Hadisə 

Atasının məzarı üstündə intihara cəhd etdi

Mingəçevirdə 31 yaşlı kişi intihara cəhd edib.

“Qafqazinfo” xəbər verir ki, 1994-cü il təvəllüdlü şəhər sakini Sabir Gündüz oğlu Mirzəyev Mingəçevir kənd qəbiristanlığı deyilən ərazidə – atasının məzarı üstündə ağır yaralı halda tapılıb.

Onun boğaz nahiyəsində kəsilmiş xəsarətlərin olduğu müəyyənləşib.

İlkin məlumata görə, S.Mirzəyev intihara cəhd edib.

Faktla bağlı araşdırma başlanılıb.

Daha çox xəbərlər