idi. Əsasən hərbi hissələrdə çox istifadə olunurdu. Ona görə də müəyyən bölgələrdə bu təsərrüfatı saxlayırdılar. İsmayıllıda, Bakının kəndlərində belə fermalar var idi. Lakin burada da yerli əhali donuz ətini istehlak etmirdi, sadəcə olaraq, kolbasa və sosiska istehsalında istifadə olunurdu. Buna görə də Azərbaycanda donuzçuluğun inkişafı ilə bağlı perspektiv görmürəm. Çünki istehlakda payı azdır. Ət məhsulları istehsalında şpik (donuz piyi) lazım olur ki, onu da Azərbaycana Polşadan, Belarusdan, Ukraynadan idxal edirlər. Dövlət, aidiyyəti qurumlar qoyunçuluğun inkişafına çox önəm versələr, yaxşı olardı. Azərbaycanlıların ət istehlakında qoyun ətinin xüsusi çəkisi çoxdur. Təəssüf edirəm ki, son 10 ildən artıq dövrdə 1 milyon baş qoyun azalıb. Ona görə də qiymətlər yüksəlib. Tələbat çoxdur, təklif azdır.

İşğaldan azad olunan torpaqlar kənd təsərrüfatının inkişafı üçün məqsədəuyğundur. Aran yerlərində əkinə verilən otlaq sahələrinin bir hissəsini geri qaytarmaq olar. Yarımqapalı qoyunçuluq təsərrüfatı yaratmaq olar. Heyvanlar yazda-yayda dağlıq ərazilərdə otlasınlar,  payızda-qışda isə  qapalı şəraitdə saxlanılsınlar. Dünyanın hər yerində, Avstraliya və Yeni Zelandiyada da bu təcrübə var. Bizim qoyun cinsləri dünyada bir nömrədir, əla növdür. Niyə onu çoxaldıb, ixrac potensialını artırmayaq?

Donuzçuluq təsərrüfatının isə istehlak az olduğu üçün inkişaf perspektivi yoxdur. Eyni zamanda fermerlərə donuz saxlamaq çətin başa gəlir. Donuzu meşəyə, sahəyə buraxmaq mümkün deyil, qapalı olmalıdır. Bu isə yem baxımından xeyli çətinlik yaradır”.

Dövlət Vergi Xidmətinin strukturlarına rəislər təyin edilib

 Rəcəb Orucov

Naxçıvan MR-in keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov “Yeni Müsavat”a açıqlamasında deyib ki, Azərbaycan mətbəxində donuz ətindən çox az istifadə olunur: “Müəyyən restoran şəbəkələrində, iaşə obyektlərində təkliflər olunur. Ümumilikdə isə o qədər də aktual məsələ deyil. Çünki respublikamızda kifayət qədər iri və xırda buynuzlu mal-qaranın yetişdirilməsi və intensiv təsərrüfatın inkişafı üçün olduqca əlverişli şərait var. İstehlak bazarımızın ət məhsullarına olan tələbatında donuz ətinin müəyyən dairələrdə müzakirəsi məqsədəuyğun deyil. Biznes istiqamətində Azərbaycanda donuzçuluğun inkişafına ehtiyac görmürəm. Həmişə millətin, xalqların ən incə yeri dini etiqad məsələləridir. Ona görə də mənə elə gəlir ki, bu ictimai qınaqla qarşılana bilər. Lakin Azərbaycan tolerant ölkədir, burada müxtəlif xalqların nümayəndələri yaşayır. Onların kiçik təsərrüfatında donuzun saxlanılması normaldır. Donuz əti tez həzm olunur. Əksər Avropa ölkələrinin mətbəxinin əsas yeməklərindən biridir. Bizdə isə vəziyyət fərqlidir. Hətta çöl şəraitində yaşayan vəhşi qabanları belə ovlamırlar”.

Şabran rayonunda illərdir donuz saxlayan fermer Elnur Həsənov bildirir ki, bu sahəyə maraq olsa da, çox adam cəsarət edib başlamır. Səbəb isə sadədir – gəlir azdır, çıxar xeyli çətindir: “Donuz saxlayırsan, amma harada satacaqsan? Bazarda müştəri azdır. Çünki donuz əti ölkədə geniş istehlak olunmur. Əsas alıcılar rusdilli əhali, bəzi restoranlar və xaricilərlə məhdudlaşır”.

Elnurun sözlərinə görə, bəzən heyvanı böyüdür, amma satış üçün uzun müddət gözləməli olur: “Donuzçuluğun inkişaf etməməsinin səbəbləri arasında dini baxış da önəmli yer tutur. Əhalinin böyük əksəriyyəti müsəlman olduğu üçün donuz ətinə qarşı ictimai münasibət soyuqdur. Bu isə təsərrüfat sahiblərini həm sosial, həm də iqtisadi baxımdan sıxışdırır. Donuzçuluqla bağlı mövcud qanunvericilikdə qadağa yoxdur, amma ictimai rəyin təsiri bu sahəyə sərmayə qoyuluşunu da ləngidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakını və Tiflisi qarışdırmaq istəyənlərə mesaj

Next

Azərbaycanın pulları Türkiyə əmlakçılarının cibinə axır

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv